/ / Azərbaycan brendi ilə xarici bazarlara çıxarılacaq qeyri-neft sektoru məhsullarının artırılması imkanları
Azərbaycan brendi ilə xarici bazarlara çıxarılacaq qeyri-neft sektoru məhsullarının artırılması imkanları
25.04.2017 [09:10]
Azərbaycanda son dövrdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün geniş həcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamları verilib, dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. Xüsusi olaraq Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan strateji sənəddir. Bu strategiya Azərbaycanda qeyri-neft sektorunun mövcud durumunu, inkişaf potensialını, qeyri-neft sektorunun inkişafında hökumətin rolunu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formalarını, bu əməkdaşlığın uğurla həyata keçirilməsi metodlarını və bir sıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən çox vacib sənəddir.
Bunu AZƏRTAC-a Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev bildirib.
Alim deyib ki, hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə bir qrup dövlət dəstəyi mexanizmləri işlənib hazırlanıb və reallaşdırılıb. Belə ki, regionların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarının dəstəklənməsi məqsədilə iri infrastruktur layihələri həyata keçirilib, lizinq yolu ilə texniki təminat təşkil edilib, gübrələrlə təchizat sistemi yaradılıb, inşaat, turizm, informasiya texnologiyaları, anbarlar istifadəyə verilib, yollar çəkilib, modern müəssisələr istismara verilib, biznes layihələri üzrə güzəştli kreditlər ayrılıb və s. stimullaşdırıcı tədbirlər görülüb.
Ölkə Prezidenti aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelin əsas hədəflərini açıqlayıb.
Azərbaycanın beynəlxalq miqyaslı ən mühüm və strateji vəzifələrindən biri də xarici ticarət dövriyyəsinin diversifikasiyalaşdırılmasıdır. Ölkə ixracının quruluşunda rəqabətqabiliyyətli ixrac məhsullarının çeşidinin məhdudluğu ciddi problem olaraq qalmaqdadır. Belə ki, hazırda qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-dək çeşiddə şərab, meyvə tərəvəz, çay, şirələr, mineral sular, tekstil və digər məhsulları dünya bazarlarına çıxarılır.
Prezident İlham Əliyev göstərir ki, qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün, ilk növbədə, milli iqtisadiyyatın özünün diversifikasiyalaşdırılması və modernləşdirilməsi prosesləri başa çatdırılmalı, innovasiyalaşdırılması sürətləndirilməlidir. Bundan əlavə, qeyri-neft sektorunun ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi zərurəti diqqəti cəlb edir.
Azərbaycanın qeyri-neft sektorunun inkişaf meyilləri, onun ixrac potensialından istifadənin tənzimlənməsi problemləri, xarici ticarətin strukturunun diversifikasiyalaşdırılması, ixracın, xüsusilə, qeyri-neft ixracının stimullaşdırılması, ixrac əməliyyatlarının sadələşdirilməsi, genişləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi ilə sıx bağlıdır.
Hazırda dünyada olan qabaqcıl təcrübə öyrənilir, respublikamızda investisiyanın və ixracın təşkili sistemləri tətbiq edilməyə başlanılıb. Prezident İlham Əliyevin investisiyaların tətbiqi, sənayenin inkişafı, ixracın stimullaşdırılması ilə bağlı müvafiq Fərmanı “Vergi” və “Gömrük” məcəlləsində dəyişikliklərə, güzəştlərə səbəb olub. Belə ki, sahibkarlar ƏDV, əmlak vergisi, torpaq vergisindən yeddi il azad ediliblər. Mənfəətin 50 faizi yeddi il müddətinə vergidən azad edilib. Bu isə sahibkarlarda ixracı artırmaq üçün stimul yaradıb.
Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı məsələləri “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə özünün geniş izahını tapıb. Burada göstərilir ki, adambaşına qeyri-neft ixracı 2025-ci ildə 450 ABŞ dolları təşkil edəcək. Bu isə üç dəfə artım deməkdir. Belə ki, dövlət başçısı ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə üç milyon manat vəsait ayırıb. Bu vəsait ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə dəstəyi rolunu oynayır.
Hazırda Azərbaycan məhsullarının xarici ölkə bazarlarına çıxarılması üçün reklam, marketinq məsələlərinə xüsusi diqqət yetirilir. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə, yeni məsələlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər olmasına, sərgilərin təşkili, ixracla əlaqəli çəkilən xərclərin dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulur. Bu işlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPROMO) həvalə edilib. Bu işdə məhsulların beynəlxalq sərgi və yarmarkalarının təşkili, KİV-lərdə reklamların aparılması olduqca vacibdir. Bundan əlavə Azərbaycan məhsullarının xarici ölkələrin mağaza şəbəkələrinə və rüsumsuz ticarət mağazalarına çıxışını təmin etmək üçün vəsaitlər dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda qarşıda qoyulan əsas vəzifə qlobal iqtisadi mühitdə xam neft, təbii qaz ixracının verdiyi maliyyə imkanlarından bəhrələnərək, geniş çeşidli, dayanıqlılıq və rəqabətqabiliyyətlilik meyarlarına söykənmiş qeyri-neft malları ixracı potensialının yaradılmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

