Atatürkün partiyasında yeni dönəm başlayır
25.05.2010 [09:58]
Mayın 22-23-də Ankaranın Atatürk İdman Salonunda Cümhuriyyət Xalq Partiyasının (CHP) 33-cü qurultayı keçirildi. öncədən deyək ki, Türkiyənin ana müxalifət partiyası olan CHP-nin bu qurultayı beynəlxalq aləmin diqqət mərkəzində idi. çünki hər kəs bu partiyada nələrin ola biləcəyinə dair suallara cavab axtarırdı. Daha doğrusu, təkcə Türkiyədə deyil, bütün dünyada xüsusi maraqla izlənən qurultaya diqqətin son dərəcə böyük olması aşağıdakı bir sıra vacib məqamlarla bağlı idi:
- Birinci, qurultayı keçirilən sıradan bir partiya deyil, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün 1923-cü ildə əsasını qoyduğu CHP idi;
- İkinci, bu qurultay Türkiyənin həyatında xüsusi önəm daşıyan konstitusiya dəyişikliyi ərəfəsində baş tuturdu;
- üçüncü və ən əsası, qurultay Dəniz Baykalın qalmaqallı videogörüntü ucbatından istefa verməsindən sonra keçirilirdi;
- Dördüncü, qurultay partiya daxilində yenilikçilərlə mühafizəkarların açıq müstəvidə mübarizə aparmaq istəyinin baş qaldırdığı bir ərəfəyə təsadüf edirdi;
- Beşinci, bu qurultay ötən əsrin 90-cı illərindən başlayaraq dünya düzənində cərəyan edən “yeni dövrün tələblərinə uyğunlaşma” prinsipinin Türkiyəyə də çatdığı dövrdə baş tuturdu;
- Altıncı, qurultayda partiyanın genel başqanlığına yeganə namizəd - “Qandi Kamal” kimi tanınan Kamal Kılıçdaroğlu önə çıxmışdı.
Yəni, bütün bu sadalananlar 87 illik tarixi olan CHP-nin qurultayına olan marağı birə-beş artırmışdı. Hər kəs-istər xarici və yerli ekspertlər, istərsə də aparıcı analitik mərkəzləri Türkiyə Cümhuriyyətinin yaşıdı olan, ölkənin qurulmasında, çoxpartiyalı sistemin formalaşmasında xüsusi rol oynayan CHP-nin bu qurultaydan necə çıxacağını gözləyirdi.
CHP-nin tarixi qurultayı
Bu baxımdan da baş tutan tədbir siyasi kulislərdə, eyni zamanda, CHP-nin tarixi qurultayı kimi də dəyərləndirilirdi. Onu da bildirmək yerinə düşər ki, bu tədbir, küskünlərin CHP-yə dönüşü kimi də tarixə düşdü. çünki Kamal Kılıçdaroğlunun genel başqanlığa namizəd olması xəbərini eşidən başda keçmiş Baş nazir, mərhum Bülent Ecevitin xanımı Rahşan Ecevit olmaqla, çoxlu sayda siyasətçi nəinki qurultayda iştirak etmək, hətta dolayısı yolla CHP sıralarına qatılmaq istəklərini büruzə verdilər.
Beləliklə, 1249 rəsmi qurultay nümayəndəsi, 860 media mənsubu və çoxlu sayda qonağın iştirak etdiyi qurultayda 1200 nümayəndənin imzası ilə partiyanın İstanbul millət vəkili Kamal Kılıçdaroğlu CHP sədri vəzifəsinə namizəd göstərildi. Səsvermə zamanı keçərli olan 1197 səsin 1189-nu alan Kılıçdaroğlu bununla da CXP-nin 7-ci genel başqanı oldu.
CHP-nin tarixi və tarix yazan genel başqanları
Yuxarıda da qeyd etdiyimiz kimi, Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan CHP ilk dəfə 1923-cü il sentyabrın 9-da öncə “Xalq Firqəsi” adı ilə qurulub. 1924-cü ildə Cümhuriyyət Xalq Firqəsi, 1935-ci ildə isə Cümhuriyyət Xalq Partiyası adını alıb. 1927-ci ildə cümhuriyyətçilik, xalqçılıq, milliyyətçilik və dünyəvilik CHP-nin dörd təməl prinsipi olaraq qəbul edilib. 1935-ci ildə bu sıraya dövlətçilik və inqilabçılığın da əlavə edilməsi ilə prinsiplərin sayı 6-ya çatdırılıb. Partiyanın emblemindəki 6 ox da məhz bu prinsipləri nəzərdə tutur.
