“Böyük İqtisadi Ensiklopediya”nın daha iki cildinin təqdimat mərasimi keçirilib
27.05.2015 [09:29]
Mayın 26-da Bakıda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu “Böyük İqtisadi Ensiklopediya”nın 6 və 7-ci cildinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə insanların maddi rifahı, dövlətin siyasi müstəqilliyinin əsasında güclü iqtisadiyyatın dayandığını bildirib. O, dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafına və xalqımızın sosial durumunun yaxşılaşdırılmasına yönəldiyini, bu sahədə qazanılan uğurların isə göz önündə olduğunu nəzərə çatdırıb.
Akademik vurğulayıb ki, ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşr edilən 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasında ölkəmizin keçmişi və mövcud vəziyyəti, xalqımızın mədəni-mənəvi irsi və sosial-iqtisadi potensialı haqqında kifayət qədər geniş məlumatlar toplanıb. Bu sanballı nəşr indinin özündə də elmi-informatik və möhtəşəm tarixi əhəmiyyətini qoruyub saxlayıb.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə cavab verən yeni milli ensiklopediyanın yaradılması zərurəti meydana çıxıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə mühüm qərarlar qəbul edilib, yaradıcılıq istiqamətləri müəyyənləşdirilib və onların ardıcıllıqla həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan Milli Ensiklopediyası”nın artıq bir sıra cildi oxucuların istifadəsinə verilib. Mütəxəssislər və bütövlükdə cəmiyyət tərəfindən bu ensiklopediya yüksək qiymətini alıb.
AMEA prezidenti bildirib ki, zaman dəyişdikcə, dünyada inkişaf prosesləri dərinləşdikcə, yeni ensiklopediyaların yaradılmasına ehtiyac duyulur. Dünya təcrübəsi göstərir ki, ictimai elmlər arasında özünəməxsus yer tutan, daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca təyinatlı ensiklopediyanın yaradılması məsələsini aktuallaşdırıb. Bu missiyanı akademik Ziyad Səmədzadə öz üzərinə götürdü, onun ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb nəşr edilən irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” da respublikanın elmi-mədəni həyatında diqqətəlayiq hadisələrdən birinə çevrilib.
Nəzərə çatdırılıb ki, “Böyük İqtisadi Ensiklopediya” dünya iqtisadiyyatının tarixi, bu gün iqtisadi həyatın müxtəlif sahələrində istifadə edilən terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə ətraflı məlumat və bilik mənbəyidir. Ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların mükəmməl izahları verilib, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla açıqlanıb, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli işıqlandırılıb.
Ensiklopediya əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır.
Burada müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolu iqtisadi təhlil istiqamətlərindən səmərəli istifadə edilməklə çox dəqiq qiymətini alıb. Bu qiymətləndirmədə, həmçinin elmi aspektdən hazırda Azərbaycanın ictimai həyatının bütün istiqamətlərini əhatə edən innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması məsələlərinə yer verilib.
Bu ensiklopedik külliyyat elmi-analitik, metodoloji, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə də diqqəti cəlb edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala cavab tapmaq mümkündür.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Böyük İqtisadi Ensiklopediya”nın müasir dövrümüzdəki əhəmiyyətindən danışaraq, onu yüksək qiymətləndirib.
X.Yusifzadə bildirib ki, ensiklopediyada Azərbaycan Respublikasının inkişafı, TAP və TANAP layihələri, Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər, eləcə də son illər iqtisadi sahədə əldə edilən nailiyyətlər, neft sənayesinin tarixindən başlamış bu günədək bütün proseslər öz əksini tapıb. Gənc mühəndislər üçün bu, çox qiymətli əsərdir.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından, “Böyük İqtisadi Ensiklopediya”nın əhəmiyyətindən danışaraq, onu yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, ensiklopediya yazmaq asan deyil və onun müəllifinin bu istiqamətdə qlobal düşüncəsi və elmi məktəbi olmalıdır. Akademik Ziya Səmədzadə məhz belə yüksək biliyə və potensiala malik alimlərdəndir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digərləri Azərbaycanın iqtisadi uğurlarından söz açıblar. Qeyd olunub ki, “Böyük İqtisadi Ensiklopediya”nın hazırlanması, geniş ictimaiyyətə təqdim olunması Azərbaycanın elmi, iqtisadi, ictimai və mədəni həyatında çox mühüm hadisədir. Çıxış edənlər bu nəşrin geniş kütlənin iqtisadi maarifləndirilməsində mühüm rol oynayacağını söyləyiblər və nəşrin müəllifinə yeni elmi axtarışlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

