Çində 150-dən çox uyğur öldürülüb
08.07.2009 [10:58]
çinin Sincan-Uyğur Muxtar Vilayətinin inzibati mərkəzi Urumçu şəhərində kütləvi etiraz aksiyaları yenidən başlayıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, dünən səhər küçələrə çıxan insanlar kütləvi iğtişaşlar zamanı həbs olunmuş yaxınlarının buraxılmasını tələb ediblər. Rəsmi “Sinxua” agentliyi iyulun 5-də iğtişaşda iştirak edən 1434 nəfərin həbs edildiyini, azı 156 adamın öldüyünü və 800-dən çox adamın yaralandığını xəbər verib. Hakimiyyət orqanları iyulun 6-da Urumçidə durumun nəzarətə götürüldüyünü açıqlayıblar. Muxtar vilayətin Kaşqar, Aksu və Yılı şəhərlərində də uyğurların etiraz aksiyaları keçirilib.
Olaylara zorla Quan Donq vilayətindəki oyuncaq fabrikində çalışmağa aparılan uyğur qadınlara çinli gənclərin sataşması səbəb olub. Bunu “Hürriyet” qəzetinə açıqlamasında Türkiyədəki Şərqi Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Seyid Tümtürk deyib. O, bildirib ki, uygur gənclərinin etirazından sonra yaranan gərginlik səngiyib, ancaq iki gün sonra təxminən 5 min çinli uyğurlara hücum edib və 300 uyğur öldürülüb. Bundan sonra Urumçidə etiraz aksiyaları başlayıb. Hüquq-mühafizə orqanları aksiyaya çox sərt müdaxilə edib, nümayişçilər isə polisə daş, taxta və bıçaqlarla müqavimət göstərib. Bəzi dükanlar, evlər və polis avtomobilləri yandırılıb. Polis və hərbçilər aksiya iştirakçılarına odlu silahdan atəş açıb və onlarla adam ölüb. Urumçidə telefon xətləri kəsilib, internetə çıxış yoxdur. S.Tümtürk çin hakimiyyətinin uyğur bölgəsinin demoqrafik vəziyyətini dəyişmək və xalqı başqa bölgələrdə çalışmağa məcbur etmək istədiyini söyləyib: “Aldığımız məlumata görə, ölənlərin sayı 500-dən çoxdur. Minlərlə yaralı var”.
Türkiyə Xarici İşlər Nazirliyi çinin Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçi şəhərində baş vermiş və çoxlu sayda insanın həlak olması ilə nəticələnmiş qanlı hadisələrin səbəbkarlarının tez bir zamanda müəyyən edilməsi və məsuliyyətə cəlb olunmasının zəruriliyini bildirən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, iyulun 5-də Urumçidə baş vermiş iğtişaşlarda 140-dan çox insanın ölümü və 800 nəfərin yaralanması Türkiyədə dərin hüznlə qarşılanıb. Sabit və tərəqqi edən ölkə olmaq yolunda sürətlə irəliləyən çin Xalq Respublikasında bu cür hadisələrin gələcəkdə təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyinə inanırıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı, yaralananlara tezliklə şəfa tapmağı diləyirik.
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bəyanatla çıxış edərək Sincan-Uyğur Muxtar Bölgəsindəki qətllərin prezident Abdullah Gülün çinə səfərindən sonra baş verməsinin düşündürücü olduğunu bildirib. O, Türkiyəni və beynəlxalq ictimaiyyəti olaylara biganə qalmamağa çağırıb: “Türkiyə uyğur qardaşlarımıza hücumların dərhal dayandırılması üçün vaxt itirmədən qərarlı mövqe ortaya qoymalıdır. MHP hökumətin bu yöndə addımlarına tam dəstək verəcək”.
Avropa Parlamentinin sədri Hans-Gert Potterinq də çində nümayişçilərin öldürülməsindən narahatlıq duyduğunu açıqlayıb. O, çin hökumətindən insan ləyaqətinə hörmət göstərilməsini istəyib.
Qeyd edək ki, uyğur türkləri çində əsrlər boyu müstəqillik uğrunda mübarizə aparıblar. çin Xalq Respublikasının tərkibində Sincan-Uyğur Muxtar Vilayəti 1950-ci illərdə yaradılıb. Müstəqil uyğur islam dövlətinin yaradılması uğrunda mübarizə aparan Şərqi Türküstan İslam Hərəkatı çində terrorçu təşkilat elan olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

