Ulu öndərin Azərbaycanda milli mənəvi dəyərlərin bərqərar olmasında müstəsna xidmətləri var
07.03.2014 [09:23]
Ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin bərqərar olmasında müstəsna rolu və xidmətləri var. Azərbaycan və UNESCO arasında əməkdaşlığın qurulması, 1996-cı ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik, 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi, M.F.Axundzadə adına Dövlət Kitabxanasına “Milli Kitabxana” statusunun verilməsi, 2001-ci ilin avqustunda Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi və digər bu kimi tədbirlər bilavasitə Ulu öndərin adı ilə bağlıdır.
AzərTAc xəbər verir ki, bu tezislər Ümummilli liderin irsinin öyrənilməsi məqsədilə martın 6-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə keçirilən növbəti açıq dərsdə səsləndirilib.
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə keçirilən açıq dərsdə rayonun Ləkit, Zərnə və Zəyəm kənd tam orta məktəblərinin XI siniflərindən 53 şagird iştirak edib.
Açıq dərsi şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Aysel Xəlilova aparıb.
Tədris prosesində şagirdlərə Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə geniş və dolğun məlumat verilib.
Ümumiyyətlə, Qax rayonunda fevralın əvvəlindən başlayaraq müəyyən olunmuş mövzular üzrə keçirilən açıq tarix dərslərində 432 nəfər XI sinif şagirdi Ulu öndərin həyat və fəaliyyəti, zəngin irsi barədə biliklər əldə edib.
Mayın 20-dək davam edəcək açıq dərslərdə 540 şagirdin iştirakı nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

