Ermənistan ordusunda koronavirus sürətlə yayılır
08.08.2020 [00:15]
İşğalçı orduda şəxsi heyətin yarısının COVID-19-a yoluxduğu bildirilir
Məlum olduğu kimi, COVID-19 pandemiyası işğalçı Ermənistanın bərbad vəziyyətdə olan iqtisadiyyatına ciddi zərbə vurmaqla yanaşı, digər sahələrdə də mövcud olan problemlərin özünü daha qabarıq göstərməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Ermənistan hökuməti faktiki olaraq aciz vəziyyətdə qalıb. Hətta yoluxma sayının artması, xəstəxanalarda çarpayıların, tibbi avadanlıqların çatışmaması ucbatından Paşinyan hökuməti səhiyyənin çökdüyünü elan edib. Mövcud statistik təhlillərə əsasən, yoluxma faktı ilə əhalinin sayı nisbətinə görə Ermənistan dünyanın əksər dövlətlərini qabaqlayaraq ilk 20 ölkənin siyahısına daxil olub. Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayının sürətlə artması işğalçı ölkənin ordusundan dayan keçməyib və erməni hərbçilər arasında yoluxma sayı getdikcə artır.
Ermənistan ordusunda yeni növ koronavirus infrksiyasının sürətlə yayılması rəsmi orqanlar tərəfindən də təsdiqlənir. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Şuşan Stepanyan bildirib ki, hərbi xidmətə çağırışın başladığı 1 iyul tarixindən iyulun 30-a qədər olan müddətdə 30 əsgərdə koronavirus aşkarlanıb. İşğalçı ordunun sözçüsünün etiraf etdiyi bu rəqəm yeni çağırılanlar arasında aşkarlanan yoluxma sayıdır. Buna qədər dəfələrlə rəsmi qurumlar orduda yoluxma barədə müxtəlif rəqəmlər səsləndirib. Üstəlik, əhalidə təşviş yaratmamaq üçün döyüş şəraitində itkilərini gizlətdiyi kimi, Ermənistan MN-inhərbçilər arasında COVID-19 pandemiyasına yoluxmanın gerçək rəqəmlərini və ölüm hallarını gizli saxladığına şübhə yoxdur.
Bu yaxınlarda müdafiə nazirinin müavini Qabriel Balayanında koronavirusa yoluxduğunun təsdiq edilməsi vəziyyətin acınacaqlı olmasına dəlalət edir. Hətta ekspertlərin fikrincə, yüksək rütbəli zabitlərdə də COVID-19 infeksiyası aşkarlandığı nəzərə alınsa, Ermənistan ordusunun şəxsi heyətinin ən azı yarısının koronavirusa yoluxması ehtimal olunur. Bu faktın gizlədilməsinin bir neçə səbəbi var. Birini yuxarıda qeyd etdik. Digər səbəblər isə koronavirusa yoluxan hərbçilərin hamısını hospitala yerləşdirmək imkanının olmaması və təmas xəttində xidmət keçən hərbçilərin çatışmamasıdır. Ölüm hallarının gizlədilməsinə gəlincə, düşmən döyüşdə olduğu kimi, koronavirus itkilərini də vaxtaşırı qəza nəticəsində hərbçilərin ölməsi xəbərləri ilə ört-basdır edəcək.
Yeri gəlmişkən, Ermənistan ordusunda koronavirus hələ pandemiyanın ilk dövrlərində də qeydə alınıb. Belə ki, hələ mart ayının sonlarında 5 hərbçidə koronavirus aşkarlanması barədə xəbərlər yayılmışdı. Bundan sonra vaxtaşırı işğalçı orduda yoluxma barədə yerli və xarici mediada xəbərlər yer almış, may ayında isə Ermənistanın müdafiə naziri David Tonoyan 20 hərbçinin koronavirusa yoluxduğunu təsdiq etmişdi.
Ekspertlər qeyd edirlər ki, dünya ölkələrinin əksəriyyətinin ordularında yeni növ koronavirusa yoluxma halları qeydə alınmadığı halda, Ermənistan ordusunda pandemiya elan olunan vaxtdan infeksiyanın sürətlə yayılması ölkədəki ümumi sosial-iqtisadi durumla, səhiyyə sisteminin səviyyəsinin aşağı, sanitar-epidemioloji vəziyyətin bərbadolması ilə əlaqəlidir. Yerli mətbuatın yazdığına görə, Ermənistan ordusunda ümumiyyətlə acınacaqlı durum hökm sürür. Əsgərlərin düzgün qidalanmaması, sanitar-gigiyenik qaydalara əməl edilməməsi, hərbçilər arasında nizamnamədənkənar münasibətlər bu problemlərin başında gəlir. Koronavirusa yoluxmanın yayılması da bu şərtlərdən birbaşa asılıdır. Mütəxəssislərin qənaətinə görə, erməni hərbçilər arasında yoluxmanın qarşısını almaq yönündə qabaqlayıcı tədbirlər görmək üçün işğalçı ordu heç bir yüksək hərbi tibbi təchizata malik deyil.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

