/ / Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Yəhudi İcmaları Federasiyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Yəhudi İcmaları Federasiyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.09.2016 [09:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İsveçrə Yəhudi İcmaları Federasiyası nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüş və tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizi daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına əminliyini bildirib.
Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamalarını Azərbaycanın ən böyük sərvətlərindən biri kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizdəki yəhudi icmasının da cəmiyyətimizin fəal hissəsi olduğunu deyib. Prezident İlham Əliyev ölkəmizdə multikulturalizm, sülh və dini tolerantlıq dəyərlərinin təbliğ olunduğunu vurğulayaraq bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirib. Dövlətimizin başçısı dünyanın bir sıra bölgələrində multikulturalizmin boğulduğu bir vaxtda onu diqqət mərkəzinə gətirməyin vacibliyini də vurğulayıb. Dünya ölkələrinin əksəriyyətinin çoxmillətli olduğunu deyən Prezident İlham Əliyev hər bir ölkənin daxilində əmin-amanlığın mövcudluğunun əhəmiyyətini də qeyd edib. Dövlətimizin başçısı bu baxımdan Azərbaycanın yaxşı nümunə kimi göstərilə bilən ölkələrdən biri olduğunu deyib. Yəhudi icmasının Azərbaycanda böyük tarixə malik olduğunu, öz kimliklərini və ənənələrini qoruyub saxladıqlarını bildirən Prezident İlham Əliyev bu icmanın ölkəmizin inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycanda Prezident İlham Əliyevlə keçirdikləri görüşün ölkəmizə səfərlərinin ən yaddaqalan hissəsi olacağına əminliyini ifadə edib. Qonaq bildirib ki, səfər zamanı əsas məqsəd müxtəlif mədəniyyətlərarası, etnik və dini qruplararası dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaqdır. Herbert Vinter Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu deyib. O, Azərbaycanda müxtəlif dini icmaların üzvləri ilə keçirəcəkləri görüşlərin önəmini qeyd edib. Herbert Vinter İsveçrədən - Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsasının qoyulduğu ölkədən gəldiklərini vurğulayaraq sülh və əmin-amanlıq prinsiplərinin böyük maraq doğurduğunu deyib.
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter qeyd edib ki, Azərbaycan həqiqətən gözəl ölkədir, iqtisadi baxımdan böyük uğurlar qazanıb, ümumiyyətlə, bütün sahələrdə nailiyyətlər əldə etmiş ölkədir. Qonaq İsveçrənin Azərbaycan ilə ikitərəfli münasibətlərinə toxunaraq bu əlaqələrin inkişafından çox məmnun olduqlarını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

