Yeni dünya nizamında Azərbaycanın yeri: Münxendən yüksələn strateji baxış
18.02.2026 [11:27]
Bakı dünyaya sülh, tərəfdaşlıq və təhlükəsizlik mesajı verir
Ənənəvi Münxen Təhlükəsizlik Konfransı bu il qlobal geosiyasi gündəliyin ən həssas və taleyüklü məqamlarının müzakirə edildiyi platforma kimi yadda qaldı. Beynəlxalq münasibətlər sistemində dərin transformasiyaların baş verdiyi, güc balansının yenidən formalaşdığı, təhlükəsizlik arxitekturasının əvvəlki mexanizmlərinin sarsıldığı bir dövrdə Münxen tribunası dövlətlərin gələcəyə baxışını ortaya qoyduğu əsas meydan rolunu oynadı. Məhz belə bir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, keçirdiyi görüşlər və panel müzakirələrində səsləndirdiyi fikirlər təkcə regional deyil, qlobal miqyasda diqqət mərkəzinə çevrildi.
Azərbaycan artıq klassik “post-münaqişə dövləti” deyil, sülh əldə etmiş və yeni inkişaf mərhələsinə qədəm qoymuş aktor kimi çıxış edir. Prezidentin Münxendə verdiyi mesajların ana xəttini sülh, əməkdaşlıq, təhlükəsizlik və yeni ticari imkanlar təşkil edirdi. Bu dörd istiqamət, əslində, Bakının yeni inkişaf strategiyasının sütunlarıdır. Bu strategiya yalnız milli maraqlara söykənmir, eyni zamanda, qlobal münasibətlər sistemində daha inklüziv, qarşılıqlı asılılığa əsaslanan və rəqabətdən tərəfdaşlığa keçidi təşviq edən model təklif edir. Bu isə öz növbəsində rəqabət mühitini destruktiv qarşıdurmadan konstruktiv tərəfdaşlığa transformasiya edir. Münxen platformasından səsləndirilən mesajlar göstərdi ki, Bakı yalnız regional aktor deyil, həm də yeni geosiyasi və geoiqtisadi düzənin fəal iştirakçısıdır.
Sülhü əldə etmiş dövlət başçısının mesajı: əməkdaşlıq və tərəfdaşlıq prioriteti
Azərbaycan artıq illərdir ki, bu konfransın ən diqqət mərkəzində olan iştirakçılarından biridir. 2206-cı il konfransı isə bir sıra məqamlarına görə fərqlənir - Bakı ilk dəfədir ki, konfransa sülhü əldə etmiş ölkə kimi qatılır. Bu isə bütün dünyaya bir mesajdır - inkişaf üçün sülh ən vacib predmetdir. Fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibəsində dövlət başçısı bu məqamı xüsusi vurğuladı: “Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt - yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır”.
Bu fikirlər Azərbaycanın ən yeni tarixdə keçdiyi yolun siyasi yekunu kimi qiymətləndirilə bilər. Bu bəyanat təkcə diplomatik ritorika deyil, regionda yaranmış yeni reallıqların ifadəsidir. Azərbaycan artıq münaqişə gündəmini arxada qoyaraq inkişaf, inteqrasiya və əməkdaşlıq gündəmini önə çıxarır. Vurğulandığı kimi, əməkdaşlıq, sülh və tərəfdaşlıq anlayışlarının bir-biri ilə sıx bağlı şəkildə təqdim edilməsi təsadüfi deyil - müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı klassik hərbi çərçivədən çıxaraq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, texnoloji inkişaf, süni intellekt və iqtisadi dayanıqlılıq kimi elementləri də əhatə edir. Prezidentin vurğuladığı enerji təhlükəsizliyi və nəqliyyat məsələləri Azərbaycanın artıq Avropanın və daha geniş coğrafiyanın enerji təminatında mühüm rol oynadığını göstərir. Süni intellekt və rəqəmsal transformasiya kimi mövzuların da gündəmə gətirilməsi Azərbaycanın yalnız resurs ixrac edən ölkə deyil, eyni zamanda, innovasiya və texnoloji adaptasiya istiqamətində də iddialı olduğunu göstərir. Beləliklə, Münxendə səsləndirilən bu mesaj göstərir ki, Azərbaycan özünü qlobal təhlükəsizlik gündəliyinin passiv izləyicisi deyil, aktiv iştirakçısı kimi təqdim edir. Sülh əldə etmiş dövlət statusu isə bu iştirakçılığa əlavə legitimlik və siyasi çəki qazandırır.
