/ / Astanada dini liderlər bütün bəşəriyyəti planetin gələcəyi naminə sülhə, bərabərliyə, ədalətə və quruculuğa səsləyiblər
Astanada dini liderlər bütün bəşəriyyəti planetin gələcəyi naminə sülhə, bərabərliyə, ədalətə və quruculuğa səsləyiblər
01.06.2012 [21:55]
Qeyd edək ki, Astanada dünya dinləri və ənənəvi dinlərin liderlərinin IV qurultayı öz işini başa vurub. Mayın 30-31-də paytaxtın möhtəşəm “Sülh və sabitlik” sarayında keçirilən toplantıda dünyanın 40 ölkəsindən gəlmiş nümayəndə heyəti iştirak edib. Əgər 2003-cü ildə keçirilən ilk qurultayda dünyanın 17 ölkəsindən gəlmiş 17 nümayəndə heyəti iştirak edirdisə, builki qurultayda nümayəndə heyətlərinin sayının beş dəfə artması, toplantıda müzakirə olunan məsələlərə dünya ölkələrində marağın böyük olmasından xəbər verir.
Qurultayı Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev açaraq bildirib ki, əgər doqquz il əvvəl keçirilən birinci qurultayda (hər 3 ildən bir ) dünyanın 17 ölkəsindən 17 nümayəndə heyəti iştirak edirdisə, IV qurultaya 40 ölkədən 85 nümayəndə heyəti qatılıb. O, Qazaxıstanda müstəqilliyin qazanılmasından ötən 20 il ərzində mənəvi intibah prosesinin getdiyini diqqətə çatdırıb. Natiq qeyd edib ki, Qazaxıstanda 140 millət və xalqın nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, millətlərarası sabitliyin Qazaxıstan modelini yaratmağa nail olublar və hazırda bu model uğurla fəaliyyət göstərir. Nursultan Nazarbayev əmin olduğunu bildirib ki, qurultay qlobal dialoqun tərkib hissəsi kimi tarixə düşəcək.
Qeyd edək ki, qurultayda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Bundan əlavə, toplantıda Moskvanın və bütün Rusiyanın patriarxı Kirill, Dünya İslam Liqasının baş katibi şeyx Abdella ben Muxsin at-Turki, ümumdünya Məzhəblərin Yaxınlaşması Assambleyasının baş katibi Ayətulla Məhəmməd Əli Təsxiri və başqaları çıxış edərək, müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər. BMT baş katibinin müavini, BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru Qasımcomərt Tokayev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun qurultay iştirakçılarına təbrikini oxuyub. Baş katib dini liderləri qlobal təhlükələrə qarşı birgə mübarizə aparmağa çağırıb.
“Sülh və həmrəylik - insanlığın seçimi kimi” mövzusunda keçirilən və iki gün davam edən qurultayın bölmə iclaslarında “Davamlı inkişafın əldə edilməsində dini liderlərin rolu”, “Din və multikulturalizm”, “Din və qadın: mənəvi dəyərlər və müasir problemlər”, “Din və gənclik” və digər mövzularda müzakirələr aparılıb.
Qurultay çərçivəsində, həmçinin, dünya Dini Liderlər Şurasının (DLŞ) birinci iclası da keçirilib. Qapalı keçirilən iclasda DLŞ-nin üzvləri iştirak ediblər.
Qurultayda bir sıra ölkələrdən gəlmiş dini liderlər çıxış edərək, bəşəriyyəti narahat edən məsələlərə toxunublar, onların həllinin vacibliyini diqqətə çatdırıblar. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qurultaydakı çıxışında Azərbaycanda olan tolerantlıq, bütün dinlərə və konfessiyalara dövlətimizin qayğı və diqqəti haqqında danışıb. O, həmçinin, Azərbaycan üçün ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan tərəfdən işğal edilməsi haqda toplantı iştirakçılarına məlumat verib. Şeyxülislam ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdə məscidlərimizin, kilsələrin və digər ziyarətgahlarımızın dağıdıldığını, amansızcasına yandırıldığını diqqətə çatdırıb. O, dünya dövlətlərini və beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar nümayiş etdirmələrinə son qoyulmasına səsləyib. Eyni zamanda, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının vacibliyini qurultay iştirakçılarının diqqətinə çatdırıb.
Mayın 31-də dünya dinləri və ənənəvi dinlərin liderlərinin IV qurultayının rəsmi bağlanış mərasimi olub.
Tədbirdə çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev forumun uğurla keçirildiyini bildirib. O, qeyd edib ki, qurultayda mədəniyyətlərin və dinlərin qlobal dialoqu ilə əlaqədar mühüm məsələlər müzakirə olunub, dünya birliyinə müraciət qəbul edilib. Həmin sənəddə dini liderlər bütün bəşəriyyəti planetin gələcəyi naminə sülhə, bərabərliyə, ədalətə, quruculuğa çağırıblar.
Dövlət başçısı Nursultan Nazarbayev, həmçinin, qeyd edib ki, növbəti qurultay 2015-ci ildə Astanada keçiriləcək.
Xatırladaq ki, qurultay çərçivəsində bir sıra digər tədbirlər də keçirilib. Həmin tədbirlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill, Dünya İslam Liqasının baş katibi şeyx Abdella ben Muxsin at-Turki, ümumdünya Məzhəblərin Yaxınlaşması Assambleyasının baş katibi Ayətulla Məhəmməd Əli Təsxiri və digər tanınmış din xadimləri iştirak ediblər. Qurultay iştirakçıları, həmçinin, Astanada “Aclıq qurbanları Monumenti”nin açılışında iştirak ediblər, “ALJİR” Muzey-memorial kompleksində olublar.
Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, dünyanın aparıcı dinləri, daimi inkişaf etmələrinə baxmayaraq, müəyyən mənada dövlətin dəstəyinə möhtacdırlar. Dövlətin dinə münasibətində insanları birliyə və həmrəyliyə çağırmağa yönəlmiş Qazaxıstanın malik olduğu təcrübə, digər ölkələr üçün nümunə rolu oynaya bilər. ölkənin siyasi sistemi demokratik modelə əsaslandığından dinlərarası və milli etnik qruplararası tolerantlığın bərqərar olunmasında, ksenofobiya, eləcə də, dini və etnik zəmində baş verən münaqişələrdən xilas olmaqda Qazaxıstanı bir çox keçmiş Sovet respublikaları arasında nümunəvi ölkə kimi göstərmək olar.
Məhz, bu səbəbdəndir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə hər üç ildən bir bu ölkənin paytaxtında keçirilən dünya dinləri və ənənəvi dinlərin liderlərinin qurultayı ildən- ilə, getdikcə öz əhəmiyyətini daha da artırır. Bu isə əyani olaraq, bir daha sübut edir ki, iqtisadi baxımdan qeyri-sabit olan dünyada din həlledici faktora çevrilməkdədir.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
