Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Danimarkada "Dünya Mədəniyyətləri Dialoqu" layihəsi çərçivəsində kütləvi tədbir keçirilib

Danimarkada "Dünya Mədəniyyətləri Dialoqu" layihəsi çərçivəsində kütləvi tədbir keçirilib

28.04.2009 [15:00]

Danimarkanın Fredensborq bələdiyyəsinin Nivo şəhərində BMT-nin “Dünya Mədəniyyətləri Dialoqu” layihəsi çərçivəsində “Fergli ve Birge” adlı kütləvi tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin təşkilində Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti də fəal iştirak edib. Danimarkada fəaliyyət göstərən ictimai, mədəni və milli icmaların, uşaq və gənclər təşkilatlarının iştirakı ilə təqdim olunan müxtəlif xalqların milli yeməklərinin, əl işlərinin, rəsm əsərlərinin sərgisinin, eləcə də, beynəlmiləl musiqi, rəqs və tamaşaların nümayiş etdirildiyi tədbirdə Fredensborq burqomisteri Olav Aaen çıxış edib. O, Danimarka hökumətinin bu layihəni reallaşdırmaqda məqsədi və gələcəkdə həyata keçiriləcək planlardan danışıb.
ABŞ-ın Mayami şəhərində yerləşən Barry Universitetində isə Beynəlxalq Tələbə Festivalı keçirilib. Festivalda azərbaycanlı tələbələr də iştirak ediblər. Onlar Azərbaycanın bayrağı, kitab, xəritə və milli suvenirlərini, eləcə də, kulinariyamızın nümunələrini təqdim ediblər. Beynəlxalq tədbirə Peru, Argentina, Türkiyə, Kolumbiya, Boliviya və digər ölkələrdən olan tələbələr də qatılıblar.

Paylaş:
Baxılıb: 1249 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30