Ermənistanda sosial-iqtisadi və ictimai-siyasi gərginlik yüksək həddə çatıb
09.10.2019 [09:27]
Yerli ekspertlər işğalçı ölkənin indiki durumunu ötən əsrin 90-cı illərinin “qanunsuzluq” dövrü ilə müqayisə edirlər
Ermənistanın mövcud hakimiyyəti son günlərdə ölkədə keçirilən bəzi beynəlxalq səviyyəli tədbirlərdən istifadə edərək xoş vədlər versə də, işğalçı ölkədə vəziyyət doğrudan da təhlükəli məcraya doğru gedir. Xarici siyasət, diplomatiya, beynəlxalq münasibətlərdə tam məğlubiyyətə uğrayan Nikol Paşinyan hökuməti daxildəki sosial-iqtisadi problemlərin həlli üçün heç bir ciddi addım ata bilmir, bahalaşmanın qarşısını almaqda acizdir. Üstəlik, həm hakim komanda daxilində, həm də cəmiyyətdə yaranan gərginlik ictimai-siyasi vəziyyəti daha da qəlizləşdirir.
Son günlər Yerevanda baş verən bəzi hadisələr güc strukturu rəhbərlərini istefaya göndərən N.Paşinyanın işğalçı dövlətin paytaxtına da nəzarəti itirdiyini göstərir. Belə ki, oktyabrın 5-də hökumətin bir neçə gənc tərəfdarı “Ayeli” (“Ayna”) Mətbuat Klubuna hücum edərək müxalifətyönümlü klubun bağlanmasını tələb ediblər. Sözügedən mətbuat klubuna hücum cəmiyyətdə böyük əks-səda doğurub. Ermənistan jurnalistlər ittifaqının sədri Satik Seyranyan mətbuat klubuna hücumla bağlı oktyabrın 7-də keçirdiyi mətbuat konfransında ölkədəki dözümsüzlük və nifrət atmosferinin artıq təhlükəli həddə çatdığını deyib. “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan da baş vermiş hadisəni ciddi tənqid edib. “News.am” saytı yazır ki, hətta hakim “Mənim addımım” blokundan olan deputat Vladimir Vardanyan oktyabrın 7-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə məsələyə münasibət bildirərkən deyib ki, Ermənistanda azad, müstəqil mətbuat yoxdursa, demokratiya təhlükə altına düşə bilər.
Buna baxmayaraq, mətbuat klubuna hücum edənlərin cəzalandırılması ehtimalı görünmür. Əslində, N.Paşinyanın hakimiyyəti dövründə oxşar hadisələrin iştirakçılarının cəzasız qalması adi hala çevrilib. Məsələn, “VETO” ictimai-siyasi hərəkatının təsisçisi Narek Malyan bu günlərdə “Facebook” sosial şəbəkəsindəki səhifəsində bu ilin mart ayında ona hücum edənlərin hələ də cəzalandırılmadığını xatırladıb: “Martın 3-dən 4-nə keçən gecə evimin girişində təşkil edilmiş hücum və qaçırılma cəhdini həyata keçirən qrupun üzvləri indiyə qədər cəzalarını almayıblar. Xatırladım ki, cinayətkar “soros”çular bu gün azadlıqdadırlar. İndiyə qədər insan hüquqları təşkilatlarının heç biri bu cinayəti rəsmi olaraq qınamayıb. “Soros” ofisinin muzdlu humanistlərinə susmaq əmri verilib”.
“Panorama.am” saytı yazır ki, N.Malyan daha sonra Ermənistandakı indiki vəziyyəti belə şərh edib: “Demək istəyirəm ki, ölkəmizdə qanun yalnız seçilmiş adamlar üçün işləyir. Dövlət fəaliyyətsizdir və əslində ədalətin bərpası vətəndaşlar tərəfindən həyata keçirilir. Hüquq müdafiəçiləri isə reallıqda insan hüquqlarını deyil, şəxsi və qrup maraqlarını müdafiə edirlər”.
Yuxarıda da qeyd olunduğu kimi, ölkədə baş verən hadisələrə seyrçi qalmayan hakim komandanın üzvləri, o cümlədən parlamentin bəzi üzvləri də təzyiqlərə məruz qalırlar. “Joğovurd” qəzeti yazır ki, öz müstəqil fikri olan deputatların üsyan etməmələri üçün bu məsələ vaxtaşırı “Mənim addımım” fraksiyasında müzakirə olunur.
Onu da qeyd edək ki, Ermənistan cəmiyyətini ictimai-siyasi gərginliklə yanaşı, yeni bahalaşma dalğasının start verilməsi də narahat edir. Belə ki, bu ilin sentyabr ayında Ermənistanda spirt və tütün məmulatlarının qiymətləri artıb. Eyni zamanda ət və ət məhsulları bazarında da bahalaşma qeydə alınıb. “Tert.am” qəzeti yazır ki, bir kiloqram donuz əti 3000-3400 dram qiymətinə satılır. Bir kiloqram mal əti 2800-3000 drama satılır. Yaxın gələcəkdə mal ətinin qiymətində yenidən artım gözlənilir. Mütəxəssislər tərəvəz bazarında qiymət artımını da qeyd edirlər. Yeri gəlmişkən, bəzi məlumatlara görə, 2020-ci ilin yanvarından Ermənistanda təbii qazın tariflərində 30 faizə yaxın bahalaşma ola bilər.
Ermənistandakı mövcud vəziyyəti şərh edən siyasi analitik Andranik Tevanyan Nikol Paşinyanı Hitlerlə müqayisə edərək deyib ki, hazırda baş nazirin dəstək dairəsi, demək olar ki, yoxdur. Onun sözlərinə görə, cavabdeh şəxsin siyasi maraqlarına xidmət etmək üçün qanunsuzluq edənlər bilməlidirlər ki, Hitler “SA” hücum qruplarından istifadə edib sonra məhv etdiyi kimi, həmin cavabdeh tərəfindən atılacaq ya da məhv ediləcəklər: “İndi bizim primitiv “inqilabçı”mız öz xuliqanlarını qanunsuz hərəkətlər törətməyə göndərir. Bu vəziyyət iki ehtimalı özündə birləşdirir: ya cavabdeh artıq onu dəstəkləyən kütlələrə sahib deyil və o, yerli “hunveybinlər”ə arxalanmağa məcbur qalıb, ya da ağır və dərin dalğalanmaların olacağı müstəviyə daxil oluruq, yəni ötən əsrin 90-cı illərinin “qanunsuzluq” dövrünə qayıdırıq”. Mütəxəssis sonda bu vəziyyətdə bütün təhlükələrə hazır olmağı məsləhət görür.
Göründüyü kimi, mütəxəssislər də xüsusi vurğulayırlar ki, işğalçı dövlətdə mövcud olan sosial-iqtisadi və ictimai-siyasi böhran Paşinyan hakimiyyəti üçün yaxşı gələcək vəd etmir. Hətta hakim partiyanın deputatları da Ermənistanda baş verənlərin təhlükəli tendensiya olduğunu dilə gətirir. Bu vəziyyət isə Ermənistanın 90-cı illərin “qanunsuzluq” dövrünə qayıtması ehtimalını gücləndirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

