Çanaqqala dostluğun, sevginin və sülhün örnəyinə çevrilməlidir
25.04.2015 [11:36]
Prezident İlham Əliyev Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasimdə iştirak edib
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfərə gəlib.
Çanaqqala şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
* * *
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Təntənəli mərasimə 21 dövlətin başçısı, 70-dən çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Mehmetçik” abidəsinin önünə xatirə əklili qoyması ilə başlayıb. Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz isə abidənin önünə ittifaq dövlətləri adından çələng qoyub.
Çanaqqala savaşlarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra yaylım atəşləri açılıb, Türkiyə Respublikasının dövlət himninin sədaları altında türk bayrağı səmada dalğalanıb.
Çanaqqala savaşlarında həlak olanların ruhuna Qurani-Kərimdən ayə oxunub.
Sonra Türkiyə Diyanət İşləri başqanı Mehmet Görmez Çanaqqalada şəhid olanların ruhuna dua oxuyub, bəşəriyyətə sülh və qardaşlıq arzularını çatdırıb.
Xristian din xadimi də savaşda həlak olanların ruhuna dua edib.
İttifaq dövlətləri adından çıxış edən Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz Çanaqqala savaşında bir çox millətlərin nümayəndələrinin iştirak etdiyini vurğulayıb. 1915-ci ildə baş verən bu döyüşdə minlərlə insanın öz ailə və doğmalarını geridə qoyaraq buradakı dəhşətlərə sinə gərdiyini, saysız qəhrəmanlıq nümunələri göstərdiklərini deyən Çarlz bu savaşın tarixə alicənab savaş kimi düşdüyünü diqqətə çatdırıb. Çanaqqala döyüşünün dünya miqyasında ciddi dəyişikliklərə səbəb olduğunu deyən şahzadə Çarlz nifrəti və dözümsüzlüyü aradan qaldırmaq üçün bundan sonra da bütün insanların üzərinə ciddi vəzifələrin və məsuliyyətin düşdüyünü bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, mərasimin keçirildiyi Gelibolu yarımadası Birinci Dünya müharibəsinin ən vacib cəbhələrindən biri olub. “Çanaqqalada yaşanan savaş türklərin və bu müharibədə iştirak edən millətlərin taleyini müəyyən etdi”, - deyən Ərdoğan bildirib: “Bizim üçün Çanaqqala zəfər rəmzidir, eyni zamanda, itkilərimiz baxımından bir hüzn ifadəsidir”.
Türkiyə Prezidenti bu torpaqlarda yüzlərlə gəncin gələcəyinin dəfn olunduğunu diqqətə çatdırıb. İndi dünyanın əmin-amanlığa böyük ehtiyacının olduğunu deyən Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin əziz xatirəsi naminə yer üzündə sülhün bərqərar olması üçün bütün dövlətlərin əllərindən gələni etmələrinin vacibliyini vurğulayıb.
Çıxışında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Uzaq diyarlardan övladlarını hərbə göndərən analar, göz yaşlarınızı dayandırın. Övladlarınız bizim bağrımızda hüzur içindədir. Onlar bu torpaqlarda canlarını verdikdən sonra artıq bizim övladlarımız olublar” sözlərini sitat gətirən Rəcəb Tayyib Ərdoğan bu torpaqlar uğrunda canını qurban verən bütün gənclərin xatirəsini bir daha ehtiramla yad edib. Bildirib ki, gələcək nəsillər Çanaqqalada əldə olunan müqəddəs amalları qorumalıdır. Çanaqqala dostluğun, sevginin və sülhün örnəyinə çevrilməlidir.
Sonra dünyanın müxtəlif ölkələrindən olan, fərqli dillərdə danışan uşaqlardan təşkil edilən xorun ifasında türk, fransız və ingilis dillərində “Sülhün səsli nəğməsi” oxunub.
Türkiyə Silahlı Qüvvələrinin “Mehteran” orkestri də öz çıxışlarını nümayiş etdirib.
Daha sonra Türkiyə Silahlı Qüvvələrinin bölükləri də daxil olmaqla ittifaq dövlətlərinin hərbi birliklərinin fəxri keçidi olub.
Dövlət başçıları Çanaqqala döyüşlərində həlak olan əsgərlərin məzarlarını ziyarət etdikdən sonra “Mehmetçik” abidəsinin önündə “Şəhidlik dəftəri”ni imzalayıblar.
Mərasimin ən maraqlı anlarından biri dənizdə Türkiyə, İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiya hərbi gəmilərinin keçidi olub. Bunun ardınca “Türk yıldızları” səmada nümunəvi manevrlər ediblər.
Xatırladaq ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verib. İttifaq üzvləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazları idarə etmək hüququnu özlərində saxlamaq istəyirdilər. Lakin onlar türk xalqının dəmir iradəsini sarsıda bilmədilər. Səkkiz ay davam edən və böyük itkilərin qeydə alındığı döyüşlərdə məğlub olan ittifaq dövlətləri geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüş məhv olmaq vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşdi və Çanaqqala zəfəri adı ilə tarixə düşdü. Türklər bu qanlı mübarizədə 250 mindən çox şəhid verdilər. Bir o qədər hərbçi itirən müttəfiq qüvvələr üçün isə bu döyüş hərbi fəlakət rəmzi kimi qiymətləndirilir.
Çanaqqala zəfərinin əldə olunmasında azərbaycanlılar da yaxından iştirak ediblər və üç mindən çox soydaşımız şəhidlik zirvəsinə ucalıb.
* * *
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.
Çanaqqala şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

