Arazın o tayında Şəhriyar, bu tayında Bəxtiyar
12.11.2022 [12:05]
Cənub dərdi bir çox şairlərimizin yaradıcılığında nisgilli mövzu kimi yer alıb. Bəxtiyar Vahabzadənin də poetik yaradıcılığında Güney Azərbaycan problemi mühüm yer tutub. Şair bir vətəndaş kimi doğma xalqının və Vətənin ikiyə parçalanmasına hər zaman etiraz səsini ucaldıb.
Təbriz də, Bakı da Azərbaycandır
Bəxtiyar Vahabzadənin güclü qələmindən ox kimi çıxmış “Gülüstan” poemasında xalqımızın ən böyük dərdini ortaya qoyub, onun acısını, can yanğısı və ürək çırpıntılarını hər bir oxucusuna hiss etdirib. Əsəri Azərbaycanın birliyi və istiqlal uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə həsr edib:
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da - Azərbaycandır,
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
“Sovet dövrünün qılıncının dalı-qabağı kəsən vaxtlarda da sözümü deməyə çalışmışam” deyən şairin elə bir əsəri yoxdur ki,orada Azərbaycan xalqının mübarizə əzmi duyulmasın. Sənətkar bütöv Vətən ideyasının təbliğinə 1950-ci illərdən başlayaraq yaradıcılığının bütün mərhələlərində davam etdirib. Ana dili, millilik, bütöv Azərbaycan və istiqlal mövzularına, xüsusilə “Gülüstan”, “Köklər və budaqlar” kitablarına görə incidilib, onu həbs etmək istəyiblər...
Bu məqamda bir haşiyəyə çıxaq. Şairin bütün ömrü təzyiqlərə dözməklə keçib, amma ömrünün son günlərində təzyiq xəstəliyindən əziyyət çəkib. Axı, o, şeir və poeziyası ilə daim döyüşüb, mübarizə aparıb. Müstəmləkə zülmünə öz qələmi ilə qarşı çıxıb, cənublu qardaş-bacılarının taleyi onu qayğılandırıb. Canı bahasına xalqın milli şüurunu oyatmağa çalışıb.
“Gün var min aya dəyər” kitabındakı “Hörümçək tor bağladı” şeirində də millətin başına gətirilən müsibətləri böyük bir fəryadla qələmə alıb:
Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
B.Vahabzadənin böyük narahatlıq hissi ilə qarşıladığı problemlərdən biri də Cənubi Azərbaycanda yaşayan bəzi soydaşlarımızın öz ana dillərini bilməmələri və burada doğma dildə milli mətbuatın olmaması idi.
“Bakıyla Təbrizin arasındayam” şeirində isə cənub həsrətini, yollar ayrıcında qalmasını, Təbriz arzusunda olmasını, Vətənin məftillərlə bölünməsini dilə gətirib:
Bəxtiyar, sinəndən neçə “mən” keçir
Biri dərdli keçir, biri şən keçir,
Məftilli çəpərlər sinəmdən keçir.
Bakıyla Təbrizin arasındayam.
Bəxtiyardan Şəhriyara salam!
Bəxtiyar Vahabzadə “Səhəndə məktub” şeirini Məhəmmədhüseyn Şəhriyara ünvanlayaraq yazıb:
Səhənd sözlərindən odlar töküldü,
Oxuduq şeirini göz yaşlarıyla.
Ata malı kimi yarıya böldü,
Qardaş eyni dərdi qardaşlarıyla!
Yazdın,eyni dərdi yaşayaq bahəm,
Qardaş qardaşıyla həmfikir olar.
Qardaşım,Təbrizdən gələn bu səslər,
Bakının səsidir, Bakının səsi!...
Ümumiyyətlə, “Güney dərdi, Güney həsrəti, Güney mövzusu həmişə bizim ədəbiyyatımızın dəyişilməz mövzularından olub. Bu mənada o taylı, bu taylı, Azərbaycanın şairi M.Şəhriyarın “Heydərbabaya salam” poeması oxucuların ən çox sevdiyi poetik əsərlərdəndir. Bu əsər Vətəndən ayrı düşmüş, Vətənə qovuşmaq arzusu ilə yaşayan, qəlbi yanan Şəhriyarın ürək yanğısıdır. Ədəbiyyatşünas Yaşar Qarayevin təbirincə desək, “Bir xalqın dilinə vurulan kilidi “Heydərbaba” bir qələmlə açdı:
Heydərbaba, yolum sənnən gəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Bundan başqa, Şəhriyarın şahlıq rejiminin İranda, sovet rejiminin Azərbaycanda tüğyan etdiyi bir vaxtda yazılmış “Duyğularım” şeirindəki bu misralar ustadın həyəcanını qabarıq şəkildə bizə çatdırır. Şeirin bu bəndinin üzərindən qətiyyən sükutla keçmək olmaz:
Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovurur saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Qan dəryasına cuman ayrılıq,
Qəddimi edib kaman ayrılıq.
Şəhriyar uzun illər boyu Şimali Azərbaycan və Bakı həsrəti ilə qovruldu. Həm qadağalar, həm də xəstəlik və qocalıq ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi. Hətta bir dəfə Bakıya səfər etməsi üçün evinə dəvətnamə də göndərildi. Nə o dəvətnamə vaxtında ünvana çatdı, nə də şairin səfəri baş tutdu. Arzusu ürəyində qalan şair “Qafqazlı qardaşlar ilə görüş” şeirini də bu münasibətlə yazdı:
Sən kimi qardaş öz qarındaşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz də yüz min il keçsə,
Bakı qardaşların unutmayacaq!
Gəlmişik doğma yurdumuz Bakıya,
Qoy bu, tarixdə iftixar olsun.
Şəhriyardan da bu üfüqlərə
Bir sınıq nəğmə yadigar qalsın...
Həm B.Vahabzadə, həm də M.Şəhriyar bir çayın iki sahilində yaşayan, dəmir pərdə ilə ayrı salınmış xalqın iztirabını, faciəsini öz əsərlərində əks etdirib. Yüz illər keçsə də, oxucu Bəxtiyar və Şəhriyar yaradıcılığından bəhrələnəcək, onların dühasına minnət duyacaq.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10

