Qlobal böhran: dünyanın mənzərəsi
06.03.2009 [10:32]
İndiki iqtisadi böhran qlobal xarakter daşıyır. Əslində, onun bu və ya digər dərəcədə təsir etmədiyi ölkə qalmayıb. Eyni zamanda, ayrı-ayrı dövlətlərdə antiböhran siyasətinin işlənib hazırlanmasına yanaşmalarda müxtəliflik artıq özünü göstərir. Müxtəlif reseptlərin isə səmərəliliyinə görə nəticələri də müxtəlif olur. Məsələn, Azərbaycan kimi, vaxtında özünü “təhlükəsizlik yastığı” ilə təmin edə bilmiş və indi toplanılmış vəsaitdən “XXI əsrin iqtisadi taununun” nəticələrini yumşaltmaq üçün ağılla istifadə edən ölkələr daha yaxşı vəziyyətdədir.
Oleq SIQANOV
“İzvestiya” qəzetinin 26 fevral tarixli nömrəsində Azərbaycana həsr olunmuş tematik əlavə verilib. AzərTAc həmin materialı oxuculara təqdim edir. Layihə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin köməyi ilə hazırlanıb.
Hərə özünün bildiyi kimi mübarizə aparır, amma...
Bir qədər sadə dildə desək, böhrana qarşı mübarizənin prinsip etibarilə üç əsas modelini göstərmək olar. Həmin modellərin hamısı dövlətlərin özəl biznesə - böyük və kiçik korporasiyaların, bankların və sairin işlərinə prinsipcə daha çox maraq göstərməsini nəzərdə tutur.
Birinci modeli hələ ABŞ-ın sabiq Prezidenti Corc Buş təklif edib. İndi isə onun varisi, Ağ evin yeni sahibi Barak Obama həmin modelə bəzi dəyişikliklər etməklə onun inkişafını davam etdirir. Burada maliyyə sektoruna külli məbləğdə, lakin parlamentin və ictimaiyyətin ciddi nəzarəti altında pul paylamaqdan söhbət gedir. Bu halda maliyyə sektoru iqtisadiyyatın daha da yüksəldilməsi üçün əsas amil hesab edilir: biznesin kreditləşdirilməsini bərpa etmək, bazar agentləri arasında etimadı təzələmək lazımdır. Kredit bərpa ediləndən sonra maliyyə sektoru iqtisadiyyatın bütün başqa sahələrini “dartıb çıxaracaq”.
İndi Obama böhran əleyhinə görülən tədbirlərin şəffaflığı və aşkarlığına getdikcə daha çox diqqət yetirir. Bu tədbirlər açıq müzakirə edilməli, parlament tərəfindən bəyənilməli, xalq nə edildiyini başa düşməlidir. “Xilas edilən” maliyyə korporasiyalarının özlərinə başgicəlləndirici bonuslar ödəməyi heç cür tərgidə bilməyən top-menecerləri getdikcə daha çox tənqidə məruz qalırlar. Amerika dövləti mahiyyət etibarilə korporativ davranışın bəzi yeni, yüksək dərəcədə mənəvi standartlarını tətbiq etməyə çalışır.
İkinci modeli şərti olaraq Fransa Prezidenti Nikola Sarkozinin adı ilə əlaqələndirmək olar. Onun siyasətinin mahiyyəti istehsal sektorunun, ilk növbədə, yüksək texnologiyalar sektorunun, eləcə də vergi və kredit güzəştləri formasında istehlakçıların dəstəklənməsindən ibarətdir. Son zamanlar burada da hökumət tərəfindən görülən tədbirlərin aşkarlığına və açıq olmasına üstünlük verilir. Dövlətin kömək etdiyi sahələrdən (istehsal sektoru nəzərdə tutulur) ilk növbədə, çətinlikdən çıxmağın dəqiq biznes planı, istehsalın strukturunun dəyişdirilməsi və səmərəsinin artırılması planı tələb edilir.
