Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib

Prezident İlham Əliyev YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib

20.03.2009 [18:15]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib. YUNESKO-nun rəhbəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib. Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunan Koişiro Matsuura ölkəmizdə mədəniyyət sahəsində də böyük işlərin görüldüyünü söyləyib. Azərbaycan Prezidenti dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib. Azərbaycanda mədəniyyətlə bağlı həyata keçirilən layihələrdən danışan dövlətimizin başçısı bu baxımdan Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Prezident İlham Əliyev Koişiro Matsuuranın ölkəmizə bu səfərinin Azərbaycanla YUNESKO arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini söyləyib.

Paylaş:
Baxılıb: 1282 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30