/ / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.10.2015 [10:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini və daim möhkəmləndiyini deyib. Hərbi sahədə əlaqələrimizin çox yaxşı tarixə malik olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin müstəqilliyi dövründə əməkdaşlığımızın daha da genişləndiyini vurğulayaraq son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edib. Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən yaxın dövlətlər olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini vurğulayıb. Dövlətimizin başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılacağına əminliyini ifadə edib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi işbirliyinə nail olunduğunu vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Hulusi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını və böyük önəm daşıdığını deyib. O, Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndiriləcəyini əminliklə qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