Türkiyə Cümhuriyyətinin tarixində siyasi partiya təsisatının yaradılması, sonra isə çoxpartiyalı sistemə keçidin formalaşdırılması kimi bir sıra ilklərə imza atan CHP bu günə kimi xüsusi olaraq 4 genel başqanın rəhbərliyi altında tarixdə dərin iz buraxan proseslərin önündə gedib. Partiyanın və ölkənin qurucusu Mustafa Kamal Atatürk 1923-cü il sentyabrın 11-dən 1938-ci il noyabrın 10-a qədər, yəni, 15 il 2 ay CHP-nin genel başqanı olub. Ondan sonra partiyanın başına keçən İsmət İnönü (26 dekabr 1938-8 may 1972) 33 il 4 ay 12 gün bu postda qalıb. Sonradan Demokratik Sol Partiyasını yaradan mərhum Bülənt Ecevit isə (14 may 1972-30 oktyabr 1980) 8 il 5 ay 16 gün genel başqan olub. Nəhayət, son kaset olayı ucbatından genel başqanlıqdan istefa edən Dəniz Baykal müxtəlif fasilələrlə 3 dəfə (9 sentyabr 1992-18 fevral 1995, 2 il 5 ay 9 gün; 11 sentyabr 1995-22 aprel 1999, 3 il 7 ay 11 gün; 30 sentyabr 2000-10 may 2010, 9 il 7 ay 10 gün) bu partiyanın rəhbəri olub.
Kılıçdaroğlunun genel başqanlığa, məhz Dəniz Baykaldan sonra gəldiyini nəzərə alaraq, bu yazımızda cənab Baykal haqqında bir qədər geniş məlumat verməyi vacib saydıq.
Dəniz kimi Dəniz Baykal...
Məlumat üçün bildirək ki, Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Əslən çərkəz (abaza) kökənli Türkiyə Cümhuriyyəti vətəndaşıdır. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-a yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə CHP-dən Antalya millət vəkili seçilib. D.Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal partiya məclisi və mərkəzi idarəetmə heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib. Baykal həmin ilin sentyabr ayının 12-də baş verən hərbi çevrilişdən sonra bir müddət Ankarada Ordu Dil Məktəbində nəzarət altında saxlanıb.
1982-ci ildə qəbul edilmiş konstitusiyanın 5 il müddətinə siyasətlə məşğul olmağı qadağan etdiyi siyasətçilər arasında yer alan Baykal 1983-cü ildə siyasi partiyaların qurulmasına icazə verildikdən sonra “siyasətdən uzaqlaşdırılmasına baxmayaraq, fəaliyyətini davam etdirdiyinə” görə bir qrup qabaqcıl CHP-li və AP-li siyasətçilər ilə birlikdə çanaqqala Zəncirbozan hərbi bazasında ikinci dəfə nəzarət altına alınıb.
1987-ci ilin sentyabr ayında Türkiyə parlamentinə keçirilən seçkilərdə yenə doğma şəhəri Antalyadan millət vəkili seçilib. Dəniz Baykal millət vəkili kimi Türkiyə-Avropa Birliyi birgə Parlamentlərarası Komitəsinin həmsədri vəzifəsini icra edib. Avropa Şurasının Parlamentarilər Məclisinə daxil olan Dəniz Baykal, eyni zamanda, TBMM-in Xarici İşlər Komissiyasının da üzvü olub.
1992-ci ilin iyul ayında bağladılmış siyasi partiyaların yenidən açılmasına icazəni nəzərdə tutan qanunun verdiyi imkanla 1992-ci il sentyabr ayının 9-da CHP-nin sədri seçilib. 1995-ci ildə formalaşan DYP-CHP koalisiya hökumətində xarici işlər naziri vəzifəsini icra edib.
1995-ci ilin 24 dekabrında növbəti parlament seçkilərində yenə Antalyadan millət vəkili seçilib. Seçkilərdən sonra 53-cü hökumətin qurulması ilə xarici işlər naziri və Baş nazirin köməkçisi vəzifəsindən istefa edən Baykal yenidən CHP-nin sədri seçilib. 1999-cu ildə parlament seçkilərində CHP ilk dəfə parlamentdən kənarda qalıb. Partiyasının seçkilərdə müvəffəqiyyətsizliyə uğramasından sonra Baykal partiya sədrliyi vəzifəsindən getdiyini bildirib.
2007-ci ildə yenə Baykalın liderliyindəki CHP Türkiyə parlamentinə keçirilən seçkilərdə səslərin 20,8 faizini əldə edərək məclisdə ana müxalifət partiyasına çevrilib.
