/ / Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov görüşüb
05.06.2014 [09:26]
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bodrumda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib: “Möhtərəm Prezident İlham Heydər oğlu, Sizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında görməyimə şadam. Bizim ikitərəfli münasibətlərimiz durmadan genişlənməkdədir. Bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Minnətdaram ki, Siz bizim təşəbbüslərimizi beynəlxalq təşkilatlarda həmişə dəstəkləyirsiniz. Enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin daha da möhkəmləndirilməsi məsələlərində də bu dəstək hiss olunmaqdadır. Xüsusilə mötəbər beynəlxalq təşkilatlarda, həmçinin BMT-də Azərbaycan ilə Türkmənistan arasında mehriban qonşuluq və qardaşlıq münasibəti aşkar duyulmaqdadır.
Bizim xarici siyasət idarələrinin əməkdaşlığı da kifayət qədər qənaətbəxş inkişaf etməkdədir. Hər görüş zamanı məsləhətləşmələr ikitərəfli münasibətlərimizin tərəqqisinə yeni yollar açır. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.
Ticari-iqtisadi sahədə də münasibətlərimiz çox yaxşı inkişaf etməkdədir. Fərəhlidir ki, bu ilin birinci yarısında əmtəə dövriyyəsi yüksək səviyyədə olub. Bizim hökumətlərarası komissiya iqtisadi məsələlər üzrə məsləhətləşmələr aparır. Düşünürəm ki, əmtəə dövriyyəsini daha da artırmaq üçün yaxşı potensialımız vardır. Xatırlayıram, Bakı sammitində Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı yaxşı sənədlər qəbul etdik. Əlbəttə ki, Xəzər dənizi həmişə dostluq, mehriban qonşuluq münasibətləri üçün ümumi vasitəmiz olub. Buna görə də mütəxəssislərimizin apardığı işlər Xəzər dənizi ətrafında ekologiyanın, biomühitin, floranın qorunmasında, əminəm ki, müsbət nəticələr verəcəkdir.
Təbii ki, humanitar sahədə münasibətlərimiz də yaxşı inkişaf etməkdədir. Mən bilirəm ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirəcəksiniz. Biz isə 2017-ci ildə Asiya Oyunları keçirəcəyik. Bu da bizə təkcə idmançılar deyil, eyni zamanda, hakimlər, məşqçilər arasında təcrübə mübadiləsi üçün yaxşı imkan yaradır ki, sonda uğurlu nəticə alınsın. Biz bilirik ki, Siz bu il xalçaçılıq üzrə sərgi keçirmək niyyətindəsiniz. Əgər imkan olarsa, biz də bu sərgidə iştirak edəcəyik. Düşünürəm ki, xalçaçılıq nəinki bizim xalqların şedevr sənətidir, həm də rəmzidir. Biz bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyik. Mən Sizə minnətdaram ki, sabah biz Zirvə görüşündə mədəniyyət məsələlərini müzakirə edəcəyik. TÜRKSOY bu ili böyük mütəfəkkir, filosof şair Məhtumqulu Fəraqi ili elan edib. Biz Sizə minnətdarıq ki, bizim şairimizin xatirəsini layiqincə yad etmisiniz.
İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində Sizin böyük əməyiniz vardır. Buna görə də mən Sizə, bütün qardaş Azərbaycan xalqına işlərinizdə böyük uğurlar, ölkənizə tərəqqi arzulayıram”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Möhtərəm Qurbanqulu Məlikqulu oğlu, bizim dövlətlər arasındakı münasibətlər barədə dediyiniz xoş sözlərə görə çox sağ olun. İstərdim ki, ilk növbədə, Türkmənistanın Sizin rəhbərliyiniz altında qazandığı böyük nailiyyətlər münasibətilə Sizi təbrik edim. Biz Sizin uğurlarınıza sevinirik və ümid edirik ki, bizim dostluq, mehriban qonşuluq münasibətlərimiz daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizin toxunduğunuz məsələlərlə bağlı bizdə tam qarşılıqlı anlaşma vardır. Biz siyasi münasibətlərimizi daha da möhkəmləndirmək əzmindəyik. Bizim Sizinlə görüşlərimiz, eləcə də xarici işlər nazirlərinin digər səviyyələrdə müntəzəm görüşləri münasibətlərimizin xarakterini bariz şəkildə göstərir. Bu, yaxın dostluq, qardaşlıq münasibətləridir. Biz bir-birimizə xeyirxahlıq, sülh arzulayırıq, bütün istiqamətlərdə əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik.
