Forpostun geopolitik fiaskosu, yaxud bütün yollar iflasa aparır
22.08.2020 [00:17]
Total tənəzzül ilə qarşı-qarşıya olan işğalçı Ermənistan xarici siyasətdə də böhran və silsilə uğursuzluqlarla üzləşib
Bütün sahələrdə tənəzzül meyilləri və total böhran vəziyyəti ilə qarşı-qarşıya olan işğalçı Ermənistan beynəlxalq arenada da silsilə uğursuzluqlarla üzləşir. Ümumiyyətlə, inkaredilməz reallıqdır ki, işğalçı siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Elə dünya siyasətində baş verən son hadisələr də manevr imkanları tükənən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, asılı vəziyyətdə olan “geosiyasi vassal” səciyyəsi daşıdığını bir daha təsdiqlədi.
Geosiyasi autsayderə çevrilmiş Ermənistanın regionda təcrid vəziyyəti dərinləşir
Vurğulamaq lazımdır ki, son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası tərəfindən xüsusi olaraq diqqətə çatdırılır ki, bu ölkənin beynəlxalq arenada atdığı addımlar heç bir perspektiv vəd etmir. Əksinə, Paşinyan hakimiyyətinin gözləntilərinin sonu geopolitik iflasla nəticələnəcək. Vurğulanır ki, Ermənistanın xarici siyasəti tamamilə iflasa uğrayıb, manevr imkanları qalmayıb. Hətta erməni diasporunun maliyyəsi ilə dərc olunan nəşrlərdə də yazılır ki, mövcud hakimiyyətin xarici siyasəti nizamlı və müəyyən deyil, Ermənistanın nəinki regional layihələr çərçivəsində, eləcə də beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb, xarici siyasətdə mövcud böhran dərinləşir. Dolayısıyla, Ermənistan hakimiyyəti son zamanlar regional miqyasda cərəyan edən proseslər kontekstində geopolitik imkanlar əldə edəcəyini, müəyyən dividendlər qazanacağını düşünsə də, bütün yollar siyasi “tupik”ə, yaxud iflasa aparır. Bütövlükdə, işğalçı ölkə hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən və ya müsbət gözləntindən danışmağa dəyməz.
Yeni siyasi kataklizmlərə doğru...
Əlbəttə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə narazılıqların daha da artacağını, etiraz aksiyalarının miqyasının genişlənəcəyini bildirirlər. Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları xüsusi vurğulayan bir çox ekspertin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