üçüncü modeli təklif edən şərti olaraq leyborist və Böyük Britaniyanın Baş naziri Qordon Braundur: dövlət bütün riskləri öz üzərinə götürərək, müflisləşənləri sadəcə olaraq milliləşdirir. Nəzərdə tutulur ki, dövlət bu halda da iqtisadi məqsədəuyğunluq prinsipindən çıxış edəcək, bu və ya digər istehsalın, maliyyə strukturunun sadəcə nominal olaraq saxlanmasını deyil, həm də onun səmərəsinin artırılmasını öz qarşısına məqsəd qoyacaq.
Azərbaycan isə özünün antiböhran tədbirlərinin həyata keçirilməsində yuxarıda sadalanan üç modelin hər birinə xas olan bu və ya digər cəhətlərdən uğurla istifadə edə bilər. Bununla bərabər, görülən tədbirlərin aşkarlığına, onların xalqa və sahibkarlara izah edilməsinə üstünlük verilməlidir. Demək lazımdır ki, bu baxımdan Azərbaycanın ən azı bir böyük üstünlüyü var. Bu üstünlük uğurla qurulub və əhalinin ən geniş kütlələrinin etimadına əsaslanmaqla, səmərəli antiböhran idarəçiliyini həyata keçirməyə imkan verən hakimiyyət sistemidir.
Büdcə sponsor və investordur
Dünyanın demək olar ki, bütün ölkələri indiki şəraitdə öz iqtisadiyyatlarına büdcədən külli miqdarda pul vəsaiti yönəltməyin bu və ya digər formasını tətbiq edir. Məsələn, dünyada ən böyük qızıl-valyuta ehtiyatları olan çin bu məqsədlər üçün 586 milyard dollar, Yaponiya 250 milyard dollar, Almaniya 80 milyard dollar, İspaniya 50 milyard dollar, Kanada 45 milyard dollar, Fransa 35 milyard dollar, Böyük Britaniya 30 milyard dollar, Hindistan və Avstraliyanın hər biri 20 milyard dollar, Cənubi Koreya 11 milyard dollar, Braziliya 5 milyard dollar, Tailand, Sinqapur və çilinin hərəsi 3 milyard dollar ayırır (xatırladaq ki, yalnız birbaşa büdcə ayırmalarından söhbət gedir, yəni biznesə və istehlakçılara vergi güzəştləri, hökumətin kredit təminatları və başqa tədbirlər buraya daxil deyil). ABŞ-da təkcə inşaat işlərinə - yolların, məktəblərin tikintisinə, ictimai binaların təmirinə 104 milyard dollar sərf etmək nəzərdə tutulur “qəti məbləğ, eləcə də bu proqramın bütün detalları hələ təsdiqlənməyib). Bu vəsaitlər yeddi il ərzində xərclənməlidir. Hökumətin hesablamalarına görə, tikinti sahəsinə 1 milyard dollar həcmində investisiya qoyulması il ərzində təqribən 19,5 min iş yeri yaratmağa imkan verəcək. Başqa sözlə, ABŞ-da dövlət hesabına milyonlarla yeni iş yeri yaradılacaq. Hökumətin bu cür hərəkətlərinin sadə məntiqi var: şirkətlər investisiyaları azaltdıqda, istehlakçılar isə mal almadıqda, kimsə onların yerini tutmalı və tələbi stimullaşdırmalıdır. Bu ideya 1930-cu illərin əvvəlində britaniyalı iqtisadçı Con Meynard Keyns tərəfindən işlənib hazırlanıb. ABŞ Prezidenti Franklin Ruzveltin “yeni xəttinin” ideoloqlarından biri məhz Keyns olub. Lakin keynsçilik reseptlərinin bu dəfə səmərə verib-verməyəcəyini söyləmək hələlik çətindir: böhranın miqyası çox böyükdür, o, həddən artıq qlobal xarakter daşıyır. İstehsalın azalması, daşınmaz əmlakın qiymətinin, səhmlərin məzənnəsinin düşməsi yaxın iki ildə, bəlkə də daha artıq müddətdə davam edəcək.