İqtisadi istiqamətdə də, əlbəttə ki, potensialımız böyükdür, əmtəə dövriyyəsi artır. Düşünürəm ki, gələcəkdə indiyədək istifadə olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ölkələrimiz arasında paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün qiymətləndiririk, ölkələrimizin inkişafını iqtisadiyyatın möhkəmləndirilməsində və regional əməkdaşlığı inkişaf etdirməkdə görürük.
Mən bilirəm ki, Azərbaycanda olduğu kimi, Türkmənistanda da böyük müasir liman tikilir. Bu yeni limanlar bizim ölkələrimiz və xalqlarımıza xidmət edəcəkdir. Biz Xəzər vasitəsilə yük daşınmasını daha da artıracağıq və bununla da iqtisadi potensialımızı möhkəmləndirəcəyik.
Həmçinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq paralel templərlə inkişaf edir. Bu sahə də xalqlarımızın rifahına, tərəqqisinə xidmət edir. Düşünürəm ki, bu layihələr, eləcə də Xəzərdə təhlükəsizliyin və ekoloji tarazlığın birgə qorunması səyləri vəziyyətin müsbət həllinə öz təsirini göstərəcəkdir. Xəzər dostluq, qardaşlıq dənizidir, bizim ümumi su hövzəmizdir. Biz də, əlbəttə ki, qardaşcasına əməkdaşlıq edirik. Ümid edirik ki, Xəzəryanı dövlətlərin Bakı sammitindən sonrakı ilk sammiti də bu əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.
Siz mədəniyyət sahəsinə toxundunuz. Əlbəttə ki, bu istiqamətdə də fəal əməkdaşlıq edir və işləyirik. Bizim geniş tərkibdə nümayəndə heyətimiz Türkmənistanın böyük oğlu Məhtumqulu Fəraqinin Aşqabadda keçirilən yubileyində iştirak etdi. Bakıda da müvafiq tədbirlər keçirildi. Bizim xalqlarımızın görkəmli oğullarının irsi, əlbəttə ki, böyük sərvətimizdir, biz onlarla fəxr edirik. Əlbəttə ki, biz onları təbliğ etməli və öz vətəndaşlarımıza ölkələrimizin malik olduğu yüksək mədəniyyət nümunələrini təqdim etməliyik. Tezliklə Bakıda Müasir Xalça Muzeyi binasının açılışı gözlənilir. Açılışdan sonra hesab edirik ki, Türkmənistan da xalçaçılıq sahəsində öz yüksək sənət nümunələrini təqdim edəcəkdir. Bu da bizim xalqlarımızı yaxınlaşdıran bir sahədir. Bizim xalqlarımızın xalçaya xüsusi münasibəti vardır. Bu, təkcə dekorasiya, rahatlıq elementi deyil, xalça bizim xalqlarımızın istedadını və mədəniyyətini əks etdirir. Xalça hər bir türkmən və azərbaycanlı üçün doğmadır. Mən çox şadam ki, Türkdilli Dövlətlərin Sammiti müntəzəm keçirilir, biz qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə edirik. Eləcə də bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu da əməkdaşlığın yeni formatıdır, həm də müsbət və səmərəli hadisədir. İkitərəfli və beynəlxalq təşkilatlarda görülən işləri təhlil edərkən yaxşı nəticələr əldə edildiyinin şahidi oluruq. Bu da bizi yeni addımlara ruhlandırır. Bir daha Sizi əldə olunan uğurlar münasibətilə təbrik etmək, qardaş Türkmənistan xalqına rifah və xoşbəxtlik diləmək istəyirəm”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40

