/ / Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak edib
22.09.2012 [15:29]
Dünən Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verilib. Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində və müşavirədə iştirak ediblər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.
Dövlətimizin başçısı Akademiyanın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə məlumat verib ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu var. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır. Dövlətimizin başçısının 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürüb. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanıb. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və “Beynəlxalq əlaqələr və diplomatiya” sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılıb. 2011-ci ildən etibarən isə “Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər” üzrə bakalavr ixtisasları yaradılıb. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də var. Fəaliyyətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcə artması Azərbaycan Diplomatik Akademiyasının yeni tədris korpusu ilə təmin olunması zərurəti yaradıb. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin Sərəncamı əsasında 2009-cu ildən paytaxtın Nərimanov rayonu ərazisində təhsil ocağının yeni tədris kompleksinin tikintisinə başlanılıb. Yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilib. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.
Kompleksin ərazisi ilə tanış olan dövlətimizin başçısına bildirilib ki, burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilib. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulub. Kompleksin ətrafında geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan Diplomatik Akademiyasının mərkəzində ucaldılan abidəsinə baxıblar.
Sonra dövlətimizin başçısı və xanımı Akademiyanın Biznes İnstitutunun üç mərtəbədən ibarət binasında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, Akademiyada idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələrin bu təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələri avtomatik olaraq kompyuterlərə ötürülür, tələbələr tələbə kartları vasitəsilə auditoriyalara daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya var. Bu auditoriyaların özəlliyi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, burada müəllimlərin tədris lövhələrində qeydləri və yazıları “smart-board” sistemi vasitəsilə “Wi-Fi” və ya “bluetooth”la tələbələrin kompyuterlərinə ötürülür. Yəni, tələbələr müəllimlərin qeydlərini birbaşa kompyuterlərində görə bilirlər. Auditoriyalarda quraşdırılan videoçəkiliş sistemi ilə Akademiyanın internet səhifəsinə yerləşdirilən dərs prosesini canlı olaraq internetdən də izləmək mümkündür. Burada 6 nəfərlik qrup auditoriyaları var ki, bu da tələbələrin qrup halında elmi biliklərə yiyələnməsinə imkan yaradır.
Diqqətə çatdırılıb ki, tələbələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Akademiyaya qəbul olunduqdan sonra daxili komissiya tərəfindən müsabiqədən keçirlər. Akademiyanın tələbələrinin 13-ü Prezident təqaüdçüsüdür. Son iki il ərzində Akademiyaya qəbul olan abituriyentlərin 60 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu tələbələr və əlaçılar təhsil haqqından azaddırlar.
Vurğulanıb ki, Akademiyada tədris ingilis dilində aparıldığından burada xarici ölkələrin tanınmış universitetlərindən 15 professor da daxil olmaqla 35 pedaqoq çalışır. Hər bir professorun fərdi iş otağı var. Burada ümumi iclas otağı və müsabiqə zalları da yaradılıb. Binanın üst qatında açıq havada müəllim və tələbələrin asudə vaxtlarının təşkili, o cümlədən müxtəlif tədbirlərin, ziyafətlərin keçirilməsi üçün istirahət guşəsi də yaradılıb.
Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycanda ən böyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 120 min kitab var. Bu kitablar İngiltərənin “Blackwell Publishing” şirkəti tərəfindən gətirilib. Kitabxanadan istifadə edən tələbələr elektron köşklər vasitəsilə istənilən ədəbiyyatı axtarıb sifariş edə bilirlər. Kitabxananın digər mühüm xüsusiyyəti burada bir milyon elektron kitabın olmasıdır ki, bu da tələbələrə kompyuterlər vasitəsilə kitabları elektron formatda oxumaq, üzünü köçürmək və çapa vermək imkanı yaradır. Kitabxanada ayrıca oxu zalları, qrup şəklində dərsliklərdən istifadəyə şərait yaradan zallar və kafeterya da mövcuddur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Akademiyanın kitabxanasına Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Azərbaycan əcnəbilərin gözü ilə” kitabının 150 nüsxəsini hədiyyə edib.
Sonra dövlətimizin başçısı və xanımı Akademiyanın Beynəlxalq Münasibətlər İnstitutunda yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, burada auditoriyalar lazımi tədris avadanlığı ilə təchiz edilib.
Daha sonra Prezident İlham Əliyev tələbə mərkəzi ilə tanış olub.
Bildirilib ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. İclas zalı yüksək keyfiyyətli audio və video çəkilişlərin aparılması məqsədilə müasir avadanlıqla təchiz olunub. Mərkəzdə Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar var.
Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətini və yerləşdiyi ərazini əks etdirən stendlərə baxıb, təhsil ocağının əldə etdiyi nailiyyətlərlə tanış olub.
Kompleksin avtomatik idarəetmə mərkəzinə baxan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Akademiyanın bütün ərazisi videogörüntü vasitəsilə izlənir. Avtomatik idarəetmə sistemi vasitəsilə bütün kompleksin havalandırma sisteminə, avadanlığın işləməsinə nəzarət edən idarəetmə mexanizmi də qurulub.
Akademiyanın yeni tədris kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində iştirak ediblər.
Müşavirəni açan xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə nitq söyləyib.
Sonda diplomatlar və tələbələr dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52