Hər halda, Azərbaycanda infrastrukturun məqsədyönlü inkişafı dünyada hər hansı böhranlardan xeyli əvvəl başlanıb və onlardan asılı olmayaraq davam etdiriləcək. Ən əvvəl ona görə ki, hökumət başa düşürdü və indi də başa düşür ki, infrastruktur layihələri təkcə və heç də böhran əleyhinə müalicə reseptləri demək deyil, bundan daha artıq dərəcədə ölkənin gələcək davamlı və müntəzəm inkişafının möhkəm təməlini yaratmaq deməkdir.
Dünyanın bir sıra aparıcı iqtisadçılarının fikrincə, böhranın nəticələri hələ uzun müddət hiss olunacaq. Onlar XX əsrdə dünyanın sənaye cəhətdən inkişaf etmiş dövlətlərini sarsıtmış böhranları təhlil edərək, aşağıdakı qanunauyğunluqları aşkar ediblər.
Əvvələn, böhranların əksəriyyəti uzun sürüb. Daşınmaz əmlakın qiyməti orta hesabla 35,5 faiz düşüb və altı ildən artıq bu vəziyyətdə qalıb. 1997-ci ildə Honkonqda daşınmaz əmlak 53 faizdən çox ucuzlaşıb və ucuzlaşma yeddi il davam edib. Şirkətlərin birjalarda kotirovka edilən səhmlərinin və başqa qiymətli kağızlarının qiyməti 55 faiz azalıb, onların məzənnəsinin düşməsi orta hesabla 3,5 il davam edib. Burada İslandiya (2007) və Tailand (1997) antirekordçular olub: birinci halda səhmlərin dəyəri 90 faizdən çox, ikinci halda 86 faiz azalıb. Tailandda birja məzənnələrinin azalması 5 il müşahidə olunub.
İkincisi, maliyyə böhranı həmişə istehsalın həcminin və məşğulluq səviyyəsinin azalması ilə nəticələnir. Belə ki, orta hesabla iki il müddətində istehsalın həcmi 9 faizdən çox azalır. İşsizlik 7 faiz artır, iş yerlərinin azalması 4 ildən çox davam edir. ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra böhranlar nisbətən “yumşaq” keçib və daha qısamüddətli olub. Maraqlıdır ki, məşğulluğun səviyyəsi inkişaf etmiş ölkələrdə deyil, inkişaf etməkdə olan ölkələrdə daha sürətlə artmağa başlayıb.
üçüncüsü, dövlət borcunun həcmi orta hesabla 86 faiz artır. Maraqlıdır ki, borcun artmasının əsas səbəbi dövlətlərin bank sisteminə maliyyə yardımı deyil, dövlətlərin ümumi gəlirlərinin azalmasıdır. Bu baxımdan Kolumbiya (1998) və Finlandiya (1991) planetdə hamıdan irəlidə idi: həmin böhranlar nəticəsində bu ölkələrin dövlət borcu 280 faiz artıb.
Bu kədərli nümunələrə nəzər salanda deyə bilərik ki, Azərbaycanı ən azı bu cür vəziyyət gözləmir. Əgər nisbətən qısa tarixi müddətdə yuxarıda adları çəkilən uğursuzluqlar aradan qaldırılıbsa, indiki problemləri də həll etməyin mümkün olacağına ümid var.
Avropada tənəzzül daha güclüdür
Hazırda avro zonasının iqtisadiyyatı gözlənildiyindən daha güclü tənəzzülə uğrayır. Almaniyada son 22 ildə, Fransa və İtaliyada isə demək olar ki, son 30 ildə belə tənəzzül olmayıb. Amerika iqtisadiyyatının hələ də kədərli vəziyyətdə olan statistikası kimi, bu faktlar da ekspertləri dünya iqtisadi böhranının nə vaxt başa çatacağı barədə proqnozlar söyləməkdən çəkinməyə məcbur edir. Avropanın əsas lokomotivi sayılan Almaniyada tənəzzülün əsas səbəbi ixracın və investisiyaların həcminin azalmasıdır. ümumiyyətlə isə avro zonasında sənaye istehsalının illik həcmi 12 faiz azalıb. Bu, həmin statistikanın aparıldığı bütün tarix ərzində maksimum tənəzzül deməkdir. Burada heç bəxti gətirməyənlər də var. Belə ki, keçən ilin sonunda Latviyada istehsalın həcmi 21 faiz, İspaniyada 20 faiz, avro zonasına daxil olmayan İsveçdə və Rumıniyada isə müvafiq surətdə 18 faiz və 17 faiz azalıb.
