Ankaranın məqsədi: referendumdan sonrakı siyasətin geosiyasi aspektləri
07.06.2017 [15:08]
Türkiyədə konstitusiya dəyişiklikləri barədə referendumun nəticələri fonunda analitiklər geosiyasi dinamikanın dəyişməsi ilə bağlı təhlillər aparmaqda və proqnozlar verməkdədirlər. Bir sıra mütəxəssis hesab edir ki, Ankara bütövlükdə dünya siyasətində daha aktiv yer tutmağa doğru gedir. Bu mənada səsvermənin nəticəsi müsbət qiymətləndirilməlidir. Başqa qisim ekspertlər isə Türkiyəyə qarşı Qərblə Rusiyanın birgə hərəkət etməsi üçün zamanın gəldiyini qeyd edirlər. Bunlarla yanaşı, müasir mürəkkəb geosiyasi mərhələdə nəticələr çıxararkən bir qədər ehtiyatlı olmağa üstünlük verən analitiklər də vardır. Hər bir halda, Türkiyənin qlobal geosiyasətdə oynadığı yeni rolu açıq görünür. Bunun fonunda regional və qlobal miqyasda Ankaranın fəallığı arta bilərmi?
Üç yanaşma: inkişaf, yoxsa tənəzzül?
Konstitusiya dəyişikliyi ilə əlaqədar Türkiyədə keçirilən ümumxalq səsverməsindən sonra bu ölkənin xarici siyasəti ilə bağlı müxtəlif proqnozlar verilir, onun yeniləşmə istiqamətləri haqqında fikirlər irəli sürülür. Hiss olunur ki, Ankaranın regionda ciddi geosiyasi rol oynamaq iqtidarında olması çoxlarını narahat edir. İndi onlar Türkiyənin bundan sonra ata biləcəyi addımları müəyyənləşdirməyə çalışırlar.
Bununla yanaşı, obyektiv olaraq, Yaxın Şərqin böyük dövlətlərindən birinin xarici siyasətindəki transformasiyaların məntiqini və məqsədini anlamağa çalışan analitiklər də vardır. Təbii ki, onların yanaşmaları qərəzli olanlardan kəskin fərqlənir. Türkiyənin prezident üsul-iradəsinə keçidinin müasir geosiyasi dinamika ilə əlaqəsi aspektində təhlillər aparılır (bax: məs., Petr Akopov. Silğnaə Turüiə sdelaet silğney i Rossiö / “Vzqləd”, 17 aprel 2017).
Aparılan qısa analiz göstərir ki, daha çox Qərb, Ermənistan və Rusiyanın bir qrup eksperti Ankaranın tutduğu mövqeni həzm edə bilmirlər. Bunların hər birinin də öz dərdi var. Qərb Türkiyənin nəzarətdən çıxaraq müstəqil siyasət yeritməsindən qorxur. Burada hesab edirlər ki, Türkiyə Avropa, yaxud Amerikanın verdiyi ssenarilər üzrə hərəkət etməlidir. Əgər bu şərtə əməl etmirsə, o, antidemokratdır, avtoritardır, sivil deyil və s. Maraqlıdır ki, buna bənzər ittihamları eyni qayda ilə Qərb Rusiyaya da qarşı ifadə edir.
Ermənilərdə isə daha çox nifrət və paxıllıq hiss olunur. Onlar Türkiyənin istənilən formada güclənməsini qətiyyən görmək istəmirlər. Hətta müəyyən məsələlərdə loyal olan ekspertlər belə, prosesləri sırf anti-türk mövqeyindən “təhlil” edirlər. Onlar yazırlar ki, Türkiyəni parçalamaq daha doğru yol olardı. Bunu ABŞ və ya Avropanın böyük dövlətləri edə bilərlər və s. (bax: məs., İqorğ Muradən. Qeopolitika “novoy” Turüii / “Lragir.am”, 18 aprel 2017).
Rusiyadakı bir qrup ekspert isə, görünür, rəsmi dairələrə də müxalif olan kəsimlə əlaqəlidir. Onlar Türkiyə-Rusiya münasibətlərinin korlanmasına xidmət edən yazılarla çıxış edirlər. Maraqlıdır ki, bəzi rusiyalı ekspertlər D.Trampla R.T.Ərdoğan arasında oxşarlıq “görürlər” (bax: Timofey Bordaçev. Grdoqan qlobalğnoqo masştaba / “Lenta.ru”, 17 aprel 2017). Rusiyanın digər ekspertləri isə bir qədər fərqli aspektdə V.Putinlə R.T.Ərdoğan arasında analogiyalar aparmağa çalışırlar (bax: Petr Akopov. Silğnaə Turüiə sdelaet silğney i Rossiö / “Vzqləd”, 17 aprel 2017). Bunun fonunda isə xeyli dərəcədə obyektiv analizlər də var.
Lakin mövqeyindən asılı olmayaraq, istənilən təhlildə Türkiyənin qlobal siyasətdə rolunun artdığı qeyd olunur. Ən azından Ankaranın məqsədinin xırda olmadığı, dünya miqyasında təsiri ola biləcək addımlar atdığı vurğulanır, onun ABŞ, Rusiya, Avropa İttifaqı, Çin kimi supergüclərlə mübarizədə məqsədlərini reallaşdırmağa çalışdığı xüsusi qeyd edilir.
