Ağdam, günün mübarək!
20.11.2025 [09:55]
20 noyabr Azərbaycan dövləti və xalqı üçün əlamətdar günlərdən biridir. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı zəfərlərlə son 200 illik tariximizin qürur səhifəsini yazan qalib Azərbaycan Ağdam Şəhəri Gününü qeyd edir. Bu bayram tarixi şəhərimiz olan Ağdamın işğaldan azad olunmasını simvolizə edir. Məhz tarixin bu günündə - 20 noyabr 2020-ci ildə şəhərin işğalına son qoyulub.
İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri
Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. İşğaldan azd edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük qələbələrimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi anlamına gəlir. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Sonrakı mərhələdə isə silahlı Qüvvələrimiz 2023-cü il 19-20 sentyabr tarixində Xankəndidə və digər ərazilərdə uğurlu lokal xarakterli antiterror əməliyyatı aparmaqla separatçıların tabutuna son mismarı vurdu və beləliklə də, Azərbaycanın suverenliyi tam şəkildə təmin edildi. Prezident İlham Əliyevin imzaladığı iki Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Siyahını təqdim edirik:
26 avqust - Laçın şəhəri günü,
4 oktyabr - Cəbrayıl şəhəri günü,
17 oktyabr - Füzuli şəhəri günü,
20 oktyabr - Zəngilan şəhəri günü,
25 oktyabr - Qubadlı şəhəri günü,
8 noyabr - Şuşa şəhəri günü,
20 noyabr - Ağdam şəhəri günü,
25 noyabr - Kəlbəcər şəhəri günü.
20 sentyabr - Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə şəhərləri günü.
İşğala qədərki dövrdə Ağdam bütün bölgənin ticarət mərkəzi sayılırdı
Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu ərazidə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayak rolunu oynayıb. Bu mənada “Ağdam” həm də “ağ ev”, “ağ şəhər” anlamına gəlir. 1930-cu ildə Ağdam rayonu yaradılıb. Rayonun sahəsi 1150 kvadratkilometrə bərabər idi.
İşğaldan əvvəlki dövrdə Ağdam ağ günlərini yaşayıb. Şəhər bütün bölgənin ticarət mərkəzi sayılırdı. Ətraf yaşayış məntəqələrinin sakinləri həftəlik və yaxud qışlıq azuqələrini toplamaq üçün bura üz tutardılar. Bu da onunla bağlı idi ki, Ağdam bazarında hər nə desən tapmaq mümkün idi. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi var idi. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz- furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. Dünyada ikinci, keçmiş İttifaq məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri sayılan xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi-eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi nəticəsində Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyuldu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.
Qafqazın Xirosiması
Ağdamın süqutu 23 iyul 1993-cü il tarixində baş verib. Bununla da rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçib. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Zamanında aran və dağlıq Qarabağın incisi sayılan Ağdam müharibədən sonra xarabalıqları xatırladırdı. Şəhərdən əsər əlamət yox idi. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkün idi. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb.
Hesablamalara görə, işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb”.
Ağdam bütün dünya üçün örnək olacaq
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş Ağdamın ağ günləri geri qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva postmüharibə dövründə bir neçə dəfə Ağdama səfər edərək burada reallaşdırlan layihələrlə tanış olublar və özlərinin dəyərli tövsiyələrini veriblər. 2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik günündə isə Ağdam tarixi anlara şahidlik etdi. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Qeyd edək ki, Baş Plan üzərində mütəxəssislərin iştirakı ilə bir müddət iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Əlbəttə, Ağdam şəhərinin Baş Planının dövlət başçısına təqdim olunması üçün başqa bir vaxt da seçilə bilərdi. Ancaq belə bir əlamətdar tədbirin dövlət bayramımız olan Müstəqillik günündə keçirilməsi böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında əminliyini ifadə edərək bildirib ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək - əvvəllər şəhərin ərazisi 700-800 hektar təşkil edirdi. Ağdamda 1750 fərdi ev, 23 min mənzil inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Mərkəzi hissə şəhərin ən sıx yerini təşkil edəcək. Şəhərin ətrafı intensiv bağlarla əhatə olunacaq.
Ümumiyyətlə, postmüharibə dövründə Ağdamda icrasına başlanan layihələrin sayı kifayət qədər çoxdur. Artıq işğaldan azad olunmuş bir sıra ərazilər kimi, Ağdam rayonuna da ilk köç karvanları yola salınıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