Hazırda ABŞ-da fəal müzakirə edilən “Obama planı” - iqtisadiyyatın stimullaşdırılması üçün 830 milyard dollarlıq tədbirlər paketi barədə də iqtisadçılar arasında fikir birliyi yoxdur. Amerikalı ekspertlərin bəziləri bu planı yeganə nicat yolu və hətta bütün qalan dünyanı da arxasınca çəkib aparacaq sürətli bərpaya ümid mənbəyi hesab edir. Digərləri belə fikirləşir ki, bütün bunlar gecikib və həmin planda artıq xəstələnmiş dünya (və Amerika) maliyyə sisteminin sağalmasına kömək edən heç bir prinsipial yenilik yoxdur. Proqnozların əksəriyyətinin ümumi cəhəti bundan ibarətdir ki, cari ilin birinci və ikinci rübləri nümunə olacaq. Əgər yaya qədər müəyyən sabitləşmə nəzərə çarparsa, bu, o demək olacaq ki, böhran artıq ən aşağı həddə çatıb və gec-tez yüksəliş başlanacaq.
Əgər Amerika iqtisadiyyatı tədricən dirçəlməyə başlasa, xammalın və enerji daşıyıcılarının qiymətləri artacaq. Bu halda neftin 1 barrelinin orta illik qiymətinin 60 dollar həddində olması tamamilə məqbul sayıla bilər. Ən pis variantda neftin 1 barrelinin qiyməti 30 dollar həddində dəyişə bilər ki, bu da hətta neft hasil edən ölkələrdə də kəmərləri bərk bağlamağa məcbur edə bilər. Yaxud da uzaqgörənlik edərək, əvvəlcədən işini ehtiyatlı tutmuş ölkələrdən borc almaq lazım gələcək.
Hələlik isə inkişaf etmiş dünya ölkələri inkişaf etməkdə olan ölkələri, hətta əvvəlki illərdə çox yüksək artıma nail olmuş ölkələri də öz arxasınca böhrana sürükləyir. Ekspertlərin çoxunun fikrincə, Avropa İttifaqına daxil olan Şərqi Avropa ölkələrində yaxın vaxtlarda böhranın ikinci dalğası gözlənilir. Bu dövlətlərdə maliyyə çətinliklərindən sonra sənaye də iflas həddinə çatacaq. Böhranın ən çox təsir edəcəyi dövlətlər kimi ən əvvəl Macarıstan, çexiya, Slovakiya və üç Baltikyanı respublikanın adları çəkilir.
Demək olar ki, bütün əmtəə qruplarına tələbin azalması bütün dünyada və hər bir sahədə zəncirvarı reaksiyaya səbəb olur. Bu, büdcələri dünya xammal bazarlarında satışın həcmindən bilavasitə asılı olan ölkələrə mənfi təsir göstərməyə bilməz. Böhranın dərinləşməsinin nəticəsi kimi enerji daşıyıcılarına tələbin azalması labüddür.
