/ / ABŞ-da prezident seçkiləri: namizədlərin debatı bu ölkədə siyasi mədəniyyət səviyyəsini əks etdirir
ABŞ-da prezident seçkiləri: namizədlərin debatı bu ölkədə siyasi mədəniyyət səviyyəsini əks etdirir
27.10.2016 [09:50]
Namizədlər arasında baş tutan teledebatlar zamanı səsləndirilən qeyri-etik ifadələr, qarşılıqlı ittihamlar siyasi mübarizənin hansı metodlarla aparıldığını, siyasi sistemin hansı dəyərlərə malik olduğunu göstərir
Noyabrın 8-də ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri öncəsi təbliğat kampaniyası çərçivəsində baş verənlər bu ölkə mediasında və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrilib. Belə ki, Demokratlar Partiyasından namizəd Hillari Klintonla Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında baş tutan teledebatlar zamanı səsləndirilən qeyri-etik fikirlər, həmçinin qarşılıqlı ittihamlar namizədlər arasında siyasi mübarizənin hansı metodlarla aparıldığını aşkar edir.
ABŞ-da Prezidentliyə namizədlərin debat və polemika “mədəniyyəti” nəyin göstəricisidir?
Bir çox suveren milli dövlətlərə “seçki demokratiyası” məfhumunu əldə bayraq edərək təzyiq göstərən, dünyaya “demokratiya dərsləri” verməyə çalışan Birləşmiş Ştatlarda prezident seçkiləri fonunda ortaya çıxan mənzərə bu ölkədə siyasi mədəniyyət səviyyəsinin göstəricisi kimi çıxış edir. Daha da dəqiqləşdirsək, Klinton-Tramp mübarizəsinin rəqabət və aşkarlıq mühitində aparıldığı görüntüsü yaradılsa da, prezidentliyə namizədlərin debat xarakterli dialoqunun (oxu: qarşılıqlı ittiham və ziddiyyətlərin) fonunda ortaya çıxanlar bu ölkənin siyasi sisteminin siyasi etika, mədəniyyət kimi spesifik dəyərlərdən uzaq olduğunu aşkar edir.
Ümumiyyətlə, təkmil siyasi sistemə malik olan ölkələrdə həm seçki prosesinin təbliğat kampaniyası ərəfəsində, həm də müxtəlif dönəmlərdə bir-biri ilə mübarizə aparan ayrı-ayrı siyasi subyektlərin fəaliyyəti - bəyanat və davranışları, eləcə də tərəflər arasında baş tutan dialoq müəyyən siyasi dəyərlərə əsaslanır. Siyasi dialoqun səmərəliliyini şərtləndirən fundamental amillərdən biri birbaşa və ya dolayı olmasından asılı olmayaraq, onun siyasi sistemin dəyərlərinə, siyasi mədəniyyət və siyasi etikaya müvafiq surətdə təşkil edilməsidir. Başqa sözlə, siyasi palitranın tələblərinə və siyasi sistemin qanunauyğunluqlarına müvafiq surətdə təşkil edilməyən dialoq həm siyasi subyektlərin davranışlarının səmərəsizliyinə və dəyərlərdən uzaq olmasına dəlalət edir, həm də dialoq müstəvisinin siyasi subyektlər üçün formal xarakter kəsb etdiyini göstərir. Bəhs olunan hallar müxtəlif ölkələrdə ayrı-ayrı siyasi proseslərin fonunda özünü göstərir. Məhz noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri təbliğat kampaniyası dönəmində də biz siyasi dəyərlərdən uzaq siyasi dialoq - polemika formasına rast gəlirik.
ABŞ-ın “seçki demokratiyası”nın gerçək mahiyyəti: seçkilərin saxtalaşdırılacağına dair həyəcan təbili çalınır
Başqa bir məqam ondan ibarətdir ki, təbliğat kampaniyası ərəfəsində cərəyan edən hadisələr Birləşmiş Ştatların “seçki demokratiyası”nın ənənəvi cizgilərini əks etdirir. Teledebatlar zamanı səsləndirilən fikirlər, siyasi mübarizənin metod və formaları, qanunvericilik çərçivəsində müşahidə edilən hüquqi boşluqlar ABŞ-da prezident seçkilərinin demokratik dəyər və ənənələrlə ciddi şəkildə uzlaşmadığını göstərir. Bu məsələ namizədlər arasında debatlar zamanı da tez-tez gündəmə gəlir. Məhz Donald Trampın seçki kampaniyası zamanı seçkinin nəticələrinin onun əleyhinə saxtalaşdırılacağı ilə bağlı bəyanatı bu qəbildən olan nümunələr sırasındadır. O, belə bir qənaətdədir ki, Hillari Klintonun mümkün qələbəsi “ölü canlar” hesabına baş tutacaq.
Əlbəttə, bu fikir ABŞ-ın “seçki demokratiyası”nın gerçək mahiyyətini - siyasi sistemin çatışmazlıqlarını və seçki sisteminin qüsurlarını növbəti dəfə gündəmə gətirib. Təsadüfi deyil ki, hər prezident seçkisi zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən siyasi ekspertlər tərəfindən xüsusi müzakirə predmetinə, tənqid obyektinə çevrilir. İnkaredilməz reallıqdır ki, ABŞ qanunvericiliyi seçkilərdə xalqın iradəsi və suverenliyini məhdudlaşdırır, bu ölkənin siyasi sistemi plüralizmi istisna edir, seçkilər zamanı ciddi qanun pozuntuları və çatışmazlıqların müşahidə olunması ənənə halını alıb, seçki prosesini tənzimləyən müstəqil mərkəzi orqanın olmaması xaos mühitini şərtləndirir və rəqabət mühiti yoxdur, eləcə də seçkiləri müşahidə etmək istəyən beynəlxalq təşkilatların nümayəndələri təhdid edilir və ya ciddi təzyiqlərə məruz qalırlar. Belə olan halda, seçkilərin saxtalaşdırılacağına dair həyəcan təbilinin çalınması qanunauyğun hal kimi çıxış edir.
Reallıqlar ABŞ-ın “demokratiya mifi”ni puç edir
Bütövlükdə, “Soyuq müharibə”dən sonrakı dövrdə - postbipolyar beynəlxalq münasibətlər sistemində hegemon güc mərkəzi kimi ABŞ dünya ictimaiyyətinə “demokratik dəyərlər” aşılamağa çalışsa da, bu ölkənin öz daxilində müşahidə edilən anti-demokratik proseslər, həmçinin siyasi mədəniyyət səviyyəsi reallıqların nədən ibarət olduğunu göstərir. Bütün hallarda Birləşmiş Ştatlarda prezident seçkiləri ərəfəsində ortaya çıxan mənzərə beynəlxalq miqyasda təəccüblə qarşılansa da, bu hegemon güc mərkəzinin siyasi sistemi öz ənənələrini növbəti dəfə bütün dünyaya təzahür etdirir. Başqa sözlə, ABŞ-ın “demokratiya mifi” bütün dünyanın nəzəri qarşısında öz gerçək mahiyyətini əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

