Avropa müsəlmanları, yoxsa, müsəlmanlaşan Avropa
14.08.2009 [14:24]
Bir neçə gün əvvəl Böyük Britaniyanın nüfuzlu “Daily Telegraph” qəzetində “Müsəlman Avropası” sərlövhəli məqalə dərc edilib. Məqalədə son illər müsəlmanların qitəyə sürətli axınının Avropanın sosial-demoqrafik göstəricilərinə əsaslı şəkildə təsir göstərdiyi bildirilir: “Son 30 ildə Avropanın müsəlman əhalisi iki dəfədən çox artıb və 2015-ci ilədək bu rəqəmin daha iki dəfə artması gözlənilir”...
Qeyd edək ki, hazırda Avropa qitəsində məskunlaşan müsəlmanların sayının rəsmi şəkildə 17 milyon nəfər təşkil etdiyi bildirilir. Amma qeyri-rəsmi mənbələrə əsasən, bu rəqəm 30 milyona yaxındır. Məqalədə Avropa qitəsinin son illər ərzində müsəlmanların axını və mühacirlərin sayının getdikcə artmasına görə ilk yeri tutduğu bildirilir: “Avropa İttifaqı ərazisinə milyonlarla müsəlmanın axını yaxın 10 ildə qitəni tanınmaz hala sala bilər”.
Qeyd edək ki, məqalədə son illərdə Avropa qitəsində müsəlman əhalisinin sürətlə artması “yaşlı qitə” üçün potensial və perspektiv təhlükə mənbəyi hesab edilir. çünki hesab olunur ki, qitədə gəlmələrin və “xaricilər”in sayının sürətlə artması sosial-iqtisadi və demoqrafik problemlərin çoxalmasına gətirib çıxaracaq. Amma qeyd etmək lazımdır ki, məsələyə bu cür yanaşma reallığı əks etdirmir. Belə ki, Avropa qitəsinə Asiya və Afrikadan gələn köçkünlərin sayının radikal şəkildə azaldılması və ya miqrasiyanın tamamilə dayandırılması Avropanın özü üçün “bumeranq” rolunu oynaya bilər. çünki rəsmi şəkildə miqrasiyaya “stop” deyilməsi qitəyə qeyri-leqal miqrasiyaların sayının artmasına səbəb olacaq ki, bu da özlüyündə əmək bazarına mənfi təsir göstərəcək. Qeyri-leqal miqrantların sayının artması isə ucuz işçi qüvvəsi ehtiyatının çoxalmasına gətirib çıxaracaq. Ucuz işçi qüvvəsi ehtiyatının çoxalması da bütün əhali arasında ümumi işsizlik səviyyəsinin artmasına və sosial-demoqrafik, eləcə də iqtisadi problemlərin baş alıb getməsinə səbəb olacaq. Yəni, əslində Avropaya miqrasiyaların sayının artması deyil, onun dayandırılması potensial təhlükə mənbəyi hesab edilməlidir. Bir sözlə, Avropa miqrantların sayının qarşısını almaqdansa, səmərəli demoqrafik tənzimləmə siyasəti həyata keçirərsə, sosial-iqtisadi baxımdan daha effektiv nəticələr əldə edə bilər.
Bunlardan əlavə, məqalədə istinad edilən Avropa Komissiyasının rəsmisi Jerom Vinyon müsəlmanların Avropa cəmiyyətinə sürətli inteqrasiyasını “yaşlı qitə” üçün müsbət hal hesab edir. O, bildirir ki, müsəlmanların “avropalaşması” Avropa cəmiyyətində sinifliliyin yönlərinin dəyişməsinə səbəb olur. çünki Avropada məskunlaşan müsəlmanların qitənin yerli əhalisi ilə birlikdə təhsil, əmək fəaliyyəti, incəsənət, siyasət və sosial-demoqrafik proseslərə mühüm töhfə verməsi göz önündədir. Bu isə özləri etiraf etməsələr də, Avropa üçün arzuedilən hal hesab olunur. Məhz həmin amillərin fonunda Avropanın aparıcı statistik qurumları əksər ölkələrdə orta təbəqələrin qeyri-avropalıları səmimi qarşıladıqlarını, elə buna görə də qarışıq nigah hallarının artdığını qeyd edirlər. Məsələn, Britaniya Miqrasiya Siyasəti İnstitutunun “Sosial-demoqrafik proseslər və problemlər” haqqında yekun hesabatında bildirilir ki, son zamanlar İngiltərədə dünyaya göz açan uşaqların 30 faizdən çoxunun valideynlərindən biri qeyri-avropalıdır. Hesabatda o da bildirilir ki, 2050-ci ildə Avropada 18 yaşından aşağı əhali arasında çoxluğu müsəlmanlar təşkil edəcək. Bu da, şübhəsiz, müsəlmanların avropalıların həyatında getdikcə daha əhatəli yer tutmasına və ümumi inkişaf səviyyəsinə mühüm töhfə verməsinə gətirib çıxaracaq.
Deyilənlərlə yanaşı, “yaşlı qitə”nin bəzi ölkələrində müsəlmanlara qarşı soyuq yanaşma sərgilənir. Hətta bu, daha da irəli gedərək “irqi mübarizə müstəvisi”nə də transfer olunur. Deportasiya hallarının müşahidə edilməsi, hüquqi məhdudiyyətlərin qoyulması, əhalinin müxtəlif təbəqələri arasında sosial ziddiyyətlərə söykənən münaqişə hallarının artması məhz bu cür soyuqluğun aydın təzahürləri hesab edilir. Amma hər halda bugünkü Avropanın sosial, iqtisadi, mədəni və siyasi həyatının mühüm gerçəkliklərindən birini də müsəlmanlaşan avropalılar təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

