Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ardıcıl siyasət yeridir
26.05.2009 [10:27]
Dünən axşam saat 23:30 radələrində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfərə gəlib. SİA-nın Heydər Əliyev adına Binə Hava Limanına ezam olunan xüsusi müxbirinin verdiyi məlumata görə, türkiyəli nazir Suriyanın paytaxtı Dəməşq şəhərindən Bakıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla eyni təyyarədə birgə gəliblər.
Lap yaxın keçmişdə bu vəzifəyə təyin olunan Ə.Davudoğlunun qısa zaman kəsiyində ölkəmizə iki dəfə səfər etməsi Türkiyə xarici siyasət kursunda Azərbaycana verilən önəmin göstəricisidir. Yeni bir inkişaf dövrünü yaşayan Türkiyə-Azərbaycan münasibətləri hazırda daha çox Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycana verilən dəstəyin artırılması ilə diqqəti cəlb edir. Xarici işlər naziri Ə.Davudoğlunun İslam Konfransı Təşkilatının işində çıxış edərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat buna bir daha sübutdur. Həmin çıxışında Azərbaycan ərazilərinin 20 ildən bəri işğal altında olduğunu xatırladan Davudoğlu problemin tezliklə, həm də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Beləliklə, rəsmi Ankara bir daha ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyini və bu məsələdə Azərbaycana tam dəstək verdiyini bütün dünyaya bəyan edib.
“Davudoğlunun Bakıda yenə də Dağlıq Qarabağ problemini müzakirə edəcəyini bildirməsi Türkiyənin münaqişənin həllində ardıcıl siyasət yeritməsindən xəbər verir”. Bu fikirdə olan millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Türkiyənin mövqeyinin sərtləşməsi münaqişənin çözülməsini yaxınlaşdırır: “İndiyə qədər əgər düşünürdülərsə ki, Türkiyəyə təzyiq göstərməklə nəyəsə nail olmaq olar, bütün bu ümidlər boşa çıxdı. Türkiyənin ayrı-ayrı rəsmilərinin, o cümlədən, Ə.Davudoğlunun İslam Konfransı Təşkilatında verdiyi bəyanatla Türkiyə Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcəyini qəti şəkildə ortaya qoydu. İndi isə səylər ardıcıl xarakter alır. Gözləmək olar ki, bu, münaqişənin həllini yaxınlaşdıracaq”.
Bu məsələnin, həm də Türkiyənin dövlətçilik maraqlarına aid bir problem olduğunu xatırladan millət vəkili xarici işlər nazirinin ilk səfərinin də məhz Azərbaycana etdiyini təsadüfi saymır: “Davudoğlunun məsələyə məhz bu şəkildə yanaşması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin Türkiyə üçün prioritet məsələ olduğunu göstərir. Davudoğlunun bəyanatını Türkiyənin gələcəkdə münaqişə ilə bağlı görəcəyi işlərin cədvəli və istiqamətləri kimi də qiymətləndirmək olar”.
Müstəqil ekspert Cümşüd Nuriyevin fikrincə, bu gün Türkiyənin nümayiş etdirdiyi mövqe xarici siyasət kursumuzun, Prezident İlham Əliyevin ağıllı və uzaqgörən siyasətinin nəticəsidir: “İlham Əliyevin kifayət qədər sərt mövqeyi Türkiyənin tərəddüdlərinə son qoydu. Və artıq iki dövlət arasında lazım olan mövqe birliyi yaranmışdır”.
Əhməd Davudoğlunu Türkiyənin problemlərinə çox yaxından bələd olduğunu söyləyən C.Nuriyevin sözlərinə görə, XİN başçısının məlum bəyanatı Azərbaycanın ərazi bütövlüyünün Türkiyə üçün hər şeydən önəmli olduğunu göstərməklə yanaşı, həm də bir təzyiq göstəricisidir: “Davudoğlu kifayət qədər peşəkar siyasətçidir və bu bəyanat kimlərəsə xoş gəlmək üçün verilməyib”.
ABŞ-ın qondarma Dağlıq Qarabağ rejiminə yardımı dayandırması, Ermənistana yardımları isə azaltması, Rusiyanın və Türkiyənin münaqişənin həlli istiqamətində fəallaşmasının yeni bir situasiya yaratdığını bildirən ekspert hesab edir ki, bu, münaqişənin həllinə ümidləri çoxaldır.
Politoloq Rasim Musabəyov isə hesab edir ki, xarici işlər nazirinin bəyanatı iki ölkənin münasibətlərinin daha da yaxınlaşmasından xəbər verir: “Bəyanat həm Azərbaycanın, həm də Türkiyənin maraqları nəzərə alınaraq verilib. Və daha sıx, xüsusilə də, Qarabağ məsələsi ilə bağlı əməkdaşlığı özündə ehtiva edir”.
Onun sözlərinə görə, Türkiyənin münaqişə ilə bağlı fəallaşması Azərbaycanın xeyrinədir: “Xarici işlər naziri belə bəyanat verən birinci rəsmi deyil. Xatırlayırsınızsa, baş nazir də təxminən bu mövzuda bəyanat vermişdi. Bütün bunlar Azərbaycanın mövqeyini möhkəmləndirir”.
BAHAR
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

