Od gəlini
06.05.2022 [10:34]
İstiqlalçı Cəfər Cabbarlının son əsəri
1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətinin işğalından ən çox sarsılan qələm adamlarımızdan biri Cəfər Cabbarlı idi. Bunun ardınca gənc ədib məxfi istiqlalçılıq davasına qoşuldu. Deyilənə görə, gizli təşkilata üzvlüyünə görə 1923-cü ildə məhbəsdə yatan Cabbarlı azadlığa çıxandan sonra bu gün əlimizdə olmayan, Azərbaycanın parçalanması probleminə həsr edilmiş “Araz çayı” adlı pyes də yazıbmış.
Cümhuriyyətin süqutundan sonra tarixə müraciət təbii hal almışdı. Bu baxımdan Cəfər Cabbarlının 1924-cü ildən 1927-ci ilədək üzərində işlədiyi “Od gəlini” pyesinin ortaya çıxmasını da təsadüf saymaq olmaz. Dramaturq yaşadığı məmləkətin dərdləri barədə açıq yaza bilməzdi, ona görə də dövrünün problemlərini IX əsrə - sovet hökumətinin isti yanaşdığı Babək hərəkatı zamanına köçürdü.
Əsərin yazılmağa başlandığı tarixdə Azərbaycanda Mübariz Allahsızlar Cəmiyyəti yaradıldı. C.Cabbarlı “Od gəlini” pyesində xalqın məcburi müsəlmanlaşdırılması timsalında dövrünün mənzərisini göstərirdi, bununla zorən allahsızlaşdırılma təbliğatına güzgü tuturdu.
Cabbarlının Elxanı (prototipi xürrəmilər hərəkatının başçısı Babəkdir) yad ideologiyanın xalqa zorla sırınan allahına tapınmır. Aydındır ki, burada söhbət köləliyə, hüquqsuzluğa yeni nəfəs verən kommunizm ideologiyasından, onun bütlərindən gedir. Elxan işğalçı rejimin Azərbaycandakı valisi Əbu Übeydin sağ əli Altunbayın köləsidir. Bir neçə dəfə qul kimi alınıb-satılan qəhrəman iki dəfə dar ağacından yayına bilib. Müəllif özü də buna qədər iki dəfə həbs olunmuşdu. Elxan obrazı avtobioqrafik ştirixlərdən məhrum deyil.
İşğalçı xilafətin Azərbaycandakı nümayəndəsi Əbu Übeyd kommunist rejiminin ölkəmizdəki təmsilçilərini - Kirovu, Mirzoyanı xatırladır. Xalqa “sizi bundan da ağır günlər gözləyir” deyən Altunbay Həmid Sultanov, Əliheydər Qarayev kimi bolşevikləri yada salır. Yalnız öz sərvətini düşünən Altunbay elinin talan olunmasına vecsiz bir münasibət bəsləyir.
1920-ci illərdə Gəncədən başlayıb başqa bölgələrdə davam edən xalq üsyanları əsərdə xürrəmi qiyamının timsalında əksini tapıb. Əbu Übeyd nəyin bahasına olursa olsun üsyanları yatırıb Bağdaddakı xəlifəyə raport verməyə çalışır. Bununla bir vaxtda neft tuluqları dəvələrə yüklənib xilafətin mərkəzinə daşınır. İki prosesin paralel təsviri 1920-ci illərin reallıqları ilə üst-üstə düşür.
Əsərdə yerli dinə münasibət, xalqın tapındığı atəşgahların söndürülməsi pyesin yazıldığı dövrdə məscidlərin sökülməsinə, ziyarətgahların dağıdılmasına işarədir. Ruhani Sönməz ərəb zülmündən çox narazıdır, qurtuluş üçün odlardan kömək istəyir, Oddamdı isə ancaq məbədə verilən nəzirin azalmasından narahatdır. Ziyarətgaha şikayətə gələn insanları Yanardağ ehtiyatlı olmağa, bərk danışmamağa çağırır. Bolşeviklərin yaratdığı qorxu atmosferi burada da əksini tapır. Pyesdə ərəb casuslarının ölkəni total şəkildə bürüdüyü ifadə olunur.
Elxan uşaqlığından itirdiyi qardaşı Aqşinin axtarışındadır. Nəhayət, zindanda onu tapır. Lakin Aqşinin islamı qəbul etməsi onu qardaşından ayırır. Əsərin yazıldığı dövrdə də yeni dinə çevrilmiş ideologiya qardaşı qardaşdan, atanı övladdan beləcə ayırırdı.
“Hər güclü kişinin arxasında bir güclü qadın dayanır” ifadəsi “Od gəlini”nin qəhrəmanı üçün də keçərlidir. Elxan Solmazı mücadiləsinin ilham qaynağı kimi görür, təkcə onun gözəlliyi qarşısında əyildiyini deyir. Solmaz elə gözəldir ki, Əbu Übeyd kimi işğalçı belə bunun qarşısında Tanrıya şükür eləyir. Lakin əvvəldən bəlli olur ki, Solmaz dövlətli Altunbayla ailə quracaq. Fəqət hadisələrin gedişində vəziyyət dəyişir, Hürmüzün qəzəbləndiyinə inanan ruhanilər Solmazı ona qurban vermək istəyirlər. Ərəblərin Solmazı Bağdada cariyə kimi aparmalarına qarşı çıxan bu davranış elin, adətin müqəddəsliyini qorumaq niyyəti güdür.
Aqşinin Elxandan son diləyi bu olur ki, qardaşı yeni dinə tapınsın, yəni yeni ideologiyanı qəbul eləsin. Elxan bu təklifi rədd edir. Qardaşı həlak olandan sonra Aqşinin “Doğrudan da Allah vardırmı?” sualını verməsi C.Cabbarlının yeni ideologiyaya qarşı şübhəsinin, inamsızlığının ifadəsidir.
Elxanın məğlubiyyəti Cəfər Cabbarlının Aydın, Oqtay kimi qəhrəmanlarının ideal dünya, ideal quruluş axtarışlarının son mərhələsidir. Azərbaycanın istiqlal davasının yaxın zamanda uğur qazanmayacağını təxmin edən müəllif öz qəhrəmanını dar ağacından asır. Dara çəkilənsə Elxan deyildi, onun timsalında istiqlal savaşında məğlubiyyətə uğramış Cəfər Cabbarlının özüydü.
Ceyhun Mirzəli
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 May 17:38