Enerji daşıyıcılarına tələbin aşağı düşməsi və kredit təklifinin azalması isə öz növbəsində, yeni qaz və neft kəmərlərinin, o cümlədən Xəzər regionunu istehlakçı regionlarla birləşdirən kəmərlərin inşası planlarına mənfi təsir göstərə bilər. Bu baxımdan Mərkəzi Asiyadan və Yaxın Şərqdən ildə 20-30 milyard kubmetr qaz nəql edilməsi üçün nəzərdə tutulan NABUCCO qaz kəməri layihəsi ətrafında çox mürəkkəb vəziyyət yaranıb. Azərbaycanın həmin layihədə iştirak etməsi və bu iştirakın konkret formaları məsələsi hələ müzakirə edilməli və dəqiqləşdirilməlidir. Tikintinin maliyyələşdirilməsi ilə bağlı məsələlərin də hamısı aydın deyil, smeta dəqiqləşdirilməyib.
Böhran şəraitində gözləmək olardı ki, bu layihənin taleyi çox acınacaqlı olacaq, lakin Rusiya ilə Ukrayna arasında yaranmış qaz qalmaqalı, yanvar ayında demək olar ki, iki həftə müddətində Avropaya qaz satışında fasilə yaranması həmin layihəyə, necə deyərlər, ikinci nəfəs verib. Bundan sonra Avropaya enerji daşıyıcıları satışının alternativ yolları məsələsi dərhal və kəskin şəkildə aktuallaşdı. Bununla bərabər, qitə, indi Avropa bazarında potensial güclü oyunçu kimi artıq özünü göstərmiş Azərbaycana da ümidlə baxır. Bu diqqət hətta bütün dünyada maliyyələşdirmənin azaldığı şəraitdə də ölkəyə ən azı xarici investisiyalar axınının olacağını vəd edir. Azərbaycanın nefti və qazı Avropaya böhran dövründə də lazımdır: maşınları yanacaqla doldurmaq, evləri nə iləsə qızdırmaq lazımdır, zavodlar və fabriklər nə iləsə işləməlidir. Hətta ən dərin böhran şəraitində də iqtisadiyyatda “mütləq sıfır” vəziyyəti olmur.
Rusiya-Ukrayna böhranı nəticəsində başqa ölkələrdən daha çox zərər çəkmiş Bolqarıstan hələlik NABUCCO layihəsi üzrə işlərin fəallaşdırılmasının əsas təşəbbüsçülərindən biri kimi çıxış edir. Bu ölkə Azərbaycandan 1 milyard kubmetr qaz alınması barədə ilkin müqavilə bağlayıb (perspektivdə bu həcm 3 milyard kubmetrə çatdırıla bilər ki, bu da ölkənin bütün illik tələbatını tamamilə təmin etməyə imkan verir). İndi Bolqarıstan NABUCCO layihəsinin tikintisi barədə Aİ-də lobbiçilik edir. Bolqarıstanın Baş naziri Sergey Stanişev artıq vəd edib ki, Avropa Şurasının martın 1-də Brüsseldə keçiriləcək iclasında Bolqarıstan bu layihə üzərində işin sürətləndirilməsi haqqında məsələ qaldıracaq.
NABUCCO layihəsi Xəzər dənizi rayonundan Avstriyaya qaz kəməri çəkilməsini nəzərdə tutur. Bu boru kəmərinin artıq Türkiyəyə çəkilib Bakı-Tbilisi-Ərzurum marşrutunun davamı olacağı planlaşdırılır. Lakin yeni qaz kəmərinin tikintisinin sürətindən asılı olmayaraq, yaxın gələcəkdə avropalı tərəfdaşların Azərbaycana diqqətinin artacağı təmin olunub.
Şimal qonşusu və onun problemləri
Azərbaycanın ən böyük şimal qonşusu olan Rusiyaya böhran güclü təsir göstərib. Ən nikbin proqnozlara görə, 2009-cu ildə Rusiyada üDM-in artımı sıfıra bərabər, bəlkə də mənfi olacaq. Rusiya iqtisadiyyatında kəskin tormozlanma hələ keçən il başlanıb (2007-ci ildə üDM artımı 8,1 faiz olduğu halda, keçən il bu göstərici 5,6 faiz olub). Son on ildə iqtisadi artım göstəricisi yalnız 2002-ci ildə bundan aşağı olub (4,7 faiz). Bəzi ekspertlər Rusiyada üDM-in 2 faizə düşəcəyini proqnozlaşdırır. Vəziyyəti gərginləşdirən odur ki, bütün son illər ərzində Rusiya iqtisadiyyatı neft, qaz və metal ixracından tam asılılıq vəziyyətini aradan qaldıra bilməyib.