Dəhlizlər strategiyası: enerji və nəqliyyatdan rəqəmsal bağlantılara
Bakı yeni dövrdə Cənubi Qafqaz - Mərkəzi Asiya - Kiçik Asiya geostrateji regionunu dəhlizlər qovşağına çevirir. Uzunmüddətli strateji baxışda dəhlizlər məsələsi yalnız enerji və ya daşımaçılıqla məhdudlaşmayacaq - bu siyasət elektrik və fiber-optik xətləri də əhatə edən genişmiqyaslı bağlantı konsepsiyasına çevriləcək. Bu, klassik tranzit ölkə modelindən daha geniş - inteqrasiyaedici qovşaq modelinə keçid deməkdir. Sitat: “Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq - enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik”.
Beləliklə, Azərbaycan artıq yalnız resurs ötürən deyil, həm də regionlararası əlaqələri koordinasiya edən mərkəz funksiyasını yerinə yetirir. Mövcud bağlantı konsepsiyasına yeni elementlərin əlavə edilməsi ölkənin dəyişən qlobal tələblərə operativ uyğunlaşdığını göstərir. Xüsusilə rəqəmsal infrastrukturun - fiber-optik dəhlizlərin - vurğulanması gələcək iqtisadiyyatın əsasının bilik və informasiya üzərində qurulduğunu nəzərə aldıqda mühüm əhəmiyyət daşıyır.
Dəhlizlərin genişləndirilməsi siyasəti dünya üçün alternativ marşrutlar, daha təhlükəsiz təchizat zəncirləri və logistika xərclərinin azalması deməkdir. Qlobal ticarət sistemində baş verən geosiyasi gərginliklər fonunda alternativ yolların mövcudluğu iqtisadi təhlükəsizliyin əsas şərtinə çevrilib. Azərbaycan məhz bu boşluğu dolduraraq yeni inkişaf yolu təklif edir.
Geostrateji üstünlüklər və suveren təhlükəsizlik modeli
Azərbaycanın coğrafi mövqeyi tarixən üstünlük kimi qiymətləndirilsə də, müasir mərhələdə bu üstünlük strateji dividendə çevrilib - Şərqlə Qərbin kəsişməsində yerləşən ölkə hər iki istiqamətdə sıx əlaqələr quraraq əməkdaşlığı hədəfləyən xarici siyasət modeli formalaşdırıb. Sitat: “Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”.
Bəli, həm Qərb, həm də Şərq üçün ehtiyac duyulan ölkəyə çevrilmək ciddi diplomatik və iqtisadi uğurun nəticəsidir. Elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadr potensialı və güclü infrastruktur Azərbaycanın daxili dayanıqlığını təmin edir. Ən mühüm məqam isə ölkənin öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsidir. Bu amil beynəlxalq nüfuzun artmasında həlledici rol oynayır. Çünki müasir dünyada güclü daxili dayanıqlıq xarici tərəfdaşlıq üçün əsas şərtdir. Azərbaycan inkişafın regional deyil, qlobal tendensiyaya çevrilməsini hədəfləyir. Bu isə ölkənin təşəbbüskar və proaktiv siyasət yürütməsinin göstəricisidir.
Cənubi Qafqazda yeni mərhələ
Müasir dövrün ən mühüm regional hadisələrindən biri Bakının Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırmasıdır. Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin irəliləməsi tarixi dönüş nöqtəsidir. Bir zamanlar icrası mümkünsüz görünən layihələr və kommunikasiyaların açılması artıq real perspektiv kimi dəyərləndirilir. Münxen platformasında bu məsələnin yenidən gündəmə gətirilməsi beynəlxalq ictimaiyyətin də bu prosesi diqqətlə izlədiyini göstərir. Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasətin Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində bu məqama toxunan Prezident sülhün üstünlüklərini ortaya qoyub. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar regional əməkdaşlıq imkanlarını genişləndirir. Sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması iqtisadi inteqrasiyanı sürətləndirəcək, qarşılıqlı asılılıq mexanizmini gücləndirəcək. Bu isə uzunmüddətli sabitliyin əsas təminatıdır.
