Gözlənilən devalvasiya Ermənistan iqtisadiyyatını çökdürəcək
06.12.2016 [09:46]
Ekspertlər 2017-ci ildə işğalçı ölkə üçün bədbin proqnozlar verirlər
İki il əvvəl Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmasını Serj Sarkisyan hakimiyyəti xalqa “bəh-bəh”lə təqdim etməyə çalışsa da, faktlar bunun tam əksini isbatladı. Məlum oldu ki, sən demə, Aİİ-yə daxil olması Ermənistan üçün yalnız mənfi göstəriciləri ilə yaddaqalan olub. İndi yerli KİV-lər Ermənistanın Aİİ-ni tərk etməsi məsələsini daha çox qabardırlar.
Ermənistanın populyar internet resurslarından olan “Lragir.am” saytı xəbər verir ki, 2017-ci il də hakimiyyəti zəbt etmiş Serj Sarkisyan və onun kriminal komandası üçün cari ilkindən müsbət mənada heç nə ilə fərqlənməyəcək. Əksinə, iqtisadi göstəricilərinə görə gələn il 2016-cı ildəkindən daha uğursuz bir il olacaq. Saytın yazdığına görə, bunun bir neçə səbəbləri var. Əvvəla, Avrasiya İqtisadi İttifaqına daxil olduqdan ötən iki il ərzində Ermənistanda ÜDM 2014-cü ildəki səviyyədən təqribən 10 faiz aşağı enib. Ölkənin xarici ticarət dövriyyəsində də geriləmə qeydə alınıb - idxal 20 faiz, ixrac isə 5 faiz azalıb. Hətta Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə olan ticarət dövriyyəsinin həcmi də təqribən 15 faiz aşağı düşüb. Bunun qarşılığında isə Ermənistanın xarici borcu xeyli yüksəlib. Əgər 2014-cü ilin yanvarında Ermənistanın xarici borclarının həcmi 4,4 milyard dollar təşkil edirdisə, 2016-cı ilin sonunda bu rəqəm təqribən 45 faiz artaraq 6 milyard ABŞ dolları həddinə yaxınlaşıb.
Məsələni şərh edən Ermənistanın tanınmış iqtisadçısı, iqtisad elmləri doktoru Aşot Yeqizaryan “Lragir.am” saytına müsahibəsində gələn ilin Ermənistan üçün bir çox göstəricilər üzrə sınaqlar ili olacağını vurğulayıb. Onun sözlərinə görə, Sarkisyan rejimi üçün ən böyük sınaq məhz iqtisadi sahədə olacaq. Artıq ilin əvvəlindən erməni dramı öz dəyərini itirməyə başlayacaq və bu səbəbdən də ölkədə devalvasiya qaçılmaz olacaq.
Aşot Yeqizaryan qeyd edib ki, devalvasiyanın başlıca səbəbi ölkədən investisiya axınıdır ki, Serj Sarkisyanın son aylarda həyata keçirdiyi “islahatlar” bunu şərtləndirir.
“Ölkədən investisiya axını qaçılmazdır. Əvvəla, Ermənistandakı biznes mühiti artıq investorlar üçün cəlbedici deyil. ÜDM-in ilbəil aşağı enməsi, ixracın azalması investorların da diqqətindən yayınmır. Odur ki, investorların bu ölkədən gözləntiləri qalmayıb. Və Ermənistandan kapital axını başlayıb”, - deyə iqtisadçı-ekspert vurğulayıb.
Onun sözlərinə görə, əgər əvvəlki illərdə investorlar öz gəlirlərini təkrar ölkə iqtisadiyyatına yatırırdılarsa, cari ildə bu proses tam əks məcrada inkişaf etməkdədir. Çünki artıq investorlarda daxili bazarın perspektivliliyinə inam qalmayıb. Elə bu səbəbdən də onlar istehsalata əlavə kapital yatırmaqda maraqlı görünmürlər.
“Ölkədən kapital axını birmənalı şəkildə iqtisadiyyata neqativ təsir edəcəkdir. Əvvəla, bu iqtisadi inkişafı ləngidəcək. Digər tərəfdən isə, əgər investisiya yoxdursa, bu milli valyutanın - dramın dəyərdən düşməsinə səbəb olacaqdır. Və beləliklə də, devalvasiya qaçılmaz olacaqdır”, - deyə Aşot Yeqizaryan vurğulayıb.
Ekspert daha sonra qeyd edib ki, Serj Sarkisyanın “islahatlar” adı ilə xalqa yalan vədlər verməkdə əsas məqsədi gələn il keçiriləcək parlament seçkilərinədək vaxt qazanmaq, bununla da hakimiyyətin ömrünü uzatmaqdır.
“Hazırda Serj Sarkisyanın əsas fəaliyyəti ölkədə guya iqtisadi islahatlar həyata keçirmək görüntüsü yaratmağa yönəlib. Çıxışlarda, toplantılarda, keçirilən ikitərəfli görüşlərdə özünü elə aparır ki, guya ölkənin iqtisadi problemləri ilə məşğuldur. Kənardan baxanda bütün bunlar çox absurd görünür. İqtisadi göstəricilərin gündən-günə aşağı enməsi tendensiyası o qədər dərindir ki, bu hətta yaxın gələcəkdə Ermənistan üçün müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər”, - deyə ekspert vurğulayıb.
Aşot Yeqizaryan daha sonra qeyd edib ki, hazırda Ermənistan iqtisadiyyatı dünya iqtisadiyyatından o qədər uzaq düşüb ki, tezliklə bu ölkədə nə hansısa xarici investoru, nə də ki müasir texnologiyaları görmək mümkün olacaq.
“Ermənistanda bütün infrastruktur, o cümlədən nəqliyyat və energetika sahəsi o qədər köhnəlib ki, onları yeniləmədən ölkə iqtisadiyyatını dirçəltmək mümkün deyil. Odur ki, investisiya axınının indiki durumunda Ermənistanın gələcəyi acınacaqlı görünür”, - deyə Aşot Yeqizaryan vurğulayıb.
Göründüyü kimi, hakimiyyəti zəbt etmiş, işğalçılıq siyasətini davam etdirən Serj Sarkisyan özünün yarıtmaz fəaliyyəti ilə Ermənistanın iqtisadiyyatını məhvə sürükləməkdədir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

