Beynəlxalq maliyyə böhranının fəsadları
02.10.2009 [14:57]
Davam etməkdə olan iqtisadi böhran beynəlxalq aləmdə cərəyan edən hadisələrə, eləcə də ayrı-ayrı ölkələrdə gedən siyasi proseslərə də öz təsirini göstərməkdədir. Bu da təbiidir. çünki siyasi-iqtisadi amillər birlikdə, cəmiyyətdəki proseslərin gedişinə təsir imkanlarına görə bir vəhdət təşkil edirlər. Belə bir təsir Qərbin inkişaf etmiş ölkələrinin siyasi həyatında xüsusilə geniş və aydın şəkildə təzahür etməkdədir. Belə ki, son vaxtlar bir sıra ölkələrdə keçirilmiş seçkilərdə uzun illərdən bəri iqtidarda olan siyasi qüvvələr ağır məğlubiyyətlərə düçar olaraq hakimiyyətdən getmək məcburiyyətində qalıblar. Əksər ekspertlərin qeyd etdikləri kimi, bu proseslər ilk növbədə məhz iqtisadi böhranın törətdiyi amillərin təsiri altında baş verib.
ABŞ-da 2008-ci ilin yayında keçirilən seçkiqabağı kampaniya zamanı respublikaçıların namizədi senator C.Makkeyn azacıq da olsa, demokrat-namizəd B.Obama üzərində səs üstünlüyünə malik idi. Lakin ötən ilin sentyabrında qlobal maliyyə böhranının ölkədə, eləcə də beynəlxalq aləmdə geniş vüsət alması B.Obamanın irəli çıxması üçün əlverişli şərait yaratdı və sonradan noyabrda keçirilmiş seçkilərdə onun qələbəsini təmin edən əsas amillərdən biri oldu. Beləliklə, səkkiz ildən bəri hakimiyyətdə olan respublikaçılar Ağ Evin sahibliyini demokratlara təhvil verməli oldular.
Ən maraqlı və mürəkkəb proseslər isə Yaponiyanın daxili-siyasi həyatında cərəyan edib. Belə ki, maliyyə böhranının təsiri altında ölkə iqtisadiyyatı ciddi problemlərlə üzləşib, bir çox şirkətlər, banklar, müəssisələr müflisləşib və işsizlərin sayı xeyli dərəcədə artıb. Böhranla mübarizədə eks-baş nazir T.Asonun rəhbərlik etdiyi keçmiş hökumət uğursuzluğa düçar olub. Bütün bu amillər isə hökumət və keçmiş Liberal-Demokrat Partiyasının (LDP) geniş kütlələr, ilk növbədə isə seçicilər arasında nüfuzdan düşməsinə səbəb olub. Bu yaxınlarda ölkədə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində isə “gündoğar ölkədə” hakimiyyət dəyişdi. 1955-ci ildən bəri iqtidarda olan (1993-94-cü illərdəki birillik dövrü çıxmaq şərtilə) hakim LDP görünməmiş məğlubiyyətə düçar oldu və parlamentdə mütləq səs çoxluğunu itirdi. Nəticədə bu vaxta qədər müxalifətdə duran Demokratik Partiya parlamentdə səs çoxluğunu qazandı və bu təşkilatın lideri Yukio Hatbyamının rəhbərliyi altında yeni hökumət formalaşdı.
Yaponiyada olduğu kimi, Yunanıstanın da analoji situasiya ilə üzləşə biləcəyi ehtimalı var. Belə ki, bu ölkədə də oktyabrın əvvəlində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Hökumət tərəfindən qəbul edilən bu qərar əsasən ölkədə yaranmış ağır iqtisadi vəziyyət və iqtidar-müxalifət ziddiyyətlərinin dərinləşməsi ilə bağlıdır. Beynəlxalq aləmdə davam etməkdə olan iqtisadi böhran digər Balkan ölkələri kimi, Yunanıstan iqtisadiyyatına da öz mənfi təsirini göstərib. ölkədə son bir ildə yüzlərlə irili-xırdalı müəssisə bağlanıb, işsizlərin sayı xeyli dərəcədə artıb.
