Daha bir diktator çökdü
24.08.2011 [11:00]
Aylarla davam edən silahlı üsyanın, vətəndaş müharibəsinin və xarici hərbi müdaxilənin nəticəsində Liviyada Müəmmar Qəddafi rejimi süquta uğradılıb. Lakin ölkədə vəziyyətin hələ də qeyri-müəyyən olması, xaosun hökm sürməsi inqilabın Liviyada hansı nəticələrə gətirib çıxaracağı barədə suallar yaradır. Qərbin Liviya ilə bağlı maraqlarının və planlarının fonunda xalqın demokratiya və sosial rifah barədə arzularının nə dərəcədə real olmasına isə şübhə ilə yanaşmağa vadar edən çoxsaylı məqamlar mövcuddur.
42 illik rejimin sonu, yaxud təkrarlanan tarix
Aralıq dənizi sahilində yerləşən, Misir, Tunis, Əlcəzair, Sudan, Niger və çadla həmsərhəd olan Liviya müxtəlif dövrlərdə Osmanlı dövlətinin, İtaliya, Fransa və İngiltərənin tabeliyində olsa da, 1951-ci ildə müstəqillik qazanıb və ölkədə kral hakimiyyəti qurulub. Muəmmər Qəddafinin hakimiyyətə gəlişi isə hərbi çevriliş nəticəsində mümkün olub. Belə ki, vaxtilə ölkəsində və İngiltərədə hərbi təhsil alan Qəddafi kapitan rütbəsinə qədər yüksəlmişdi. 1969-cu ildə Kral İdrisin müalicəsi ilə əlaqədar olaraq ölkədən kənarda olmasından istifadə edən çevriliş tərəfdarları hərəkətə keçdi və Qəddafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurasının rəhbərliyi ilə inqilab həyata keçirildi. çevrilişdən bir neçə gün sonra ABŞ-ın Qəddafi hakimiyyətini tanıması ilə kral hakimiyyəti sona yetdi. Hakimiyyəti ələ keçirən Qəddafi Liviyada İslam və sosializm dəyərlərini özündə əks etdirən diktator rejimi qurdu. Hakimiyyəti dövründə Qəddafi Misirdə gerçəkləşdirilən islahatlara uyğun addımları ölkəsinə tətbiq etdi. Eyni zamanda, Qərb dövlətlərinə münasibətdə sərt mövqeyi ilə tanınan Qəddafi İngiltərəyə məxsus hərbi bazaları ölkəsindən çıxardı, Liviyada neft hasilatı ilə məşğul olan Qərb şirkətlərini gəlirlərin kralın dövründə olduğu kimi 50 faizinin deyil, 79 faizinin dövlətə verilməsinə razı olmağa məcbur etdi. ölkəsindəki başqa xalqların nümayəndələrinə, xüsusən də, italyanlara münasibətdə millətçi mövqedə dayanan Qəddafinin dünyanın bir sıra yerlərində törədilən terror aktlarında əli olduğu söylənilir. Bu ilin fevral ayından başlanan etirazlar Qəddafinin istefa tələblərini rədd etməsindən qısa müddət sonra vətəndaş müharibəsinə və müttəfiq ölkələrin havadan hərbi müdaxiləsinə gətirib çıxardı. Təxminən, altı ay davam edən silahlı qarşıdurmadan sonra paytaxt Tripolinin üsyançıların əlinə keçməsi ilə rejimin hakimiyyəti başa çatıb. Beləliklə, inqilab yolu ilə hakimiyyətə gələn Qəddafi elə inqilab nəticəsində də hakimiyyətdən devrilib.
Diktatorun devrilməsi Liviyaya nələrin bahasına başa gəldi?
Ərəb inqilabları zəncirinin bir halqası olan Liviya inqilabının alovlanmasına, əsasən, Misirdə və Tunisdə baş verən inqilabların çevrilişlə nəticələnməsi təsir göstərib. Müəmmar Qəddafinin istefası tələbi ilə küçələrə axışan etirazçıların silahlandırılması ilə başlayan üsyan hökumət qüvvələrinin silahlı müdaxiləsi ilə vətəndaş müharibəsi səviyyəsinə çıxdı. Liviya Keçid Milli Şurasının rəhbərlik etdiyi üsyançılar ilk olaraq ölkənin şərq hissəsində nəzarəti ələ keçirdi və bir neçə ay boyunca davam edən döyüşlərdə mövqelər demək olar ki, dəyişmədi. Bu müddət ərzində hər iki tərəfdən ölkənlərin sayının 2000 nəfərdən çox olduğu bildirilirdi. Məlumatlara görə, son günlərdə Tripoli uğrunda gedən döyüşlərdə isə ümilikdə 1000 nəfərdən çox insan həlak olub. Silahlı toqquşmalar və havadan bombardmanlar nəticəsində ən az 500 min liviyalının evlərini tərk etdiyi güman edilir. Məlumatlara əsasən onların yarısı ölkəni tərk edənlərdir.