Nəticədə Rusiya əhalisinin ödəmə qabiliyyətli tələbi azalır. İndinin özündə işsizlərin sayı 6 milyon nəfərə çatıb və artmaqda davam edir. Əhaliyə ən ağır zərbə ərzaq məhsullarının qiymətinin hələ keçən ilin baharından bahalanmasıdır. Yeri gəlmişkən, bu vəziyyət dolayısı ilə Azərbaycana da təsir göstərə bilər: məlumdur ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsi Rusiyada ən müxtəlif istiqamətlər üzrə ticarətlə məşğuldur. Ona görə də bu sahədə tənəzzül onlara da təsir göstərməyə bilməz. çox ehtimal ki, Rusiyada işləyən azərbaycanlıların bu il Vətənə pul köçürmələrinin həcmi azalacaq. Azərbaycandan Rusiyaya ərzaq ixracının həcmi də azalacaq. Lakin həddən artıq kəskin tənəzzül gözləməyə dəyməz.
Hələlik rublun məzənnəsinin azalması şəraitində (keçən ilin sentyabrından bəri dollarla müqayisədə rubl, demək olar ki, 50 faiz ucuzlaşıb) xaricdən Rusiyaya əmtəə idxalı xeyli azalıb. Rusiya gömrük xidmətinin məlumatına görə, idxal 35,6 faizdən çox aşağı düşüb. Bunun çox hissəsi avtomobillər, avadanlıq və ərzaq malları idxalının birdən-birə azalmasının payına düşür. İqtisadçılar idxalın kəskin azalmasını devalvasiya və kredit şoku ilə izah edirlər.
Əmtəə nomenklaturunun bütün əsas növlərində uzaq xaricdən idxalın azalması müşahidə olunub. Yanvar ayında avtomobillər, ət və şəkər üçün idxal rüsumları dərəcəsinin artırılması idxalın azalmasına təsir göstərib. Lakin idxalın kəskin azalmasının əsas səbəbi məhz devalvasiya və kredit şokudur, üstəlik əhalinin real gəlirlərinin azalması da buna əlavə olunub.
Valyuta bazarında çaxnaşma iqtisadiyyatın bir çox sektorlarında əsəbilik yaradır: bazar oyunçuları sadəcə bilmirlər ki, müqavilələri hansı qiymətlərlə bağlasınlar. Adətən, müqavilələr bir aydan artıq müddətə bağlanır. İndiki şəraitdə isə valyutaların məzənnə dinamikasını dəqiq proqnozlaşdırmaq və müvafiq surətdə bunu müqavilədə nəzərə almaq praktik olaraq mümkün deyil. Bəzi ekspertlər belə hesab edirlər ki, rublun devalvasiyası lüzumsuz olub, idxalı zəiflətmək və bu yolla ticarət balansının saldosunu tarazlaşdırmaq məqsədi ilə devalvasiya qəsdən “artıqlaması ilə” aparılıb. Bununla bərabər, hələlik heç kəs 2009-cu ildə Rusiyaya idxalın yenidən artmağa başlayacağını proqnozlaşdırmır.
Azərbaycan iqtisadiyyatı yaranmış vəziyyətdən şərəflə çıxa biləcəkmi? ölkənin dünya burulğanlarından tamamilə təcrid oluna biləcəyini söyləməyə dəyməz, çünki dünyada qarşılıqlı asılılıq həddən çoxdur. Lakin itkiləri əhəmiyyətli dərəcədə minimuma endirmək, ən az itki ilə nəticələnən ən optimal yol seçmək tamamilə mümkündür və Azərbaycan öz Prezidenti İlham Əliyevin rəhbərliyi ilə buna hökmən nail olacaq.
AzərTAc
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08