Qeyd edək ki, 2004-cü ilin martından bəri iqtidarda olan K.Karamanlisin rəhbərlik etdiyi sağ mərkəzçi “Yeni demokratiya” Partiyası ilə parlamentdə ana müxalifət hesab edilən “ümumyunan sosialist hərəkatı” sol mərkəzçi partiyası arasında ziddiyyətlər daha da dərinləşib. Elə gələcək seçkilərdə də əsas mübarizənin ənənəvi rəqiblər sayılan bu iki partiya arasında gedəcəyi gözlənilir. Hazırda ölkədə ağır iqtisadi durum mövcud olduğu üçün əsas narazı elektoratın seçkilərdə müxalifətdə olan sosialistlərə dəstək verəcəyi və onların qalib gələcəyi proqnozlaşdırılır.
Bəzi ölkələrdə isə hakimiyyətdə olan qüvvələr iqtisadi böhran və onun ortaya çıxardığı fəsadlara qarşı uğurla mübarizə apardıqları üçün geniş seçici kütlələri tərəfindən ciddi dəstəyə nail olublar. Son vaxtlar Norveç, Almaniya, Portuqaliya kimi ölkələrdə cərəyan edən daxili siyasi prosesləri bu fikrə nümunə göstərmək olar. Belə ki, adları çəkilən hər üç ölkədə bu yaxınlarda keçirilmiş parlament seçkiləri hakim siyasi partiyaların qələbəsi ilə başa çatıb. Bu baxımdan ötən bazar Almaniyada keçirilmiş seçkilərin gedişi və nəticələri daha çox beynəlxalq siyasi dairələrin diqqət mərkəzində olub. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, hakim sağ mərkəzçi Xristian-Demokrat İttifaqı-Xristian-Sosial İttifaqı (XDİ-XSİ) bloku bu seçkilərdə böyük uğur qazanıb. Maraqlı cəhət ondadır ki, indiki kansler Angela Merkelin rəhbərlik etdiyi bu siyasi blok dörd il öncə keçirilən parlament seçkilərinə nisbətən daha çox səs əldə edib. Seçkilərdə onların əsas siyasi rəqibləri və indiki koalision hökumət üzrə ortaqları olan sosial-demokratlar isə acınacaqlı məğlubiyyətə düçar olublar. Dünyada, eləcə də ölkədə hökm sürən iqtisadi böhranın təsiri altında son bir ildə Almaniya iqtisadiyyatı da ciddi problemlərlə üzləşib. Lakin bütün bu çətinliklərə rəğmən, indiki federal hökumətin mükəmməl iqtisadi proqrama əsaslanan siyasəti nəticəsində böhranla ciddi mübarizə aparmaq mümkün olub. Məhz bu səbəbdən də alman iqtisadiyyatı digər Qərb dövlətlərinə nisbətən böhrandan az ziyan çəkib. Bu məsələ ilə bağlı yerli və xarici siyasi müşahidəçilər kansler A.Merkelin bir siyasətçi kimi mühüm şəxsi keyfiyyətlərini də ön plana çəkirlər. Seçkilərdə A.Merkelin başçılıq etdiyi hakim siyasi blokun geniş seçici kütləsi tərəfindən dəstəklənməsini də uğurlu siyasi kursun nəticəsi kimi izah etmək olar.
Qeyd edək ki, Almaniyada olduğu kimi, Norveç və Portuqaliyada da hakim siyasi qüvvələr parlament seçkilərində uğur əldə edə biliblər. Bir çox ekspertlərin rəyinə görə beynəlxalq aləmdə hökm sürən iqtisadi böhran son vaxtlar xeyli dərəcədə səngiyib və bu proses müsbət istiqamətdə davam etməkdədir. Ekspertlər onu da qeyd edirlər ki, böhran və onun fəsadlarına qarşı mübarizədə beynəlxalq aləm, xüsusilə, qabaqcıl böyük dövlətlər birlik nümayiş etdirməlidirlər.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
