37-nin ilk qurbanı...
12.10.2022 [10:27]
İstiqlal şairinin ölümündən 85 il ötür
Yeganə BAYRAMOVA
Bu gün böyük istiqlal şairi Əhməd Cavadın anım günüdür. Adı Azərbaycanın azadlığı uğrunda mübarizənin görkəmli insanları ilə bir yerdə çəkilən Əhməd Cavadın bütün həyatı və yaradıcılığı milli məfkurəyə, istiqlal ideyasına həsr olunub. O, 1892-ci ilin 15 mayında sənədlərdə Şəmkirin Seyfəli kəndi qeyd olunsa da, Bakıda, İçərişəhərdə, eldə-obada hörmətlə xatırlanan axund Məhəmmədəlinin ailəsində dünyaya göz açıb. Atasını erkən itirdiyindən anası Yaxşı xanımdan tərbiyə alıb. Yaxşı xanım milli folklorumuzun bilicisi idi, xeyli şeir, bayatı, zərb məsəli bilən bu sinədəftər qadın övladlarını milli ruhda böyüdür, onların təhsil alması, savadlı, vətənpərvər olmaları üçün əlindən gələni edirdi.
Əhməd Cavad ilk təhsilini mollaxanada almışdı. Yeddi yaşı olanda artıq “Qurani-Kərim”in bir çox surələrini əzbər bilirdi. İti hafizəsi, müşahidə və analiz etmək bacarığı onu yaşıdlarından fərqləndirirdi.
Şair ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olan Əhməd Cavadın “Qoşma” adlı ilk kitabı 1916-cı ildə Bakıda nəşr olunub. Hələ 20 yaşında könüllü şəkildə cəbhəyə yollanaraq balkanlara qarşı türklər tərəfində döyüşlərə qatılıb. 1914-cü ildə Məhəmməd Əmin Rəsulzadənin naşiri olduğu “Açıq söz” qəzetində müxbir kimi fəaliyyətə başlayan Ə.Cavad bir müddət Acarıstanda çalışıb. O, özünün məşhur “Çırpınırdın, Qara dəniz” şeirini də burada qələmə alıb. 1918-ci ildə Üzeyir Hacıbəylinin həmin şeirə bəstələdiyi türkü bütün Türk dünyasında ən sevilən mahnılardan biri olub. Uzun illər Türkiyədə populyar olan “Çırpınırdın, Qara dəniz “ türküsünü deyilənə görə, böyük Atatürk də çox sevərmiş. Üzeyir bəyin bəstələdiyi Azərbaycan Xalq Cümhuriyyətinin himni olan “Milli Marş”ın sözləri də Əhməd Cavada məxsus olub.
Şairin bədii-siyasi ideya dünyası da təbiət və sevgi lirikası qədər çeşidli və zəngindir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. Cəfər Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən ilk iki ziyalıdan biri olub. Türklərlə birgə Balkan hərbində iştirak edib, Birinci Dünya müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Şəhid məzarını və obrazını qələmə alıb. Didərginlə, qaçqınla, girov düşənlə təmasda olmaq hələ 1990-cı illərdən çox-çox əvvəl ilk dəfə onun taleyinə qismət düşüb.
Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan biri olub. Elə bütün bunlara görə də onu hamıdan çox təqib ediblər, “xalq düşməni”, “müsavat şairi” anlamına və obrazına tuşlanan bütün zərbələr ona dəyib. Üç dəfə həbs olunub, həyat yoldaşını sürgünə, üç oğlunu koloniyaya göndəriblər.
Azərbaycan Cümhuriyyətinin ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurbanı da Əhməd Cavad olub. Onun sovet dövrü poeziyası da fəal ideya məzmunu, inqlabi romantikası, lirizmi, obrazlılığı ilə şeçilir. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi daxil olub. O, Şekspirin “Otello” pyesini, A.S.Novikov-Priboyun “Sualtı səfər”, puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Mənim darülfünunlarım”, “Çocuqluq”, V.P.Kinin “O tayda”, T.Şevçenkonun “Kobraz”, F.Rablenin “Qarqantua və Pantaqruel”, B.Ronin “Od uğrunda mübarizə” əsərlərinin bədii tərcüməsinin müəllifidir. 1930-cu ildə gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan azərbaycancaya çevirib və həmin tərcümə kitab halında Bakıda 1978-ci ildə nəşr edilib.
Bolşevik işğalından sonra milli ruhlu insanlara qarşı yeridilən repressiya siyasəti Əhməd Cavaddan da yan keçməyib. Sovet dönəmində yazdığı bir sıra əsərlərə, xüsusilə “Göygöl” şeirinə görə istiqlal şairinə qarşı illər uzunu davam edən təzyiqlər dözülməz həddə çatıb. 1937-ci ildə həbs olunan şair həmin il oktyabrın 12-dən 13-ə keçən gecə güllələnib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52

