/ / Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.04.2017 [10:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və bütün digər sahələrdə inkişafından məmnunluq ifadə edərək deyib ki, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq ümumilikdə əlaqələrimizin uğurlu inkişafının əsasını təşkil edir. Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığımızın çox yaxşı səviyyədə olduğunu bildirən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ilə Rusiyanın həyata keçirdiyi daimi təmaslar və bir çox məsələlərin birgə həlli bu baxımdan böyük önəm daşıyır, regionumuzda mövcud olan vəziyyət təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini zəruri edir. Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri qarşılıqlı fəaliyyətin, təhlükəsizlik sahəsində əməkdaşlığın, risklərin minimallaşdırılması, ölkələrimizin inkişafı və xalqlarımızın firavanlığının təmin edilməsi kimi məqsədlərə nail olunması işinə öz töhfəsini verəcək.
Nikolay Patruşev ilk növbədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Azərbaycan və Rusiya dövlətləri başçılarının ölkələrimiz arasında münasibətlərin inkişafından razılıq ifadə etmələri böyük önəm daşıyır və prezidentlər arasında olan münasibətlər bütün digər qurumların da səmərəli fəaliyyətinə təkan verir. Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin böyük rol oynadığını deyən Nikolay Patruşev qeyd edib ki, təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz. Bu gün beynəlxalq aləmdə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edən qonaq səfəri zamanı Azərbaycan tərəfi ilə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını və ən xoş arzularını Rusiya Federasiyasının Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 10:28
Gündəm
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41

