Zəfər Paradı: qürur, güc simvolu, yeni gələcəyin təməli
10.12.2025 [11:53]
5 il öncə verilən mesajlar bu gün reallığa çevrilir
2020-ci ilin Azərbaycan tarixində xüsusi yeri var - Zəfər, qələbə, ədalətin bərpası ili kimi yadda qalan bu dövr müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər gücümüzün, qüdrətimizin və inamımızın təcəssümü idi. 2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər Paradı isə yalnız hərbi güc nümayişi deyildi - bu, Azərbaycan xalqının 30 ilə yaxın davam edən ədalət axtarışının reallığa çevrilməsinin, beynəlxalq hüququn bərpasının və tarixi ədalətin öz yerini tapmasının ən möhtəşəm simvollarından biri kimi yadda qaldı. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə təkcə torpaqlarını azad etmədi, həm də bütün dünyaya mühüm bir presedent göstərdi: haqq-ədalət gec-tez qalib gəlir və dövlət öz suverenliyini bərpa etmək hüququndan heç zaman məhrum edilə bilməz. Bu qələbəni təmin edən əsas amillərdən biri uzun illər ərzində formalaşdırılan peşəkar ordu, müasir hərbi texnologiyalar və dövlətin ardıcıl şəkildə həyata keçirdiyi ordu quruculuğu siyasəti oldu. Məhz bu siyasətin nəticəsi idi ki, Azərbaycan Ordusu 2020-ci ilin payızında dünyanın hərbi dairələrində geniş rezonans doğuran müasir döyüş taktikaları ilə qətiyyətli zəfər qazandı.
Zəfər Paradı Azərbaycan Ordusunun gücünün, xalqın birliyinin və dövlətin siyasi iradəsinin parlaq təcəssümü idi. Parad həm mənəvi baxımdan, həm də hərbi-siyasi mesajları ilə xüsusi əhəmiyyət daşıyırdı. 30 illik fasilədən sonra qələbənin birbaşa şahidi olan xalq öz ordusunun möhtəşəm yürüşünü izləyərkən qürur, sevinc və milli oyanış duyğularını bir daha yaşadı. Bu parad yalnız bir mərasim deyildi - o, Azərbaycan tarixinin yeni mərhələsinin rəsmi elanına çevrilmişdi və bu gün, 5 il sonra həmin mərasimin əsl mahiyyəti daha aydın görünür.
30 ilə yaxın gözlənilən qələbənin triumfu...
30 ilə yaxın işğal altında saxlanılan torpaqların azad edilməsi xalqımızın ruhunda toplanmış ağrının qürur hissinə çevrildiyi tarixi an idi. Şəhidlərin ruhuna ehtiram, qazilərin şücaətinə minnətdarlıq və ordunun fədakarlığı bu mərasimin ana xəttini təşkil edirdi. Bu mənada Zəfər Paradı milli həmrəyliyin ən yüksək formasını nümayiş etdirdi. Mərasimdə nümayiş olunan qənimətlər, xüsusilə erməni ordusundan ələ keçirilmiş hərbi texnikanın sərgilənməsi Azərbaycan Ordusunun peşəkarlığının, strateji üstünlüyünün və döyüş meydanında əldə etdiyi nəticələrin real təsdiqi idi. Bu, həm də illərlə davam edən təxribatların, işğalın və beynəlxalq ədalətsizliyin cavabının necə verildiyini dünyaya göstərirdi. Zəfər Paradının mənəvi tərəfinin ən mühüm elementlərindən biri Şuşa fatehlərinin xüsusi keçidi oldu. Şuşanın azad olunması Azərbaycan tarixində dönüş nöqtəsidir. Parad zamanı bu qəhrəmanların addımları həm ordunun rəşadətini, həm də xalqın inadkar mübarizə ruhunu simvolizə edirdi.
