Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini və baş koordinatorunu qəbul edib

Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini və baş koordinatorunu qəbul edib

09.02.2017 [09:07]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, vitse-prezident Mario David Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın və qurumun icraçı katibi Antonio Lopez-İsturizin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın və icraçı katib Antonio Lopez-İsturizin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını qurumun prezidentinə və icraçı katibinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31