Xəbər lenti
20 May 17:36

Xəbər lenti
20 May 17:29

Xəbər lenti
20 May 17:19

Xəbər lenti
20 May 17:04

Xəbər lenti
20 May 17:02

Xəbər lenti
20 May 16:56

Xəbər lenti
20 May 16:24

Xəbər lenti
20 May 16:19

İdman
20 May 16:15

Xəbər lenti
20 May 16:14

Xəbər lenti
20 May 15:27

Dünya
20 May 15:25

Daxili siyasət
20 May 14:59

Gündəm
20 May 14:55

Xəbər lenti
20 May 14:24

Xəbər lenti
20 May 14:20

Xəbər lenti
20 May 14:19

Xəbər lenti
20 May 14:16

Xəbər lenti
20 May 14:14

Xəbər lenti
20 May 13:42

Xəbər lenti
20 May 13:33

Xəbər lenti
20 May 13:10

Xəbər lenti
20 May 12:54

Xəbər lenti
20 May 12:47

Xəbər lenti
20 May 12:15

Xəbər lenti
20 May 12:11

Xəbər lenti
20 May 12:03

Xəbər lenti
20 May 12:01

Xəbər lenti
20 May 11:53

Xəbər lenti
20 May 11:24

Xəbər lenti
20 May 11:04

Xəbər lenti
20 May 10:55

Sosial
20 May 10:46

Siyasət
20 May 10:43

Xarici siyasət
20 May 10:41

Siyasət
20 May 10:39

Siyasət
20 May 10:37

Xarici siyasət
20 May 10:34

Sosial
20 May 10:33

MEDİA
20 May 10:29

Analitik
20 May 10:25

Xəbər lenti
20 May 10:19

Sosial
20 May 10:15

Xəbər lenti
20 May 10:13

Xəbər lenti
20 May 10:09

İqtisadiyyat
20 May 10:06

İqtisadiyyat
20 May 10:01

Xəbər lenti
20 May 09:59

İqtisadiyyat
20 May 09:55

İqtisadiyyat
20 May 09:52

Gündəm
20 May 09:49

Prezident bu gün
20 May 09:45

Xəbər lenti
19 May 22:50

Xəbər lenti
19 May 21:43

Gündəm
19 May 21:13

Xəbər lenti
19 May 19:34

Xəbər lenti
19 May 18:55

Xəbər lenti
19 May 17:58

Xəbər lenti
19 May 17:57

Xəbər lenti
19 May 16:43

Xəbər lenti
19 May 16:40

Xəbər lenti
19 May 16:38

Xəbər lenti
19 May 16:03

Xəbər lenti
19 May 15:50

Xəbər lenti
19 May 15:47

Xəbər lenti
19 May 15:38

Xəbər lenti
19 May 14:51

Siyasət
19 May 14:39

Xəbər lenti
19 May 14:34