Dəniz Baykal Olcay Baykal ilə evlidir. Olcay xanım Antalyada anadan olub. Maraqlıdır ki, Dəniz Baykal həyat yoldaşı ilə Akçakoca vilayətində gizli şəkildə evlənib. Məlumatlara görə, Baykal ölkədə demokratiyanı müdafiə edən, ancaq partiyadaxili demokratiyanı təmin edə bilməməklə ad çıxaran, eyni zamanda lideri olduğu CHP-nin diktatoru kimi tanınan bir şəxsdir. Digər tərəfdən, Baykal hər seçkidən sonra müxalifətə məhkum olan sonra da “xalq bizi müxalifətə uyğun gördü” deyən kəsdir.
Göründüyü kimi, Dəniz Baykal adına uyğun, yəni, dəniz kimi bir siyasi keçmişə malik şəxsdir. Daha doğrusu, o, bəzən sahilə çırpılan dəniz dalğaları tək əsəbi, bəzən isə özünə qapanaraq, yeni şansların yaranmasını gözləyəcək qədər səbrli birisidir. Siyasi karyerasındakı müəyyən uğursuzluqlara baxmayaraq, CHP-nin son qurultayını Baykalın ən böyük uğuru saymaq olar. Əvvəla, ona görə ki, məhz Baykalın “CHP-nin diktatoru” formatlı idarəçiliyinin nəticəsidir ki, ondan sonra partiyada hər hansı parçalanma baş vermədi. Əksinə, CHP bu qurultaydan daha güclü, daha sağlam çıxdı. İkinci bir tərəfdən yeni genel başqan seçilən və nəinki partiya daxilində, o cümlədən, Türkiyədə birləşdirici fiqur kimi tanınan Kılıçdaroğlu, məhz Baykalın “əsəridir”. Yəni, bir zamanlar DSP Kılıçdaroğluna sahib çıxmadıqda, məhz Baykal bu adamı CHP-yə dəvət edib, onun millət vəkili seçilməsinə “yaşıl işıq” yandırıb. Bu baxımdan Türkiyənin və CHP-nin Dəniz Baykala bir təşəkkür borcu var.
Kamal Kılıçdaroğlu kimdir?
Ana müxalifət partiyasının 7-
ci genel başqanı seçilən Kamal Kılıçdaroğlu isə 1948-ci il dekabrın 17-də Türkiyənin cənub-şərqindəki Tunceli vilayətində dünyaya gəlib. 1971-ci ildə Ankara İqtisadi və Ticari Elmlər Akademiyasını (indiki adı Qazi Universitetinin İqtisadiyyat və idarəçilik fakültəsi) bitirib. Türkiyə Əmək və Sosial Təminat Nazirliyi Sosial Təminat Qurumunun və Sosial Sığorta Qurumunun sədri vəzifələrində çalışıb.
1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin olunub, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlib. Hacəttəpə Universitetində müəllim, İş Bankında İdarə Heyətinin üzvü olub. 1999-cu il noyabrın 11-də təqaüdə çıxan Kılıçdaroğlu Demokratik Sol Partiyadan (DSP) parlamentə namizəd olmaq istəsə də, partiya onu dəstəkləməyib. 2002-ci və 2007-ci illərdə keçirilən parlament seçkilərində CHP-dən namizədliyini irəli sürüb və İstanbuldan millət vəkili seçilib. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi liderləri ilə bağlı ittihamlarla çıxış etdikdən sonra ölkədə məşhurlaşıb.
2009-cu il martın 29-da keçirilən bələdiyyə seçkilərində CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizəd olub və 36 faiz səs toplamasına baxmayaraq, 44 faiz səs alan AKP namizədi Qədir Topbaşa uduzub. K.Kılıçdaroğlu evlidir, 3 övladı var. Dini inancına görə Türkiyədə “Ələvi” adlandırılan sufi-müsəlmandır. Xarici dillərdən fransız dilini bilir.
Türkiyədə Hindistanın əfsanəvi lideri Mahatma Qandiyə bənzədiyi üçün “Qandi Kamal” kimi tanınan Kılıçdaroğlu, eyni zamanda, xalqçı və yenilikçi baxışları ilə fərqlənir. Daha dəqiq desək, CHP-nin mühafizəkar qanadında təmsil olunanlar, o cümlədən, keçmiş genel başqan Dəniz Baykal daha çox dövlətçi və cümhuriyyətçi imicinə malik idisə, Kılıçdaroğlu liberal və xalqçı baxışları ilə önə çıxıb. Buna görə də, onu, eyni zamanda, mərhum Bülent Ecevitlə də müqayisə edir, solçu düşərgədə ikinci Ecevit dövrünün başlandığını bildirirlər. Yeni genel başqanın, xalqla, ölkənin Güneydoğusu ilə, həmçinin, daxili siyasətlə bağlı açıqlamaları da partiyada dəyişənin təkcə rəhbərliyin olmayacağına işarə edir.