Müharibə dünyanın ən iri qara qızıl ixracatçılarından olan Liviyanın neft sektoruna da zərbə vurub. Belə ki, bu müddət ərzində ölkədən neft ixracı minimuma enib. Liviya əhalisinin qazancının 58 faizinin neft gəlirlərindən əldə olunduğunu nəzərə alsaq, bu ölkə üçün ağır göstəricidir. Bundan əlavə, müharibənin ölkədə törətdiyi dağıntılar, infrastrukturun zərər çəkməsi də Liviyadakı vəziyyətə mənfi təsir göstərən faktorlardandır. Liviyanın dövlət büdcəsinə milyardlarla dollar ziyan vuran müharibənin yekunlaşmağa doğru getdiyi indiki mərhələdə ölkə iqtisadi cəhətdən dağılmış vəziyyətdədir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Liviya əhalisi müxtəlif qəbilələrdən, etnik qruplardan ibarətdir və onların birliyi Qəddafinin hakimiyyəti dövründə sərt tədbirlər və ciddi nəzarətin nəticəsində mümkün olmuşdu. Lakin hazırda ölkədə vahid rəhbərliyin olmaması, habelə, əhalinin kütləvi şəkildə silahlanması sosial vəziyyətin gərginləşməsi, cəmiyyətdaxili parçalanmanın güclənməsi ehtimalını artırır.
Liviyanı nə gözləyir: xalqın və müttəfiqlərin arzuları
Qəddafinin faktiki olaraq devrildiyi indiki məqamda Liviya xalqını və dünyanı ən çox maraqlandıran məsələ ölkənin bundan sonrakı taleyinin necə olacağı ilə bağlıdır. Əlbəttə ki, burada həm xalqın, həm də hava zərbələrini həyata keçirən, üsyançılara silah və maliyyə yardımı göstərən NATO ölkələrinin öz maraqları meydana çıxır. Liviya xalqının ölkədəki diktator rejiminin aradan qaldırılması, demokratiyanın bərpası, insan haqlarına hörmətlə yanaşılması, sosial-maddi rifahın yaxşılaşması, əhalinin yaşayış və iş imkanlarının yüksəlməsidir. Lakin indiki məqamda Liviyaya hansı qüvvələrin rəhbərlik edəcəyinin belə dəqiq bilinmədiyi bir vaxtda xalqın arzularının hələ uzun müddət xəyal olaraq qalacağını ehtimal etmək mümkündür. Bunu isə bir sıra səbəblərlə əlaqələndirmək olar.
İlk növbədə, qeyd edək ki, Liviyada inqilabın gerçəkləşməsi müəyyən xarici qüvvələrin, Qərb dövlətlərinin qabaqcadan hazırlanmış planı əsasında baş tutub. Daha doğrusu, Qəddafinin devrilməsi regionun “demokratikləşməsi”ni nəzərdə tutan ABŞ-ın “Böyük Yaxın Şərq layihəsi”nin bir sıra Avropa ölkələrinin də yaxından iştirakı ilə uğurla reallaşdırılmasının daha bir sübutudur. Beləliklə, regionun demokratikləşdirilməsi adı altında gedən proseslər ABŞ başda olmaqla Qərb dövlətlərinin təbii sərvətlərlə zəngin olan bölgədə tam nəzarətinin qurulmasına xidmət edir. Qəddafinin hakimiyyəti dövründə isə Qərbin Liviya neftinə tam nəzarəti mümkün deyildi. Qeyd etdiyimiz kimi, Qəddafi xarici neft şirkətlərinin ölkədə fəaliyyət göstərməsinə qara qızılın hasilatında əldə olunan gəlirlərin böyük hissəsinin Liviyanın dövlət büdcəsinə daxil olması şərtilə icazə vermişdi. Əlbəttə ki, bu qərar Qərb şirkətlərinin Liviya neftindən əldə etdikləri gəlirin əhəmiyyətli hissəsini itirməsinə səbəb olmuşdu. Liviya liderinin müstəqil siyasət yeritməyə çalışması və ölkənin təbii sərvətlərinin hasili və ixracı üzərində dövlət nəzarətini gücləndirməsi Qərbin maraqlarına zidd idi.