Beynəlxalq ictimaiyyət artıq Azərbaycanın təşəbbüskar rolunu qəbul edir. Regionda davamlı sülhün təmin olunması yalnız iki ölkə üçün deyil, daha geniş coğrafiya üçün yeni imkanlar açır. Bu kontekstdə Cənubi Qafqaz qlobal nəqliyyat və enerji xəritəsində daha önəmli yer tuta bilər.
Qlobal təşəbbüsdə Azərbaycanın artan rolu
Panel iclasında iştirak edən Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti, Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri Vanq Huiyaonun Azərbaycanın qlobal logistika və iqtisadi inteqrasiya prosesində oynadığı rola verdiyi mühüm beynəlxalq qiymət mənzərəni daha da açıq göstərir - “Bir kəmər, bir yol” təşəbbüsünün Trans-Xəzər regionunu da əhatə etdiyinin xüsusi vurğulanması Azərbaycanın artıq bu nəhəng geoiqtisadi layihənin ayrılmaz halqasına çevrildiyini faktiki olaraq təsdiqləmiş oldu. “Bir kəmər, bir yol” təşəbbüsü yalnız infrastruktur layihəsi deyil, eyni zamanda, yeni qlobal ticarət fəlsəfəsidir. Bu strategiyanın əsas məqsədi Asiya ilə Avropa arasında daşımaları sürətləndirmək, logistika xərclərini azaltmaq və alternativ marşrutlar formalaşdırmaqdır. Məhz bu kontekstdə Trans-Xəzər marşrutunun önə çıxması təsadüfi deyil. Çünki geosiyasi risklərin artdığı bir dövrdə alternativ və təhlükəsiz yolların əhəmiyyəti daha da yüksəlir. Azərbaycan isə Xəzər hövzəsində sabit və etibarlı tərəfdaş kimi çıxış edərək bu marşrutun dayanıqlığını təmin edən əsas ölkələrdən biridir.
Digər mühüm məqam ondan ibarətdir ki, bu layihələr rəqabət aparan böyük güclərin maraqlarının kəsişdiyi məkanda reallaşır. Buna baxmayaraq, Bakı müxtəlif aktorları ortaq iqtisadi maraqlar ətrafında uzlaşdırmağı bacarır. Bu isə Azərbaycanın balanslaşdırılmış və praqmatik diplomatiyasının nəticəsidir.
Transmilli enerji layihələri və siyasi zəmanət
Azərbaycanın həyata keçirdiyi transmilli enerji layihələri ölkənin beynəlxalq nüfuzunun əsas dayaqlarından biridir. Bakıdan Aralıq dənizinə uzanan neft kəmərləri və Avropaya qaz nəqlini təmin edən layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini formalaşdırıb. Bu layihələr sayəsində ölkə təkcə enerji ixracatçısı deyil, həm də Avrasiyada enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Bakı Avrasiyanın mərkəzində bütün qitələri və iqtisadi güc mərkəzlərini bir hədəfə fokuslaya bilib. Sitat: “Azərbaycan bir çox ölkələrin marşrutu boyunca keçən, hamısı ilə yaxşı münasibətlər quraraq Bakıdan Aralıq dənizinə neft kəməri, Bakıdan İtaliyaya qaz kəməri kimi transmilli layihələrə start verən və onlara rəhbərlik etməyi bacaran bir ölkədir. Beləliklə, bu, Avrasiyanın çox geniş coğrafiyasında əməkdaşlıq üçün daha bir çox güclü siyasi zəmanət olacaq”.
Beləliklə, transmilli enerji xətlərinin müxtəlif ölkələri ortaq iqtisadi maraqlar ətrafında birləşdirməsi həm də siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Enerji təhlükəsizliyi məsələsinin qlobal gündəmdə prioritet olması Azərbaycanın rolunu daha da aktuallaşdırır. Bu layihələr, eyni zamanda, böyük siyasi zəmanət yaradır. Çünki enerji infrastrukturu uzunmüddətli əməkdaşlıq tələb edir və tərəflər arasında sabit münasibətlərin qorunmasını şərtləndirir.
Rusiya anlamalıdır ki, münasibətlər sisteminin mexanizm alətləri dəyişib...