CHP yeni dövrün tələblərinə cavab verə biləcəkmi?
Daha dəqiq desək, görünən odur ki, Kılıçdaroğlunun genel başqan seçilməsi ilə Atatürkün partiyasında yeni dönəm başlayır. Bu dönəmin başlamasını diktə edən isə dünya düzənində cərəyan edən hadisələrdir. O hadisələr ki, onların cərəyan etməsinin fonunda Avropanın ən köklü ölkələrində, bu ölkələrin yaşlı partiyalarında belə “siyasi zəlzələlər” qeydə alınıb. O hadisələr ki, onların cərəyan etməsi nəticəsində, Avropada millətçilik dalğasında önə çıxan siyasi qüvvələr öz yerlərini liberallara, daha dəqiq desək, mülayim yenilikçilərə vermək məcburiyyətində qalıb. Lakin Avropa bütün bu baş verənləri cüzi də olsa, itki vermədən arxada qoymaq üçün müxtəlif çabalar göstərib. Bu zaman avropalıların imdadına “tarixi kökündə ayrılmadan yenilikçi olmaq” prinsipi yetişib.
İndi isə növbə Türkiyənin, bu cümhuriyyətin qurulmasında yaxından iştirak edən, ölkədəki bütün siyasi yeniliklərin ya banisi, ya da əsas iştirakçısı olan Cümhuriyyət Xalq Partiyasındadır. CHP qısa zaman kəsiyində yeni dövrün tələblərinə cavab verməyə hazır olub-olmadığını ortaya qoymalıdır. CHP yenə də cümhuriyyətin təməl prinsiplərinə sadiqliyini qorumaqla yanaşı, yeni dünyanın tələbləri ilə də ayaqlaşmaq iqtidarında olduğunu, bir zamanlar Türkiyə dövlətinin varlığı naminə millətçilərdən qatı millətçi olduğu kimi, bu gün də Türkiyə Cümhuriyyətinin varlığını qorumaq naminə dünyəvilərdən və liberallardan da qatı dünyəvi və liberal olduğunu isbatlamalıdır. CHP həm Atatürk prinsiplərini qorumalı, həm xalqın içinə doğru getməli, həm də yeni dünyanın partiyası kimi yenilikçilər sırasında birincilərdən olmalıdır.
Kılıçdaroğlu bacaracaqmı?
Bütün bunların öhdəsindən gəlmək olduqca çətindir. Lakin yenilikçilərin və xalqçıların lideri kimi önə çıxan CHP-nin yeni genel başqanı bunların öhdəsindən gəlmək zorundadır. çünki partiyanın sonuncu qurultayında yaşananlar, xalqın göstərdiyi xüsusi maraq və bəslədiyi ümid Kılıçdaroğlundan imkanından artıq işləri görməyi tələb edir.
Kılıçdaroğlu genel başqan seçiləcəyi təqdirdə CHP-nin bütün Türkiyəyə yayılacağını, Güneydoğuya qucaq açacağını bəyan edib. İndi sıra həmin sözə əməl etməkdədir. Kılıçdaroğlu tez bir zamanda Güneydoğuya yol almalı, CHP-nin bütün Türkiyənin partiyası olduğunu sözdə deyil, əməldə sübut etməlidir.
Təbii ki, Güneydoğuya uzanmaq üçün bəzi islahatların gerçəkləşməsi də tələb olunur. Deməli, Kılıçdaroğlu, eyni zamanda, yeni təkliflər paketinə malik bir partiyanın genel başqanı olaraq meydanda görünməlildir.
Bəs, Kılıçdaroğlu bütün bunları edə biləcəkmi? Avropa Birliyi ölkələrinə xibatən “Gənclik, dinamizm və gələcək bizdədir. Əlbəttə ki, Avropa standartlarını istəyirik, Qərb demokratiyasının tərəfdarıyıq. Lakin bizi ikinci dərəcəli ölkə kimi görməkdən vaz keçsinlər. Türkiyə qürurlu və vüqarlı ölkədir” deyən Kılıçdaroğlu sonuna qədər bu mövqeyində qala biləcəkmi? Ən nəhayət, Kılıçdaroğlu növbəti parlament seçkilərində hədəflədiyi 40 faiz seçici səsini ala biləcəkmi?
Təbii ki, bütün bu sualların cavabını yaxın tarix verəcək...
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08
