Cinayətkarlar cəzalandırılmalıdır!
01.07.2025 [07:43]
Baş verənlər Rusiyanın siyasi elitasının iradəsindən kənar deyil
Yekaterinburqda azərbaycanlı ailəyə qarşı edilən hücum, iki nəfərin qətlə yetirilməsi Rusiya siyasətində şovinizm və etnoayrı-seçkiliyi bir daha ortaya çıxardı. Məsələni fərqli rakurslardan izah edən siyasətçilər isə hadisənin dövlət elitasının iradəsindən kənar baş vermədiyi qənaətindədirlər. Düşüncələr və münasibətlər bir nöqtədə birləşir - bu, diskriminasiya və terror hadisədidir, cinayətdir və baş verənlərə hüquqi yanaşma sərgilənməlidir.
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Rusiya qvardiyasının, həmçinin təhlükəsizlik qüvvələrinin maskalı şəraitdə, silahlı, sanki böyük terror qruplarını zərərsizləşdirəcək şəkildə azərbaycanlı ailəyə qarşı qəddar davranışlarının hüquqi əsası yoxdur: “Yəqin ki, onlarda Səfərovlar ailəsinin silahsız olması barədə informasiya olub. Görünən mənzərə bəllidir: söhbət son dərəcə təhlükəli, diskriminativ, hətta faşist təmayüllü, az qala Rus xalqını ari, digərlərini isə aşağı “növlü” millətlər sayıb onların üzərinə getməkdən qaynaqlanır. Bu xətt Rusiyanın bəzi dövlət orqanlarında hələ də hakimdir və son dərəcə ağır, beynəlxalq, regional nəticələr doğura bilər”. Prosesi media məkanında müşahidə edərkən bir sıra sinxron halların şahidi olduğunu bildirən millət vəkili deyib ki, ilk növbədə məsələyə ən yüksək səviyyədə qərar verildiyi inkar edilə bilməz. “Sirr deyil ki, Rusiya elitasında həmişə bölgəni özünün imperiya subyekti kimi görən, onun müstəqilliyini həzm etməyən dairələr mövcuddur. Baş verənlərdə də son illər Rusiya-Azərbaycan münasibətlərinə bu nöqteyi-nəzərdən yanaşanların xətti görünür. Rusiyada ötənilki təyyarə qəzasında Azərbaycanın haqlı mövqeyinə və duruşuna qarşı “yenə də cəzalandırmaq” siyasətinin tərəfdarları da var. Görünməyən səbəblər də ola bilər. Məsələn, Azərbaycanın İsraillə münasibətləri, İranla müharibə dövründə ölkəmizin son dərəcə uğurlu balanslı davranışları...”, - deyən Z.Oruc qeyd edib ki, media məkanı prosesi bəzən fərqli məqamlarla əsaslandırmağa çalışır. Ortaya qoyulan mövqe Azərbaycanın qələbədən sonra daha müstəqil siyasət yürütməsi, regional arxitekturanı istədiyi kimi formalaşdırması və s. kimi amilləridir: ““Rusiyanın düşmənləri Azərbaycanda mövqeyə malikdirlər” kimi baxış, münasibət tamamilə yanlışdır. Nəticə etibarı ilə isə gəldiyimiz nəticə bundan ibarətdir ki, bu, sistemin qərarıdır, siyasidir. Azərbaycanlıları müxtəlif istiqamətlərdə ictimai fikirdə, siyasi məkanda, informasiya aləmində olan ciddi obrazını qaralamaq və bundan irəli gələrək təmizləmə əməliyyatı keçirmək niyyəti güdülüb. Bu, humanitar basqının yeni növlərindəndir ki, son illərdə yaşamışıq”.
STM rəhbəri qeyd edib ki, Azərbaycan hər hansı bir üçüncü dövlətə hərbi məkan deyil. Rusiya özü 2022-ci ildə imzalanmış strateji müttəfiqlik sənədinin ruhuna, prinsipləriə zidd addımlar atır və bunu təmizləmə əməliyyatı kimi qələmə verir: “Rusiyanın şərhçilər ordusu məsələni “əsaslandırmağa çalışanda” hansı “fəndlərdən” istifadə etmirlər: guya, həmin zərərçəkənlər orada cinayətkar fəaliyyətlərlə məşğuldurlar, narkotik daşıyıcılarıdır, silah alverçiləridir, hətta Ukrayna döyüşlərində ilk sırada onlar döyüşməlidirlər və s. Nəticə etibarı ilə bildirirlər ki, onlar hamısı çıxarılmalıdır və Azərbaycan dövlətinə təzyiqlər olmalıdır. İddia edirlər ki, biz müstəqillik məkanında özümüzü daha böyük hiss edirik, Türkiyə ilə münasibətlərimiz yaxınlaşır, TDT regional gücə çevrilib və bu Rusiyanın maraqlarına ziddir. İfadələr kifayət qədər belə demək mümkündürsə, çərçivələnib və orada sadə insan mövqeyi görmək mümkün deyil. Azərbaycan XİN, ölkəmizdəki rus icmasının təmsilçiləri və rəhbərləri, çox düzgün olaraq bu qəddar hərəkətləri, cinayətləri edənlərin cəzalandırılmasını tələb ediblər. Nə qədər gec deyil buna hüquqi qiymət verilməlidir”.
Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə Rusiyada baş verən hadisənin dövlət səviyyəsində kriminal əməl kimi qiymətləndirilməli olduğunu bildirib. O bildirib ki, heç bir şübhəli məqamla insanların evinə basqın təşkil edərək öldürülməsinə bəraət qazandırmaq mümkün deyil: “Burada bu qədər insanın öldürülməsi və işgəncəyə məruz qalması məqsədyönlü xarakter daşıyır. Bu, birbaşa sifarişlə həyata keçirilən prosesdir. Həmçinin bu Azərbaycana qarşı törədilən ciddi bir aktdır. Bu dövlət bütövlükdə bu cür proseslərin qarşısını almasa, ölkə daxilində ciddi fəsadlara gətirib çıxara bilər. Bu, miqrantların sıxışdırılması kimi qiymətləndirilə bilməz. Bu, birbaşa ölkədə yaşayan şəxslərin dövlətin əli ilə öldürməsindən söhbət gedə bilər”.
F. Mustafa qeyd edib ki, Azərbaycanın bu məsələyə sərt reaksiyası anlaşılandır: “Vətəndaş və soydaşlarımızın qorunması üçün ciddi addımlar atılmalıdır. Bu, Rusiya və Azərbaycan arasında strateji münasibətlərin ruhuna zidd addımdır. Bu, eyni zamanda, sərnişin təyyarəsinin qəzaya düşməsi ilə eyni zehniyyətin başqa bir təzahürüdür. Burada dünyası dəyişənlər bizim üçün əziz insanlardır, soydaşlarımızdır. Orada yaşayan vətəndaşlarımıza qarşı bu cür kriminal hadisənin dövlət strukturlarının əlilə törədilməsi yolverilməzdir. Bu cinayəti törədənlər mütləq cavab verməlidirlər”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

