/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
04.03.2016 [10:14]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin səmərəli olduğunu qeyd edərək ötən dövr ərzində komissiya tərəfindən bir sıra məsələlərin icra olunduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. Prezident İlham Əliyev bunu əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndirib.
Azərbaycan ilə Rusiya arasında fəal siyasi münasibətlərin olduğunu deyən Prezident İlham Əliyev dövlət başçılarının mütəmadi əlaqələrinin mövcud olduğunu vurğulayaraq, həm şəxsi təmaslar, həm də telefon danışıqları zamanı Rusiya Federasiyasının Prezidenti ilə çoxlu vacib məsələləri müzakirə etdiklərini və gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edildiyini bildirib. Ölkələrimiz arasında ticarət dövriyyəsinə toxunan Prezident İlham Əliyev Azərbaycan məhsullarının Rusiyaya ixracının həcminin artırılması ilə bağlı fəal iş aparıldığını deyib. Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz Rusiya ixracının Azərbaycan idxalında ənənəvi olaraq mühüm yerlərdən birini, hətta birinci yeri tutmasında maraqlıdır. Əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar sahələrdə mövcud olan ikitərəfli münasibətlərə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini bildirib. Dövlətimizin başçısı, həmçinin regional miqyasda müvafiq strukturlar çərçivəsində əməkdaşlıq formatının yaradıldığını, regional forumların keçirildiyini deyib, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Prezident İlham Əliyev bu işə hər iki ölkənin siyasi rəhbərliyinin təkan verdiyini xüsusi qeyd edərək dövlətlərin müvafiq qurumlarının vahid istiqamətdə fəaliyyət göstərdiklərini vurğulayıb.
Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin deyib: “Cənab Prezident, xüsusi qeyd etmək istərdim ki, son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Hökumətlərarası Birgə Komissiyamız əməkdaşlığı daha da genişləndirməyə nail olub. Biz bu gün görürük ki, iki dövlətin başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir”.
Dmitri Roqozin hazırda beynəlxalq aləmdə, Yaxın Şərq regionunda meydana gələn təhdid və təhlükələrin, o cümlədən terror təhlükəsinin və digər məsələlərin regional səviyyədə müzakirə edilən mühüm məsələlərdən olduğunu deyib. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu bildirən Dmitri Roqozin Hökumətlərarası Birgə Komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini vurğulayıb. Dmitri Roqozin Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiya Federasiyasını fəal şəkildə dəstəklədiyini vurğulayaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artdığını məmnunluqla qeyd edib. O, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada çox yaxşı tanındığını deyib, ölkəmizin məhsullarının yerləşdirilməsi üçün xüsusi anbarların yaradıldığını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

