BƏƏ qadınların hüquqlarının genişləndirilməsi nöqteyi-nəzərindən bölgədə aparıcı bir modeldir
28.08.2018 [17:26]
Qadınların hüquq və imkanlarının genişləndirilməsi perspektivlərinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yanaşması dünyada təqlid olunacaq unikal bir modeldir. BƏƏ qadınları inkişaf prosesində olduğu kimi, gələcək nəslin tərbiyəsi prosesində də önəmli rol oynayır və dövlətin gələcək inkişafa rəvac verən planlarında xüsusi pay sahibidirlər. Qadınların hüquq və imkanlarının genişləndirilməsinin bu qabaqcıl modeli mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın bu prosesə yanaşmasına, həmçinin ölkənin tərəqqisində və gələcək nəslin yetişməsində mühüm rol oynayan qadınlara müdrik idarəçiliyin etimad edilməsinə əsaslanır.
BƏƏ konstitusiyası kişi ilə qadının bərabər hüquqa malik olduqlarını bəyan edir. Qadınların və kişilərin bərabər hüquqlara malik olması, qadınların qazandığı uğurlar, təhsil, savadsızlığın ləğvi, qadınların məşğulluq sektorunda payı və qadınla ehtiramla davranma kimi göstəricilər üzrə BƏƏ regional və beynəlxalq sahələrdə lider mövqeyində qərarlaşıb.
Birləşmiş Ərəb Əmirlikləri qadınların qərar qəbuletmə prosesində iştirakını dəstəkləyir, çünki bu, ölkənin iqtisadi gücləndirilməsinin əsas amilidir. Nazirlər Kabineti 2014-cü il 9 dekabr tarixində bütün dövlət qurumlarının və orqanlarının idarə heyətlərinə qadınların daxil edilməsini zəruri hesab edən bir qərar qəbul etdi. BƏƏ-də hökumət müəssisələrində qadınların təmsil edilməsi 15% təşkil edir. Federal Milli Şuranın qadın üzvlərinin sayı 9-a çatmışdır ki, bu da ümumi sayı 40-a çatan bütün üzvlərin 22,5%-ni təşkil edir. 2016-cı ildə yeni formalaşan nazirliklərin əməkdaşlarının 27% -ni qadınlar təşkil edir.
Qadınlar məhkəmə orqanlarında da fəaliyyət göstərirlər. Habelə onlar polis sıralarına da daxil olmuş və hərbi korpuslarda çalışmağa başlamışlar. Diplomatiya sahəsində də qadınların rolu danılmazdır. Onlar Beynəlxalq Əməkdaşlıq Nazirliyinin diplomatik korpusunda hal-hazırda çalışan əməkdaşların 30% -ni təşkil edirlər.
BƏƏ-nin beynəlxalq səviyyədə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində töhfələri və nailiyyətləri danılmazdır.
Bu vacib məsələni dəstəkləyən xarici yardım layihələri aşağıdakı sahələri əhatə edir: qadınların peşə hazırlığının təkmilləşdirilməsi və aşağı və orta gəlirli ölkələrdə qadın sahibkarlara dəstək.
Qadın və uşaqlar üçün səhiyyə sektorunda 100-dən çox layihənin dəstəklənməsinə əlavə olaraq, BƏƏ Əfqanıstanda zəfəran sənayesinə dəstək nümayiş etdirərək, burada istehsal fəaliyyəti ilə məşğul olan qadınların 80 faiz təşkil etməsinə nail olmuşdur. BƏƏ Şri-Lankada qadınların hüquq və imkanlarının genişləndirilməsi üçün xüsusi bir maliyyə dəstəyi göstərmişdir.
BƏƏ sahibkarlıq sahəsində də qadınlara və gənc qızlara dəstək verilməsi öhdəliyini öz üzərinə götürür. Belə ki, o, Beynəlxalq Bankın start verdiyi qadın liderlərin maliyyələşdirilməsi təşəbbüsünə böyük töhfə verəcək bu sahəyə 50 milyon dollar ayırıb. Bu təşəbbüs sahibkarlar üçün 1 milyard dollardan çox maliyyə vəsaitini səfərbər edir. "1000 lider" təşəbbüsü çərçivəsində dövlət qadınlar üçün yeni perspektivlər yaradacaq və onların istedadlarını tam parlaqlığı ilə üzə çıxaracaq və bir sözlə, onları gələcəkdə liderə çevirəcəkdir ki, bu da keçmişin stereotiplərini məhvetmə anlamına gəlir.
Qadınlar BƏƏ-də bu gün deyil, gələcəkdə də böyük rol oynayacaqlar. Dövlət müasir və tolerant bir cəmiyyətin qurulması üçün qadın hüquqları sahəsində irəliləyişlərin vacib olduğunu düşünür. Yeni faydaları, bilik və təcrübəsi ilə BƏƏ dünyanın qalan hissələrində də qadınların eyni qiymətləndirilməsi və daxili imkanlara malik olmasını təmin etmək üçün səylə çalışmağa davam edəcəkdir.
Mohamed Alqubaisi
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

