Ermənistanda Robert Koçaryanın yenidən həbsi Serj Sarkisyanın isə dindirilməsi gözlənilir
17.08.2018 [08:53]
İşğalçı ölkə mətbuatı hərbi xuntanın keçmiş rəhbərlərinin Rusiyaya qaça biləcəyi ehtimalını gündəmə gətirir
Ermənistanda kriminal rejimin keçmiş rəhbəri Robert Koçaryanın həbsdən azad olunmasından sonra işğalçı ölkə mediası Serj Sarkisyanın istintaqa cəlb olunması, R.Koçaryanın siyasi səhnəyə qayıtması barədə təhlillərə daha çox yer verir. Bu iddiaların əsasını işğalçı-kriminal xunta rejiminin banisi R.Koçaryanın həbsinin inqilab əleyhdarı olan qüvvələrin işinə daha çox yaradığı barədə fikirlər təşkil edir. Bəziləri başına gələn hadisədən sonra R.Koçaryanın Moskvadan sığınacaq alacağı ehtimalını da istisna etmirlər. Hətta bu sıraya Serj Sarkisyanı da aid edirlər. Baxmayaraq ki, sonuncu özünə sığınacaq kimi işğal edilmiş Azərbaycan torpaqlarını seçib. 1 mart 2008-ci il hadisələrinin əsas şübhəlilərindən olduğu halda sabiq müdafiə naziri Mikael Harutyunyanın Moskvada olduğuna görə həbsdən xilas olması, üstəlik Rusiya Federasiyası vətəndaşlığının ortaya çıxması sabiq prezidentlərin də artıq “zədələnmiş” toxunulmazlıqlarını RF vətəndaşlığı zirehinə dəyişmələri ehtimalını gündəmə gətirir.
Hələlik taleyi məlum olmayan, hətta həbsxanaya qayıtmaq ehtimalı da mövcud olan R.Koçaryanın siyasi meydanda “müştəri”ləri də çoxdur. Serjdən sonra başsız qalan respublikaçılarla yanaşı, terrorçuluqla siyasi fəaliyyəti bir-birinə qarışdırdığı üçün tarix boyu ziddiyyətli qüvvə kimi qəbul edilən və həmişə lidersizlikdən əziyyət çəkən Daşnaksutyunun da R.Koçaryana “yiyə durması” ehtimalları da inkar edilmir. Daşnaklar hazırda hökumətdə təmsil olunsalar da, bəzi funksionerlər gələcək seçkilərdə eks-prezident R.Koçaryanla işbirliyinə gedəcəklərini də bəyan edirlər. Həbsinin gələcək siyasi fəaliyyətinin qarşısını almağa yönəldiyini bəyan edən R.Koçaryanın inqilab baş verdiyi dövrdən indiyə qədər nə səbəbdən Ermənistanda qalması, hətta niyə dincəldiyi Avropadan Moskvaya yox, İrəvana qayıtması da onun siyasi reabilitasiyası variantını izah etmək üçün kifayətdir.
Yeri gəlmişkən, Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan hökumətin sonuncu iclasından sonra jurnalistlərə deyib ki, baş prokurorluq R.Koçaryanın yenidən həbs olunması üçün kassasiya məhkəməsinə şikayət təqdim edəcək və çox güman ki, R.Koçaryan yenidən həbs olunacaq. Onun sözlərinə görə, əgər o, ölkəni tərk etməyə cəhd etsə, qarşısı alınacaq. S.Xaçaturyan deyib ki, eks-prezident Serj Sarkisyan da 1 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işi çərçivəsində dindiriləcək. Həmin dindirmədə S.Sarkisyana da ittiham irəli sürülüb-sürülməyəcəyi məsələsi isə hələlik müəmmalı qalır.
Başlanan istintaq işinin effektivliyinə kölgə salan son hadisələrin fonunda S.Sarkisyanın dindirilməsi artıq elə bir ciddi əhəmiyyət daşımasa da, bir vaxtlar heç bir hüquqi, siyasi və əxlaqi cəhətdən haqqı çatmadığı halda İrəvanda hakimi-mütləq olan şəxsin indi istintaqa cəlb olunmasının özü bəzi miflərin sındırılması kontekstində dəyərləndirilir. Əgər həmyerlisi Robertdən cəld tərpənib xaricə qaçmasa və ya gizlənməsə, yəqin ki, S.Sarkisyanın istintaqa çağırılacağı gün də o qədər uzaqda deyil.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