Bakının Münxen tribunasından səsləndirdiyi ən mühüm mesajlardan biri isə dünyada yeni münasibətlər sisteminin qurulmasındakı alətlərin artıq dəyişməsidir. Başqa sözlə, böyük güc mərkəzləri özlərinin inkişafı üçün əməkdaşlıq və iqtisadi əlaqələrin daha da gücləndirilməsi yolunu seçməlidir. Güc yolu, təzyiq yolu, yalana söykənən ritorika, hədə siyasəti kimi alətlər artıq nəinki ikinci plana keçib, tamamilə sıradan çıxıb. Bu baxımdan, Azərbaycan həm də geniş mənada yerləşdiyi regionun yeni siyasi-iqtisadi xəritəsinin qurulmasına töhfələr verməyə çalışır. Sirr deyil ki, bu gün qlobal münasibətlər sisteminin ən mühüm problemi Rusiya - Ukrayna müharibəsidir. Müharibənin başa çatması üçün ABŞ-ın təşəbbüsü ilə aparılan danışıqlar prosesi alqışlanır - bununla yanaşı, Rusiya Ukraynadakı digər ölkələrə məxsus olan enerji obyektlərini vurmaqla destruktiv mahiyyətini ortaya qoyur. Ukraynadakı Azərbaycana məxsus enerji obyektlərinin vurulması məsələsi də bu kontekstdən izah edilməlidir. Sitat: “Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi. Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa, heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir”.
Qeyd edək ki, Rusiya 2025-ci il iyulun 25-də Azərbaycanın Kiyevdəki səfirliyinin binasına raket zərbəsi endirib. Bunun ardınca bir ay sonra - həmin il avqustun 28-də Moskvanın Kiyevə raket zərbələrindən əmələ gəlmiş partlayışın dalğası nəticəsində diplomatik missiyanın binası zədələnib. Səfirliyin konsulluq xidmətinin bölməsinin dam örtüyü dağılıb. Üçüncü zərbə isə noyabrın 14-də endirilib. Rusiyanın Ukraynada Azərbaycana qarşı gizli savaşı diplomatik missiyanın binasına hücumla başa çatmır. O, Azərbaycanın Ukraynadakı neft bazasına da zərbə endirib. Məlumatlara görə, Rusiya 2025-ci il avqustun 8 və 18-də Ukraynanın Odessa vilayətindəki Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bazasına hücum edib. Yayılan xəbərlərə görə, sonuncu hücum nəticəsində 16 min kubmetrdən çox yanacaq tutumu olan neftbazanın bütün 17 rezervuarı, nasos stansiyası, operator və texniki otaqları məhv edilmiş, dörd əməkdaşı yaralanmışdı.
Bəlli olduğu kimi, Azərbaycan Kiyevdəki diplomatik missiya binasının yerləşdiyi ərazilərin koordinatlarını Moskvaya təqdim etdiyindən, habelə ərazi səfirlik və konsulluqların sıx yerləşməsi ilə tanındığından Rusiyanın həmin əraziyə, xüsusən Azərbaycan səfirliyi və konsulluğuna raket zərbəsi endirməsi yanlışlıq və ya təsadüf sayıla bilməz. Üç dəfə eyni koordinata raket hücumunu necə təsadüf adlandırmaq olar?
Törətdikləri qanunazidd davranışa, dostluğa, mehriban qonşuluğa, strateji tərəfdaşlığa qarşı çıxdıqlarına görə rəsmi Bakıdan üzr istəmək, ziyanın qarşılığını ödəyəcəklərini bildirməkdənsə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) bu hücumu müdafiə edib. Belə ki, Moskva Prezident İlham Əliyevin açıqlamasını, Azərbaycanın Kiyevdəki səfirliyinə məqsədyönlü zərbələr barədə bəyanatında irəli sürdüyü ittihamları rədd etməyə çalışıb. Rusiya XİN bildirib ki, Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevin sözlərini “təəccüblə” qarşılayıblar. Nazirlikdən verilən açıqlamada zərərlərə görə təəssüf ifadə olunub və iddia edilib ki, bu vəziyyət guya, Ukraynanın hava hücumundan müdafiə üçün istifadə etdiyi “Patriot” Zenit Raket Kompleksinin raketinin düşməsi nəticəsində yarana bilər.
Moskva bu addımı ilə beynəlxalq münasibətləri və normaları nüfuzdan salır, onu heçə sayır. Görünür, Rusiya hələ də müasir yeni nizamı ya dərk etmir, ya da qəbul edə bilmir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56