Digər bir tərəfdən, dünyada böhranın hələ səngimədiyi, ABŞ və Avropada maliyyə kataklizmlərinin hökm sürdüyü indiki məqamda ABŞ, Böyük Britaniya və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri yerə yüz milyonlarla dollar vəsait sərf edərək hava hücumları həyata keçirməsini, üsyançılara göstərilən külli miqdarda yardımların təşkilini Liviya xalqına “qarşılıqsız yardım” kimi dəyərləndirmək sadəlövhlük olardı. Əlbəttə ki, Qəddafinin devrilməsində “xidmətləri” olan hər bir ölkə “əməyinin” qarşısında “haqqını” tələb edəcək. Liviya iqtisadiyyatının, o cümlədən, neft sektorunun ələ keçirilməsi iqtisadi böhranlarla mübarizədə ciddi maliyyə qıtlığı hiss edən Qərb dövlətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün əla imkan ola bilər.
Belə olan təqdirdə, təbii olaraq Liviya xalqının arzuladığı demokratiya və iqtisadi rifah arxa plana keçir. Bütün ölkəyə nəzarət edən, xalqın iradəsinə əsaslanan vahid hakimiyyətin, demokratik strukturların, iqtisadi inkişafın və sabitliyin olduğu Liviya isə bölgədə marağı olan xarici qüvvələrə lazım deyil. Bunun üçün isə Liviyada artıq dünyada “özünü doğruldan” bir neçə model tətbiq oluna bilər. Məsələn, faktiki olaraq parçalanmış durumda olan qeyri-sabit İraq modelinin Liviyaya tətbiqi üçün bu ölkədə geniş imkanlar var. Belə ki, Liviyadakı mürəkkəb sosial, etnik vəziyyəti nəzərə alsaq, bu ölkədə qəbilələrarası toqquşmaların baş verməməsi, sabitlik və asayişin qorunub saxlanması üçün ciddi daxili nəzarət sistemi qurulmalıdır. Bu isə yalnız bütün qüvvələri birləşdirmək gücündə olan, cəmiyyət daxilində harmoniya yarada bilən vahid rəhbərlik sayəsində mümkün ola bilər. Lakin son zamanlar hakimiyyətin bölüşdürülməsi məsələsində Liviya üsyançılarının rəhbərlərinin arasında yaranan fikir ayrılıqları, Keçid Milli Şura daxilindəki rəqabət və toqquşmalar belə bir hakimiyyətin yaxın gələcəkdə bərqərar olmasını faktiki olaraq qeyri-mümkün edir.
Əgər Qərb dövlətləri Liviyanın gələcəyini vahid hökumətin mövcudluğuna baxmayaraq, xaosun hökm sürdüyü Əfqanıstan kimi görmək istəsə, onda yaxın zamanlarda bu ölkədə yeni rejimə müxalif mövqedə dayanan, xaricdən dəstəklənən radikal silahlı qruplaşmaların meydana çıxması mümkündür. Belə olan təqdirdə Əfqanıstanda olduğu kimi, tez-tez törədilən terror aktları ölkədə xarici sülhməramlıların fəaliyyətinə daim ehtiyac yaradacaq.
Lakin Liviya xalqını daha pis ehtimal olan Somalinin taleyinə bənzər vəziyyət də gözləyə bilər. Siyasi qeyri-sabitlik, terrorçu qruplaşmaların təxribatçı əməlləri, kütləvi aclıq və yoxsulluqla səciyyələnən Somali modeli Liviya xalqının azadlıq və demokratiya uğrunda apardığı mübarizənin qarşılığında ən acı “mükafat” ola bilər.
İstənilən halda, iqtisadi cəhətdən zəifləyən və xarici qüvvələrin təsiri altına düşən Liviyada yaxın zamanlarda müstəqil və stabil hökumətin qurulması ehtimalı zəif görünür.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
