Azərbaycan - İran dostluğu region üçün önəmli amildir
22.05.2024 [09:50]
Çoxvektorlu xarici siyasət kursuna malik Azərbaycanın beynəlxalq aləmlə münasibətlərində qonşu ölkələrlə tərəfdaşlıq xüsusi mahiyyət daşıyır. Əlaqələrdə yaxın qonşuluq prinsiplərini əsas götürən Azərbaycan bu mənada ətrafındakı dövlətlərlə hərtərəfli tərəfdaşlığı hədəfləyir. Yüksək siyasi mədəniyyəti və sivil münasibətlərin inkişafını hədəfləyən bu praqmatik davranış həm də siyasi prioritetlərimiz arasında xüsusi yerə malikdir - Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə belə bir fikri əsaslandırıb ki, hər bir ölkənin uğurlu inkişafında qonşu dövlətlərlə qurulan münasibətlər xüsusi önəm kəsb edir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızın multiregional səciyyə daşıyan xarici siyasətində qonşu ölkələrlə müxtəlif istiqamətlərdə inteqrasiyanın dərinləşdirilməsi xəttinə daha da diqqətli yanaşır. Bu sırada həmçinin regionun aparıcı dövlətlərindən olan İran da yer alır. Azərbaycan İrana səmimi münasibət bəsləyir və bu ölkə ilə xoş mərama əsaslanan əlaqələrini qarşılıqlı maraqlar çərçivəsində davamlı olaraq dərinləşdirmək niyyəti ortaya qoyur.
Azərbaycanın qətiyyətli siyasi iradəsi
Coğrafi baxımdan İran Azərbaycanın yaxın qonşularından biridir. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Lakin bizi bağlayan yalnız coğrafiya deyil. İki ölkəni həm də tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər əlaqəndirir. Müstəqil Azərbaycanın hüdudlarından kənarda azərbaycanlılar ən çox sayda məhz bu ölkədə yaşayırlar. Onlar tarixən İran mədəniyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.
Müstəqil Azərbaycan dost İranla münasibətlərini tarixi bağlara əsaslanmaqla inkişaf etdirməyə çalışır. Bu gün dünyada bir sıra arzuolunmaz proseslər müşahidə edilir. Beynəlxalq siyasətdə ikili standartların önə çəkilməsi acı təəssüf hissi doğurur. Bir sıra regionlarda islamafobiya dha çox diqqəti cəlb edir. Bir sıra hallarda Şərq ölkələrinə, İslam dövlətlərinə qarşı əsassız iddialar sərgilənir. Azərbaycan isə hər zaman bu kimi meyllərə qarşı mübarizənin önündə yer alıb. Eyni zamanda, ölkəmiz qətiyyətli siyasi iradə ortaya qoyaraq ərazisindən üçüncü dövlət tərəfindən İrana hücum məqsədilə istifadə olunmasına əsla imkan verməyəcəyini dəfələrlə birmənalı şəkildə bəyan edir və bu gün də öz sözünün üstündə dayanır. Təbii ki, bütün bunlar İrana münasibətdə də dost davranışın nümunəsi kimi ortaya qoyulur.
Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında ikitərəfli münasibətlərə aid önəmli mesajlar verib. Dövlətimizin başçısı keçirilən mərasimi dostluğumuzun növbəti təzahürü kimi səciyyələndirib. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. “Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb” deyən Prezident İlham Əliyev vurğulayıb: “Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik”.
Mühüm mahiyyətə malik birgə nəqliyyat layihələri...
Son illərdə Azərbaycanla İranın ayrı-ayrı layihələrdə birgə iştirakı kifayət qədər uğurlu olub. Dövlətimizin başçısının bildirdiyi kimi, bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev “Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir”, - deyə vurğulayıb.
Hər iki ölkə Şimal-Cənub Dəhlizində öz səylərini birləşdirib. Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi trilyonlarla dollar həcmində ölçüləcək. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artım müşahidə edilib. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra daşımalar daha böyük rəqəmlərlə ifadə olunacaq.
Yeni avtomobil körpüsü beynəlxalq əhəmiyyət daşıyır
Bu gün, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, həm də beynəlxalq Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.
Hazırda Araz çayının cənub sahili boyunca yeni nəqliyyat infrastrukturunun yaradılması layihəsinin icrası intensiv şəkildə davam etdirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 30 oktyabr 2023-cü il tarixində “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat vəsait ayrılıb.
Layihəyə uyğun olaraq Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək. Magistral yolun tikintisini Xatəmul-Ənbiya Qərargahı həyata keçirəcək. İran tərəfindən verilən məlumata əsasən, yolun tikintisinə sərmayənin 50 faizini qonşu ölkənin Nəqliyyat və Şəhərsalma Nazirliyi, 50 faizini isə özəl sektor yatıracaq.
Bəhs olunan marşrut üzrə həmçinin İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək. Bununla bağlı müvafiq sənədlər imzalanıb.
Qeyri-regional ölkələrin regionun işlərinə müdaxiləsi qəbuledilməzdir
Azərbaycanın və İranın yerləşdiyi coğrafiyada ayrı-ayrı güc mərkəzlərinin maraqları toqquşur. Xüsusilə resurslarla zəngin olması, Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantılarının üzərində yerləşməsi bu coğrafiyanın cəlbediciliyini atırır. Bütün bu kimi reallıqlar nəzərə alınmaqla Fransa kimi dövlətlərin regionda maraqlarının daha çox dərəcədə təmin olunması uğrunda açıq və yaxud gizli marafona qoşulduqları fikrini tam cəsarətlə ifadə edə bilərik. Xatırlayaq ki, zamanında ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərdən biri qismində çıxış edən Fransa Cənubi Qafqazda sülhün və sabitliyin bərpasında, əməkdaşlığın inkişafında maraqlı deyil - rəsmi Paris birmənalı şəkildə region ölkələrinin əlaqələrinin gücləndirilməsi üçün əsas amil olan təhlükəsizlik seqmentinin yaranmasına mane olmağa çalışır. Bölgədə destruktiv meyllər formalaşdırmaq istəyən Parisin bu kimi cəhdləri isə boşunadır - Cənubi Qafqaz regionunda yerləşən ölkələr arasındakı möhkəm əlaqələr, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması yönündə atılan addımlar Fransanın bu məqsədlərini aradan qaldırır. Beləliklə, kənar müdaxilələrlə bölgədə narahatlıq yaratmağa çalışan Paris birlik və tərəfdaşlıq gücü ilə zərərsizləşədirilir.
Fransanın regionla bağlı məkrli planlar qurduğu ortadadır. Bu ssenarilərin reallaşmasına imkan vermək olmaz. Təsadüfi deyildir ki, Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatı ideyasından çıxış ediblər. İran da bu ideyaya dəstək verir. Xatırladaq ki, bəhs olunan format çərçivəsində Tehranda da görüş keçirilib. Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında vurğulayıb ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. “Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”, - deyə dövlətimizin başçısı əlavə edib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

