Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ Türkiyə üçün 10 axtarış-xilasetmə qrupunu səfərbər edib

Aİ Türkiyə üçün 10 axtarış-xilasetmə qrupunu səfərbər edib

06.02.2023 [14:53]

Aİ Türkiyədəki zəlzələdən sonra fövqəladə vəziyyətdə xəritə xidməti göstərmək üçün "Kopernik" peyk sistemini aktivləşdirib.

Bu barədə Aİ-nin Ali Nümayəndəsi və böhranlar üzrə komissarının birgə bəyanatında bildirilib.

“Avropa İttifaqı Mülki Müdafiə Mexanizmini aktivləşdirdikdən sonra Türkiyə üçün axtarış-xilasetmə qruplarını səfərbər edib. Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Niderland, Polşa və Rumıniyadan 10 axtarış-xilasetmə qrupu sürətlə səfərbər edilib. İtaliya və Macarıstan da Türkiyəyə xilasetmə qruplarını təklif edib. Aİ-nin Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzi, lazım gələrsə, əlavə dəstəyi koordinasiya etmək üçün Türkiyə rəsmiləri ilə birbaşa əlaqə saxlayır. Aİ-nin "Kopernik" peyk sistemi də fövqəladə xəritə xidmətləri göstərmək üçün işə salınıb”, - birgə bəyanatda deyilib.

Aİ həmçinin güclü zəlzələdən sonra Suriyada zərər çəkənlərə dəstək verməyə də hazır olduğunu qeyd edib.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30