Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçiriləcək
07.05.2009 [18:03]
Bu gün çexiyanın paytaxtı Praqada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında növbəti görüş keçiriləcək. Görüşdə münaqişənin həllinə dair yekun sənədin imzalanması gözlənilməsə də, danışıqlarda tərəflər arasında mövcud olan fikir ayrılıqlarının aradan qaldırıması baxımından müəyyən irəliləyişlər qeydə alına bilər. Görüşöncəsi durumu isə rəsmi Bakı prizmasından müsbət qiymətləndirmək olar. Belə ki, son bir neçə həftə ərzində yaşanmış olaylar Azərbaycan üçün qaneedici sayılır. Xüsusilə, beynəlxalq ictimaiyyətin danışıqların intensivləşdirilməsi və tərəflərin münaqişənin həllinə nail olmasına dair çağırışlarının mütəmadiləşməsi çoxdandır gözlənilən, amma bu gün izlənilən mənzərədir. Biz bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki gün öncə Vaşinqtonda ABŞ dövlət katibi ilə görüşlərində də açıq şəkildə müşahidə edə bildik. Həmin görüşdən sonra jurnalistlərə açıqlama verən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun sözlərinə görə, görüşdə Amerikanın dövlət katibi birmənalı olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yeni ABŞ administrasiyası üçün mühüm əhəmiyyət kəsb edir: “Dövlət katibi dedi ki, tez irəliləyiş əldə olunması üçün məsələ üzərində daha ciddi işləyəcəklər. Obama Administrasiyası bu işdə ciddi irəliləyişə nail olunmasında çox maraqlıdır”.
ANS-in verdiyi məlumata görə isə, Elmar Məmmədyarov jurnalistlərə müsahibəsində bəyan edib ki, rəsmi Vaşinqton birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini daha da artıracaq. Görüşdə iştirak edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza müzakirələrdən sonra bildirib ki, münaqişə ətrafında geniş söhbət aparılıb və bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin, mayın 7-də çexiyanın paytaxtı Praqada keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyıb: “Əlbəttə, mən danışıqların təfərrüatını açıqlamayacam. Bu mümkün deyil. Əsas məqsədimiz dövlət katibi Hillari Klinton vasitəsilə təkliflərimizi tərəflərə çatdırmaqdır və prezidentlərin sabah (yəni, bu gün - A.Ş.) Praqada keçiriləcək görüşü üçün zəmin yaratmaqdır”.
İki nazirin görüşü barədə nikbin olduğunu bildirən Dövlət Departamentinin sözçüsü Robert Vud isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb və hamı bunu gözləyir: “Düşünürük ki, bu istiqamətdə qarşılıqlı vədlər münaqişənin həlli üçün ən yaxşı yol ola bilər və biz bununla bağlı tərəflərin qəbul etdiyi qərarları dəstəkləməyə hazırıq. Regionda yaşayan əhali sülhə və əmin-amanlığa layiqdir. Buna görə də, biz tərəflərə hər cür kömək göstərmək istəyirik. Uzun müddətdir ki, davam edən Dağlıq Qarabağ probleminin həll edilməsinə ehtiyac var və bunu regionda yaşayan bütün insanlar gözləyir”.
Oxşar münasibəti Kremldən səsləndirilən bəyanatlarda da görürük. Prezident İlham Əliyevin ötən ayın sonunda Moskvaya səfəri çərçivəsində hər iki ölkənin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olduqlarını vurğulayaraq, bunun üçün lazımi səylərin göstəriləcəyini bir daha bəyan ediblər. Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu siyasi mövqe Azərbaycanı qane edir. Ən azından Moskva bu problemin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. ötən ilin avqust ayında baş verən Gürcüstan hadisələrindən sonra isə Rusiyanın bu münaqişənin həllinə göstərdiyi maraq artıb. Hətta ötən ilin sonlarında Rusiyanın təşəbbüsilə Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi və bu görüşdən sonra imzalanan Moskva bəyannaməsi münaqişənin həllinin gələcək perspektivləri baxımından olduqca vacib sənəd idi. Məhz bu detal özü Rusiyanın səylərinin münaqişənin həlli üçün nə dərəcədə önəmli olduğunu göstərir.
Danışıqlar prosesinə vasitəçilik edən dövlətlərlə yanaşı, beynəlxalq təşkilatlardan da Azərbaycana və ölkəmizin haqlı mövqeyinə verilən dəstək açıq-aşkar artmaqdadır. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşü zamanı qurum rəhbərliyi ən yüksək səviyyədə bir daha bəyan etdilər ki, bu münaqişədə Azərbaycanı dəstəkləyir və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. NATO-nun bu mövqeyindən narazı qalan Ermənistan rəhbərliyi, hətta qurumun Gürcüstanda keçirdiyi təlimlərdə iştirak etməkdən imtina da etdilər.
Beləliklə, Azərbaycan Prezidenti Ermənistanın dövlət başçısı ilə görüşə bütün beynəlxalq təşkilatların və danışıqlara vasitəçilik edən dövlətlərin dəstəyini arxasına alaraq gedir. Bəlkə elə bu fakt Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici ola bilər. ümid edirik ki, Praqa prosesi çərçivəsində davam etdirilən sülh danışıqlarında Praqa görüşü həlledici ola bilər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

