Böyük elmə doğru atılan ilk addımlar
22.04.2010 [09:44]
Moskvada tələbələrin, aspirantların və gənc alimlərin iştirakı ilə keçirilmiş “Lomonosov” Beynəlxalq elmi konfransı MDB-də “Elm və innovasiyalar ili”nə həsr olunmuş “Lomonosov-2010” Beynəlxalq gənclər elmi forumu çərçivəsində təşkil edilib. Forum Müstəqil Dövlətlər Birliyi məkanında gənc elm nümayəndələrinin ən çoxsaylı forumudur. Forumun nəcib məqsədləri elmə istiqamətlənmiş gənclərin fəallığını inkişaf etdirməyə, onları müasir elmin aktual vəzifələrinin həllinə cəlb etməyə, alim adının nüfuzunu artırmağa, habelə istedadlı tələbələri və gənc alimləri dəstəkləməyə yönəldilib.
Hava limanında görüşdən, əhatəli tədbirlər cədvəlindən, iştirakçıların asudə vaxtının təşkilindən tutmuş onların ilk dəqiqələrdən Moskva torpağında mehriban qarşılanmalarına, əhatə olunduqları gülər simalara qədər hər şey konfransın müvəffəqiyyətlə keçməsinə, öz məqsədlərinə çatmasına hesablanmışdı.
Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi MDU-nun İntellektual Mərkəzində - Fundamental Kitabxanada keçirilən konfransı açaraq iştirakçıları salamlayıb, onların hər biri üçün konfransın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, faydalı münasibətlər qurmaq, elmi əlaqələr yaratmaq, ilk elmi axtarışlarda yeni təmas nöqtələri tapmaq üçün əla imkandır. Açılış mərasimində MDU-nun müxtəlif regionlardakı bir sıra filiallarının rektorlarının, o cümlədən Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın videoçarxa yazılmış təbrikləri səslənib.
Müvafiq seksiyalar üzrə hazırlanmış məruzələr təqdim olunub. Qeyd edək ki, Bakı filialı tələbələrinin bütün işləri böyük maraqla qarşılanıb. Filologiya fakültəsinin ikinci kurs tələbələri ülviyyə Orucova F.de Roxasın “Kalistro və Melibeya haqqında tragikomediya” romanının materialı əsasında “Selestina obrazı”, Aliyə Faradova “İtaliya reklamında dialektlərin funksiyası” mövzularında məruzələrlə çıxış ediblər. Aliyə Faradovanın dialektlərin funksiyası barədə məruzəsi tələbələrin, aspirantların və gənc alimlərin beynəlxalq konfransının ən yaxşı məruzəsi sayılıb və “Lomonosov-2010” forumunun fəxri fərmanına layiq görülüb.
Adlı-sanlı alimlərdən ibarət nüfuzlu münsiflər heyəti Bakı filialı tələbələrinin təqdim etdikləri digər işləri də bəyənib: riyaziyyat fakültəsinin ikinci kurs tələbələri Nigar Məmmədova və İlahə Bünyadova, psixologiya fakültəsinin birinci kurs tələbələri Ofelya Məmmədova, Məhsəti Fərəcova və İlahə Gülalıyeva münsiflər heyəti üzvlərinin suallarına inamla cavab verib, iştirakçı sertifikatları alıblar.
Səfər zamanı tələbələri müşayiət edən və onları dəstəkləyən Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Tağıyevin gənclərin Moskvada keçirilən bu əhəmiyyətli elmi konfransa hazırlaşmalarında böyük zəhmətini vurğulamaq yerinə düşərdi.
Bir sözlə, MDU-nun Bakı filialı tələbələrinin Beynəlxalq elmi forum kimi ciddi tədbirdə ilk iştirakı onlar üçün həqiqətən böyük elmə atılan ilk addım olub və uğurla nəticələnib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18