Bu zaman rəqabətin əsas olaraq Yaxın Şərq, Qərb və MDB istiqamətlərində kəskinləşdiyi ifadə edilir. Yaxın Şərqdə İraq və Suriya, Qərbdə Aİ ilə münasibətlər, ABŞ-la əlaqələrin gələcəyi, MDB istiqamətində isə Qafqazla Mərkəzi Asiyadakı türk dövlətləri ilə əməkdaşlığın perspektivləri diqqət mərkəzində saxlanılır. Hesab edirlər ki, bütün istiqamətlərdə Ankara fəallığını daha da artıracaq.
Amerika, Rusiya və İran məsələsi burada ayrıca yer tutur. ABŞ-la bağlı situasiyanın hələ tam aydınlaşmadığı fikri irəli sürülür. Lakin Avropadan fərqli olaraq, Vaşinqton daha ehtiyatlı mövqe tutub. Bu, onu göstərir ki, Amerika indiki həssas mərhələdə Türkiyə kimi müttəfiqini itirmək istəmir.
Daha fəal mövqe: Ankaranın cəhdləri
Kreml isə daha konkret mövqe nümayiş etdirib. Rəsmi açıqlamalarda referendumun Türkiyənin daxili işi olduğu və ona hörmətlə yanaşmağın gərəkliyi vurğulanıb. Bununla Moskva Avropadan fərqli olaraq, Türkiyəyə qiymət verdiyini, cəmiyyətin seçiminə sayğı göstərməyin lazım gəldiyini ifadə etmiş olur. Lakin geosiyasi maraqlarda hansısa güzəştdən söhbət getmir. Deməli, bir sıra prinsipial aspektlərdə Rusiya-Türkiyə rəqabəti davam edəcək. Tərəflərin mövqelərindən çəkilməsi ehtimalı minimumdur. Xüsusilə Türkiyədə prezident idarəetmə üsulu tam hakim olandan sonra rəsmi Ankaranın daha qətiyyətli hərəkət etməsi gözlənilir.
Maraqlıdır ki, ekspertlər ABŞ-Rusiya-Türkiyə münasibətlərinin Yaxın Şərqdə daha aktiv və bir qədər kəskin xarakter daşıyacağını ifadə edirlər. Ekspertlər Türkiyənin Sincarda hərbi əməliyyatlara başlaması durumunda Vaşinqtonla Moskvanın reaksiyası üzərində də dayanırlar. Belə proqnozlaşdırılır ki, PKK-nın Sincardan çıxarılmasında M.Bərzani də maraqlı olduğundan hərbi planın reallaşma ehtimalının mövcudluğu üzərində dayanırlar. Lakin bunun meydana regional səviyyədə bir sıra ziddiyyətlər çıxara bilməsi də vurğulanır (bax: Kerim Xas. Novaə. Jarkaə. Svoə. Vneşnəə politika Ankarı posle referenduma / RSMD, 18 aprel 2017).
İranla bağlı analitiklər bir qədər ehtiyatlı fikir bildirirlər. Çünki İran müsəlman ölkəsidir və eyni zamanda, Qərbin təzyiqi ilə üz-üzədir. Bu səbəbdən Ankara ilə Tehranın ixtilafa girməsi gözlənilmir, yaxud onlara sərf etmədiyini rəsmi dairələrdə anlayırlar. Onlar arasında daha kəskin fikir ayrılığı B.Əsədin taleyi ilə bağlı ola bilər. Bu məsələ olduqca ciddi təsirə malikdir (bax: əvvəlki mənbəyə).
Bütün bunlardan geosiyasi kontekstdə hansı nəticələri çıxarmaq olar? Dünyanın böyük dövlətləri geosiyasi mühitə yeni söz sahibinin gəldiyini etiraf etməkdədirlər. Analitik və ekspertlər bunu müxtəlif məsələlərdə Türkiyənin iştirak dərəcəsinin artması ilə ifadə edirlər. Burada söhbət Ankaranın mövqeyinə mənfi, yaxud müsbət qiymət verməkdən deyil, əvvəllər Türkiyənin qəbul edilmədiyi problemlər üzrə onun oyunçu kimi iştirakının reallığından gedir. Bunun konkret ifadəsini İtaliyanın xarici işlər naziri A.Alfano jurnalistlərin sualına cavabında deyib. İtaliyalı nazir Ankaranın başlıca məqsədinin dünyanın əsas söz sahibi olan ölkələr sırasına qatılmaqdan ibarət olduğunu vurğulayıb.
Deməli, referendum, sözün həqiqi mənasında, tarixi hadisədir. O, türk dövlətinin iradəsinin və müstəqil olmaq niyyətinin konkret təsdiqidir. Bunu dünyanın bir sıra ölkələrində qəbul etməkdə çətinlik çəkirlər. Bu səbəbdən də R.T.Ərdoğana qarşı məkrli davranırlar. Ancaq Türkiyə hakimiyyəti inkişaf xəttindən kənara çıxmaq fikrində deyil. Görünür, gec və ya tez hətta supergüclər belə, Ankaranın təbii haqqını tanımalı olacaqlar. Prezident üsul-idarəsinin Qərbdə müsbət, müsəlman ölkələrində mənfi nəticələr verəcəyi barədə cəfəng iddiaların hamısı gündəmdən silinəcək.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19

