Bakı Ali Neft Məktəbində SAP-ın regional Təlim Mərkəzi yaradılır
13.01.2016 [09:30]
Bakı Ali Neft Məktəbində (BANM) SAP-ın regional Təlim Mərkəzi yaradılır. Bu barədə BANM-in rektoru Elmar Qasımov və SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer arasında razılıq əldə olunub.
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Təlim Mərkəzinin yaradılmasında məqsəd SAP Tədris Mərkəzinin akademik nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanmaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənmək və SAP texnologiyaları əsasında ən yeni layihələrin həyata keçirilməsidir. Tələbələr həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar. Təlim Mərkəzinin fəaliyyəti BANM-in professor - müəllim heyəti və tələbələri ilə yanaşı, eyni zamanda bütövlükdə region üçün nəzərdə tutulur.
Beləliklə, BANM sənayeni və müəssisələri yüksək ixtisaslı mütəxəssislərlə təmin edən, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksək dərəcəli neft və qaz sənayesi yönümlü mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi (BANM) və SAP arasında imzalanan müqavilə əsasında Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesindəki gənc mütəxəssislərə dünyanın aparıci neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Həmçinin ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsədə nail olmaq üçün imkan yaradacaq. BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur. Tələbələr təlim və müsabiqələr zamanı öz biliklərini göstərə biləcəklər, həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramlar, elmi seminarlar və simpoziumların təşkili nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxTurizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49

