Etibarlı tərəfdaş, dialoq təşəbbüskarı və strateji aktor
20.05.2025 [07:54]
Bakı qlobal münasibətlər sisteminin aparıcı məkanı kimi...
Azərbaycan üzvü olduğu siyasi təşkilatlarda, iqtisadi birliklərdə fəallığı ilə daim seçilir. Qısa zaman kəsiyində BMT TŞ-ə sədrlik, Qoşulmama Hərəkatına rəhbərlik kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən gələn rəsmi Bakı özünün ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən möqeyi ilə şöhrət qazanıb. Qlobal pandemiya dövründə davranışları, kolonializmdən əziyyət çəkən ölkələrə yardımları, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu bir daha onu göstərir ki, Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında Azərbaycana qarşı maraq təsadüfi xarakter daşımır - Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi.
Azərbaycanın nüfuzunun göstəricisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin qlobal və regional diplomatiyadakı fəal rolunu bir daha nümayiş etdirdi. Bu formatda keçirilən tədbir yalnız siyasi baxımdan deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıqların qurulması üçün strateji platforma olaraq çıxış edir. Dövlət başçımızın bu zirvədə apardığı ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq tərəfdaşlar arasında artan nüfuzunun və ona olan marağın bariz nümunəsinin təsdiqidir. Misal olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşünü göstərmək olar. Hər iki Aİ rəsmisi Azərbaycanı Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı adlandırıb, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər. Paralel olaraq Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da qeyd edilib. Bu bir daha onu göstərir ki, Azərbaycan yeni dövrdə dünyanın əsas istinad mərkəzlərindən biri kimi çıxış etmək iqtidarındadır.
Qlobal Cənubun etimadı...
Konkret olaraq həm Zirvə çərçivəsində baş tutan görüşlərdə, həm də toplantıda Azərbaycanın diplomatik çevikliyi və qlobal əməkdaşlığa açıq siyasəti ön planda tutulub. Tədbirlə bağlı KİV-lərin yayımladıqları xəbərlərdə, videogörüntülərdə bütün Avropa kontingentinin ölkəmizə qarşı xüsusi maraq göstərməsi açıq şəkildə bəlli olur. Vurğulandığı kimi, bunun arxasında yorulmaz fəaliyyət və bütövlükdə qlobal proseslərə ədalətli yanaşma dayanır. Məhz bu kimi davranışlar və mövqe ikitərəfli münasibətlərin inkişafını, enerji təhlükəsizliyi prizmasından əlaqələrin daha da intensivləşdirilməsini, nəqliyyat marşrutlarının effektivliyinin artırılmasını, “yaşıl enerji” və geosiyasi çağırışların açıq müzakirəsini təmin edir. Bu kimi görüşlərdə dövlətlərin qarşılıqlı real əməkdaşlıq platformaları üçün nə qədəqr açıq olduğu bəlli olur.
Qeyd edildiyi kimi, Avropa ölkələrinin prezidentləri, baş nazirləri və digər yüksəkvəzifəli şəxslər ilə hətta qısamüddətli olsa belə aparılan danışıqlar Avropa liderlərinin Azərbaycana verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Bu, bir tərəfdən Azərbaycanın Qlobal Cənubda artan rolunu da təsdiqləyir. Bakı yalnız Şərqə doğru inteqrasiyanın körpüsü sayılmır. Həm də Qlobal Cənubla əlaqələrdə vacib dövlət kimi xarakterizə olunur. Qlobal cənubun təmsilçilərinin ölkəmizə olan inamı yaranan əməkdaşlıq platformalarının dayanıqlığını daha da artırır.
Dayanıqlı təhlükəsizlik amili...
Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Məhz Tirana tədbiri də özündən əvvəlki enerji əməkdaşlığı və nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə bağlı mövzuların daha da irəliyə daşınmasına vəsilə oldu. Azərbaycanın Avropa üçün alternativ enerji və nəqliyyat marşrutu kimi strateji əhəmiyyətinin artması faktaloji haldır - xüsusilə, Cənub Qaz Dəhlizi, “yaşıl enerji” layihələri və Zəngəzur dəhlizi kimi təşəbbüslər bu kimi görüşlərdə ön plana çəkilir.
Paralel olaraq təhlükəsizlik amili yeni dövrün əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri iştirakçı ölkələr tərəfindən bütün mənalarda təqdir edilir. Ermənistanla normallaşma prosesi, post-münaqişə reallıqları və sülh müqaviləsi perspektivi də yeni dövrün təhlükəsimzlik arxitekturasının möhkəm şəkildə qurulmasına əminlik yaradır. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olmasını daha da qətiləşdirir.
Beləliklə, Avropa Siyasi Birliyi Zirvəsi ölkəmizin beynəlxalq aləmdə yeni dövrün əsas ölkələrindən biri kimi təsdiqində növbəti mərhələyə çevrildi, Avropa məkanında və daha geniş coğrafiyada etibarlı tərəfdaş, dialoq təşəbbüskarı və strateji aktor kimi qəbul edildiyini bir daha təsdiqlədi. Bir daha sübut olundu ki, Prezident İlham Əliyevin diplomatik fəallığı Azərbaycanın regional və qlobal miqyasda maraqlarının qorunmasında mühüm rol oynayır və ölkəmizin xarici siyasət strategiyasının effektivliyini nümayiş etdirir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

