Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

27.03.2026 [11:44]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxundu.

Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30