Zəfər paradı bölgədə yeni münasibətlər sisteminin əsasını qoydu
Zəfər Paradı həm də gələcək üçün bölgədə qurulacaq yeni siyasi-strateji reallıqların elan meydanı kimi yadd aqaldı. Paradın hərbi-siyasi mesajları Cənubi Qafqazda güc balansının dəyişdiyini, Azərbaycanın yeni regional nizamın əsas aktorlarından birinə çevrildiyini açıq şəkildə göstərirdi. Mərasimdə nümayiş etdirilən yeni nəsil silah sistemləri, Azərbaycan Ordusunun modernləşdirilmiş strukturu və qələbədən sonra formalaşan hərbi-siyasi güvənlik mühiti region ölkələri üçün açıq mesaj idi: Cənubi Qafqazın gələcəyi Azərbaycan olmadan müəyyən edilə bilməz. Bu, həm də Ermənistan üçün mühüm siqnal idi - artıq işğal dövründəki status-kvo birdəfəlik aradan qalxıb və regionda yeni reallıq yaranıb.
Bu mənada, Zəfər Paradı yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün dönüş nöqtəsi idi. O, yeni münasibətlər sisteminin başlanğıcını formalaşdırdı, siyasi balansların dəyişməsi üçün start nöqtəsinə çevrildi və diplomatik proseslərə də öz istiqamətləndirici təsirini göstərdi.
Zəfər Paradının siyasi əhəmiyyəti: verilən mesajlar, Şuşa Bəyannaməsinin müjdəsi
Beş il sonra Zəfər Paradına bu günün prizmasından baxdıqda onun siyasi əhəmiyyətinin nə qədər böyük olduğu daha aydın görünür. Parad sadəcə bayram mərasimi deyil, postmüharibə dövrü üçün siyasi xəritənin cızıldığı bir tribuna idi. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan-Türkiyə müttəfiqliyinin strateji mahiyyətini aşkar şəkildə göstərdi. Bu iştirak həm dünyaya, həm regiona, həm də Ermənistana açıq mesaj idi: iki ölkənin birliyi sarsılmazdır və bu birlik regionda yeni təhlükəsizlik formatının əsas dayağına çevriləcək.
Məhz həmin parad Şuşa Bəyannaməsinin siyasi müjdəsi kimi qəbul edilə bilərdi. Bir neçə ay sonra imzalanan bəyannamə türk dünyasında ilk dəfə olaraq iki dövlət arasında müttəfiqlik münasibətlərini rəsmi şəkildə təsbit etdi və bu münasibətlər hərbi-siyasi inteqrasiyanın ən yüksək mərhələsinə qədəm qoydu.
Qələbədən sonra formalaşan diplomatik reallıqlarda Azərbaycan təkcə regional güc kimi deyil, həm də qlobal siyasi təşəbbüslərə təsir göstərən aktor kimi önə çıxmağa başladı. Paradın siyasi mənası, həmçinin ondan ibarətdir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu qələbə ölkənin xarici siyasətində yeni imkanlar açmışdır.
5 il sonra bu gün...
Beş il sonra 2020-ci ilin Zəfər Paradı yalnız qələbənin simvolu kimi deyil, həm də bu gün regionda yaşanan real siyasi proseslərin təməlini qoyan hadisə kimi dəyərləndirilir. Bu müddət ərzində Azərbaycan həm siyasi, həm hərbi, həm də iqtisadi sahədə daha da güclənib. Azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri aparılır, həmin bölgələr sürətlə yenidən məskunlaşır və ölkə öz tarixi torpaqlarına həyat qaytarır.
Bu 5 ildə Azərbaycan sülh gündəliyini irəli sürüb və regionda yeni əməkdaşlıq mühiti yaratmağa çalışıb. Ermənistanın müxtəlif təxribatlarına baxmayaraq, Azərbaycan bu dövrdə sabitlik və qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırmaq səylərindən dönməyib. Bu gün regionda yaranmış yeni siyasi reallıq Zəfər Paradının meydanda verdiyi mesajların doğruluğunu təsdiq edir. Zəfər Paradı Azərbaycanın gücünün, əzminin, birliyinin və öz yoluna sadiqliyinin ən parlaq simvolu olaraq qalır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

