Bayden “veto” qoyacaq...
16.05.2024 [10:46]
ABŞ Prezidenti Konqresin İsrailə silah tədarükünün dayandırılmasını qadağan edən qanunu qəbul edəcəyi təqdirdə hansı addımı atacaq?
N.BAYRAMLI
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında uzun illərdir ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Müəyyən beynəlxalq güclər bu regionda münaqişənin davam etməsinə maraqlıdır. Burada əsas rolu isə ABŞ oynayır. Ötən ilin oktyabrında münaqişənin yenindən alovlanmasından sonra rəsmi Vaşinqton digər ölkələrin sülh təşəbbüslərinin qarşısını alır, eləcə də yüksək rəsmi şəxslər region ölkələrinə səfər edərək onları vəziyyətə müdaxilə etməmək üçün təhdid edir.
Belə bir şəraitdə ayrı-ayrı ölkələr tərəfindən münaqişə iştirakçıları silahlandırılır. Yeri gəlmişkən, ABŞ Konqresi İsrailə silah tədarükünün dayandırılmasını qadağan edən qanun layihəsini qəbul etsə, Prezident Cozef Bayden ona veto qoymaq niyyətindədir. Bu barədə “The Hill” qəzeti Ağ Evə istinadən xəbər yayıb. Qəzet yazır ki, Bayden Nümayəndələr Palatasının respublikaçı üzvlərinin ona İsrailə silah göndərməsi üçün təzyiq göstərmək məqsədilə hazırlanmış qanun layihəsinə veto qoyacaq. Bayden İsrail ordusu Qəzza zolağındakı Rəfah şəhərində əməliyyata başlayarsa, bu ölkəyə bəzi növ hücum silahları verməkdən imtina edəcəyi barədə xəbərdarlıq etdikdən sonra respublikaçılar qanun layihəsini təqdim ediblər. Qanun layihəsi israilliləri dərhal müdafiə vasitələri ilə təmin etməyə çağırır, Baydenin təchizatı dayandırmaq qərarını pisləyir və İsrailin özünümüdafiə hüququnu təsdiqləyir.
Bundan əlavə, “The Wall Street Journal” (WSJ) məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə dəyəri 1 milyard dollardan çox olan yeni silahların verilməsi təklifi üzərində işləyir. Məlumata görə, buna 700 milyon dollarlıq tank sursatları, 500 milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatan mərmiləri daxildir. Nəşrin qeyd etdiyi kimi, silah tədarükünü davam etdirmək qərarı Baydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirmək istəmədiyini göstərir.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan isə bu həftənin sonu Səudiyyə Ərəbistanı və İsrailə səfər edəcək. Bu barədə “Axios” portalı məlumat yayıb. Səfər zamanı danışıqlarda Rəfah şəhəri ətrafındakı vəziyyət və Yaxın Şərqdə “normallaşma perspektivləri” müzakirə olunacaq. Milli təhlükəsizlik üzrə müşavirin Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən qəbul ediləcəyi də gözlənilir.
Hazırkı proseslər isə müəyyən beynəlxalq güclərin bölgə üçün yeni planlar qurmasından xəbər verir. “Bloomberg” nəşrinin məlumatına görə, ABŞ və İsrail HƏMAS-ın məğlub olacağı təqdirdə Qəzzanın gələcəyini müzakirə edirlər. Bir müddət öncə nəşr öz mənbələrinə istinadən yazıb ki, ABŞ, Böyük Britaniya və Fransa hərbçilərinin daxil ola biləcəyi çoxmillətli sülhməramlı qüvvələrin Qəzza zolağına gətirilməsi variantı da nəzərdən keçirilir. Eyni zamanda, Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Uatson bildirib ki, belə bir variant müzakirə olunmur. Bundan əlavə, nəşrin mənbələrinin bildirdiyinə görə, Bayden belə bir qərarı siyasi baxımdan riskli hesab edərək, hətta kiçik qruplar şəklində də ölkə qoşunlarını İsrailə göndərmək istəmir. Bununla belə, Dövlət katibi Antoni Blinken Senatda deyib ki, Qəzza zolağına HƏMAS-ın rəhbərlik etdiyi status-kvoya qayıtmaq olmaz. İsrailin Baş naziri Benyamin Netanyahu isə Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyini deyib.
Hazırkı qarşıdurma Qəzzada minlərlə günahsız insanın ölümünə səbəb olub. Bir sıra dövlətlər bölgədə atəşkəsin elan olunmasına, tərəfləri sülhə gəlməyə çağırır. Türkiyə, regiondakı ölkələr, xüsusilə, Qətər, Misir və Səudiyyə Ərəbistanı sabitliyin bərpası üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Amma ortada müsbət nəticə yoxdur. Bugünlərdə Dohada keçirilən Qətər İqtisadi Forumunda Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib ki, Qəzza zolağında atəşkəs danışıqları fələstinli məcburi köçkünlərin əksəriyyətinin sığındığı Rəfahda İsrailin başlatdığı əməliyyat səbəbindən dalana dirənib: “Son bir neçə həftədə biz müəyyən impuls görürdük, lakin təəssüf ki, danışıqlar prosesi düzgün istiqamətdə getmədi. Biz indi demək olar ki, tamamilə dalana dirənmiş vəziyyətdəyik. Rəfahla bağlı baş verənlər bizi geri atdı”.
Bütün bunların fonunda görünən odur ki, müəyyən beynəlxalq güclər Yaxın Şərqdə münaqişənin uzanmasının tərəfdarıdır. Yaxın Şərqdə münaqişənin uzanması imperialist dairələrin öz qlobal maraqlarını təmin etmək üçün bir vasitədir. Əzilən və əziyyət çəkən isə hər iki tərəfdən sadə xalqdır.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

