Ermənistanda faşizm və işğalçılıq siyasəti dövlət səviyyəsində təbliğ olunur
06.08.2020 [09:04]
Koçaryan və Sarkisyan kimi erməni faşizmindən qidalanan Nikol Paşinyan da öz siyasi rəqiblərinə qarşı repressiya metodlarından istifadə edir
İşğalçı Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, əksər siyasi qüvvələrin faşizm ideologiyasından qidalandığını əks etdirən çoxsaylı faktlar var. Düzdür, vaxtaşırı Azərbaycan tərəfindən Ermənistanın faşist mahiyyəti ifşa olunur. Lakin işğalçı dövlət saxta tarix “yaratmaq” və yüz il bundan əvvəlki hadisələr ətrafında uydurulmuş əfsanələrlə bəşəriyyəti aldatmaq niyyətindən əl çəkmir. Əslində, işğalçı qonşularımızın bu cür davranışı təəccüblü deyil. O mənada ki, hələ ötən əsrin əvvəlindən Ermənistanda faşizm, irqçilik və qonşu xalqlara nifrət təbliğ olunub. Məlum olduğu kimi, indinin özündə də işğalçı dövlətdə faşizm ideologiyası ön sırada dayanır və bugünkü Ermənistan cəmiyyəti ksenofobiya, irqçilik və faşizm ideyalarından qidalanır. Ona görə ki, bu ideyalar erməni uşaqların beyninə lap körpəlikdən yeridilir.
Erməni uşaqları lap körpəlikdən qonşu xalqlara qarşı nifrət ruhunda böyüdülür
Məsələn, hazırda işğalçı ölkənin dövlət televiziyasında efirə gedən “Evə gedən yol” cizgi filmi 2050-ci ildə Ermənistan ərazisinin Azərbaycan, Gürcüstan, İran və Türkiyə torpaqları hesabına genişlənməsindən və bir qrup məktəblinin “düşməndən azad olunmuş” həmin ərazilərə səyahətindən bəhs edir. Beləliklə, Ermənistan Milli kino mərkəzi tərəfindən çəkilmiş bu film də bir daha erməniliyin mahiyyətində nəyin dayandığına işıq salır. Yəni, bu cizgi filmi də sübut edir ki, işğalçı ölkə daxilində, həmçinin erməni diasporunda uşaqlar lap körpəlikdən qonşu xalqlara qarşı nifrət ruhunda böyüdülür, onlara “böyük Ermənistan” xülyası təlqin olunur.
Beləliklə, məhz aparılan faşizm siyasətinin nəticəsidir ki, vaxtilə azərbaycanlılar, kürdlər və digər millətlərin nümayəndələri bu ölkədən qovulub və hazırda Ermənistan monoetnik dövlətdir. Bununla belə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan gələcək nəsillərə digər dövlətlərin ərazisini ələ keçirməyi tövsiyə edir. Belə ki, 2011-ci ildə tələbələrlə görüşü zamanı Türkiyə əraziləri nəzərdə tutularaq verilən “Qərbdəki torpaqlar bizə geri qaytarılacaqmı” sualına cavab olaraq deyib: “Bu, sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi”.
Yeri gəlmişkən, 20 illik hərbi xunta rejimi devrilsə belə, bu gün də Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Belə ki, indiki prezident Armen Sarkisyan erməni diasporunun təmsilçiləri ilə görüşdə guya ermənilərin seçilmiş millət olduğunu bildirib. Qeyd edək ki, Hitler Almaniyasında da almanların seçilmiş “ari irq”ə mənsub olduqları barədə təbliğat aparılırdı. Bir sözlə, Ermənistanda faşizm, irqçilik və işğalçılıq dövlət səviyyəsində təbliğ edilir.
Paşinyan diktaturasının hökm sürdüyü Ermənistanda söz azadlığı, hətta insanların şikayət etmək hüququ pozulur
Lakin Ermənistandakı faşizmlə Hitler faşizmi arasındakı oxşarlıq bununla bitmir. Belə ki, Koçaryan və Sarkisyan kimi erməni faşizmindən qidalanan Nikol Paşinyan da öz siyasi rəqiblərinə qarşı ən iyrənc repressiya metodlarından istifadə edir.
Məlum olduğu kimi Paşınyan hakimiyyətini kəskin tənqid edən Təhlükəsizlik Xidmətinin (TX) keçmiş direktoru, “Hayrenik” partiyasının sədri Artur Vanetsyana qarşı qanunsuz silah saxlamaq ittihamı ilə cinayət işi açılıb. Məsələnin absurdluğu ondadır ki, cinayət işinin açılmasına səbəb olan silah TX-nin silah anbarında tapılıb. Tapılan silahın TX-nin keçmiş direktoru A.Vanetsyana aid olduğu barədə yalan ifadə verməsi üçün öncə silah şöbəsinin rəisi Artak Torosyana hədə-qorxu gəliblər. Saxta ifadə verməkdən imtina etdiyi üçün A.Torosyan həbs edilib.
A.Vanetsyanın özü deyib ki, hakimiyyət ona qarşı cinayət təqibinin bütün vasitələrini sınaqdan keçirib. Müşahidəçilərin fikrincə, N.Paşinyan diktaturasının mahiyyəti ondan ibarətdir ki, hüquq-mühafizə sisteminin əsas funksiyası siyasi opponentlərə qarşı repressiyaya yönəldilib, ölkədə söz azadlığı, hətta insanların şikayət etmək hüququ pozulur.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

