Ermənistanda hakimiyyət uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur
15.12.2016 [10:10]
Levon Ter-Petrosyandan fərqli olaraq, Raffi Ovannisyan Serj Sarkisyanla ittifaq bağlamaq niyyətində deyil
Başa çatmaqda olan il Ermənistan cəmiyyəti üçün nisbətən sakit keçsə də, bunu 2017-ci il üçün söyləmək çətindir. Belə ki, yazın əvvəlində, daha dəqiq desək, aprelin 22-30-da Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Yerli analitiklər belə hesab edirlər ki, məhz bu səbəbdən də Yeni il tətilindən sonra ölkədə daxili vəziyyət gərginləşməyə doğru istiqamət götürəcəkdir. Belə ki, Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasətin Ermənistanı uçuruma sürükləməsi, iqtisadi tənəzzül, işsizlik səviyyəsinin gündən-günə yüksəlməsi, ölkənin xarici borclarının 6 milyard ABŞ dollarına çatması, hələ üstəlik saxta referendum keçirməklə ölkənin konstitusiya quruluşunu dəyişmək, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etməklə onu rəqibləri üçün daha da sərtləşdirmək kimi məqamlar seçki kampaniyası dövründə Serj Sarkisyanın rəqibləri üçün lap göydəndüşmə fürsət olacaq.
Ermənistanın populyar internet resurslarından olan “Lragir.am” saytının yazdığına görə, bütün bunları nəzərə alan Serj Sarkisyan seçki öncəsi potensial rəqiblərini öz tərəflərinə çəkmək niyyətindədir. Odur ki, partiya rəhbərləri ilə gizli danışıqlar aparmaqdadır. Xatırladaq ki, 2015-ci il dekabrın 6-da saxta referendum keçirməklə Ermənistan prezidenti ölkənin konstitusiya quruluşunu ciddi şəkildə dəyişməyə müvəffəq olub. Artıq Ermənistan prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçib. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcək. Bundan əlavə, referendumla ölkədə majoritar seçki sistemi ləğv edilib. Aprel ayında nəzərdə tutulan parlament seçkiləri yalnız proporsional seçki sistemi üzrə keçiriləcək. Seçkilərdə ölkədə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən irəli sürülən namizədlər iştirak edəcəklər. Hələ üstəlik, yeni qəbul edilən Seçki Məcəlləsi də müxalifət təmsilçiləri üçün əsl sürpriz olub. Bu, gələn ildən ölkədə qismən elektron seçki sisteminə keçid, eləcə də seçkilərdə iştirak edən namizədlərin qeydiyyatının elektron qaydada aparılması ilə bağlıdır. Ekspertlərin fikrincə, hakimiyyət üçün arzuedilməz şəxslər parlament seçkilərinə buraxılmayacaq, onların qarşısı elə elektron qeydiyyat mərhələsində alınacaq. “Elektron süzgəc” bu işdə hakimiyyətin karına gələcək. Apelyasiya müraciətlərinin elektron qaydada aparılması həm şikayətçilərin hakimiyyət nümayəndələri ilə birbaşa təmaslarını əngəlləyəcək, həm də müraciətlərə operativ şəkildə baxılmasının müddətini uzatmış olacaq. Bir sözlə, hakimiyyət nümayəndələri deputatlığa namizədlər üçün əlçatmaz olacaqlar. Beləliklə də, parlament seçkilərinin hakimiyyətin xeyrinə saxtalaşdırılmasında maneələr aradan qalxmış olacaq.
Serj Sarkisyanın bütün bu “seçki oyunları”nın nə qədər effektiv olacağını isə yaxın günlərdə, daha dəqiq desək, hakimiyyətdən kənar qalan qüvvələrlə aparılan separat danışıqlardan sonra təxmin etmək mümkün olacaq.
“Lragir.am” saytının yazdığına görə, dekabrın 17-də keçiriləcək Ermənistan Milli Konqresinin (EMK) qurultayında təşkilatın yaradıcısı və lideri Levon Ter-Petrosyan hakimiyyətlə əməkdaşlıqla bağlı mövqeyini açıqlayacaq. Onun çıxışında, demək olar ki, hakimiyyətin ünvanına kəskin tənqid yer almayacaq. “Ermənistanın birinci prezidenti belə hesab edir ki, Serj Sarkisyanın Qarabağ məsələsində hər zaman ona ehtiyacı vardır. Odur ki, EMK-da belə güman olunur ki, hakimiyyət gələcək parlamentdə onlar üçün yerləri nəzərə alacaqdır”, - deyə sayt yazır.
Levon Ter-Petrosyandan fərqli olaraq, müxalif “İrs” Partiyasının sədri Raffi Ovannisyan, deyəsən, Serj Sarkisyan üçün başağrısı olacaq. Partiyanın əsas fiqurlarından olan Zauri Postancyan saytın əməkdaşı ilə müsahibəsində yaxın günlərdə seçkilərlə bağlı mövqelərini açıqlayacaqlarını bildirib. “Bizim seçkilərdə hər hansı bir blokla birləşmək fikrimiz yoxdur. Raffi Ovannisyanla müzakirələrimizdən sonra belə qərara gəlmişik ki, seçkilərdə müstəqil surətdə iştirak edək”, - deyə müxalifət təmsilçisi vurğulayıb.
Amma, buna baxmayaraq, ekspertlər belə hesab edirlər ki, parlamentdə daha çox namizədlə təmsil olunmaq məsələsində daha bir maraqlı tərəf var - sabiq prezident Robert Koçaryan. Doğrudur, onun adı son vaxtlaradək “Daşnaksutyun” partiyası ilə birgə çəkilirdi. Və 2018-ci ildə keçiriləcək prezident seçkilərində partiyadan məhz bu namizədin irəli sürüləcəyi güman edilirdi. Amma Serj Sarkisyan sələfini bir addım qabaqladı - “Daşnaksutyun”la ittifaqa girdi, partiyanın üç namizədini yeni hökumətdə nazir postuna gətirdi. Üstəlik saxta referendumla prezidentin səlahiyyətlərini, demək olar ki, heçə endirməklə Robert Köçəryanın bu arzusunu nəinki gözündə qoydu, hətta onun yenidən ali hakimiyyətdə təmsil olunmaq şansını əlindən aldı.
Odur ki, analitiklər belə hesab edirlər ki, parlament seçkilərinə təqribən 5 ay qalmış hadisələrin belə bir şəkil alması Serj Sarkisyan üçün yaxşı heç nə vəd etmir. Belə ki, yerli ekspertlərin fikrincə, ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan olsa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə hələ bundan sonra daha da qızışacaq. Xəyanət etdiyi sələfləri - Levon Ter-Petrosyan və Robert Koçaryan, eləcə də onları dəstəkləyən qüvvələr bir yana, müxalifətdən olan partiyaların hakimiyyət arzusu ölkədə qüvvələr balansını dəyişə bilər. Bu isə Serj Sarkisyan üçün heç də xoş olmayan nəticələrə yol aça bilər. Yerli ekspertlərin bu proqnozlarının nə qədər real olduğunu isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

