Çərçivəyə sığmayan konfrans
15.11.2024 [10:33]
Liderlərin Sammiti!
Azərbaycan COP29-a layiqli ev sahibliyi edir
Son illərdə Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Budur, dünyanın nəzərləri yenidən Azərbaycana dikilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.
Artıq konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən də dövlət və hökumət başçılarının, BMT-nin Baş katibinin iştirakı ilə Liderlər Sammiti baş tutub. Prezident İlham Əliyev Liderlər Sammitində çıxış edib. Dövlətimizin başçısı çıxışında indiki dönəmdə dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycanın həssas yanaşmasını, ölkəmizin daim qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini, bu və ya digər məsələlərdə yüksək fəallıq göstərdiyini diqqətə çatdırıb.
Beynəlxalq səviyyədə ölkəmizə olan hörmətin və inamın göstəricisi
COP29 BMT-in ən böyük tədbirlərindən biridir. Bir neçə gün ərzində paytaxtımızda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda müşahidə edilən və ağır fəsadlar yaradan iqlim dəyişmələri ilə bağlı aktual müzakirələr aparılacaq və önəmli qərarlar qəbul olunacaq.
Belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi isə heç də təsadüfi deyil. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar.
Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Beynəlxalq səviyyəli idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri bura aid etmək olar. Həmin tədbirlərdə Azərbaycan özünün yüksək standartlarını təqdim edib və sonradan bu standartlar dünya səviyyəsində qəbul olunub. Liderlər Sammitindəki çıxışında ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində beynəlxalq birliyin yekdilliklə COP29-a ev sahibliyi hüququnu Azərbaycana verməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.
Öz növbəsində Azərbaycan da ənənəsinə sadiq qalaraq COP29-a son dərəcə məsuliyyətli hazırlıq həyata keçirib. Bütün hazırlıq işləri Prezident İlham Əliyevin cari ilin yanvarında imzaladığı müvafiq Sərəncam əsasında yaradılan COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin rəhbərliyi ilə həyata keçirilib. Ötən dövr ərzində Təşkilat Komitəsinin 8 iclası baş tutub. Eyni zamanda, Prezident İlham Əliyev hazırlıq işlərinin gedişini şəxsi nəzarətində saxlayıb. Sonuncu dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.
Hazırlıq işlərinə belə məsuliyyətli yanaşmanın nəticəsidir ki, hazırda bütün dünya COP tarixində Bakıda çərçivəyə sığmayan bir konfrans izləyir. Azərbaycan COP29-a hər cəhətdən layiqli ev sahibliyi edir. Ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim edib.
Yeri gəlmişkən, Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

