Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Dubaydakı Azərbaycan Cəmiyyəti Ermənistanla sərhədlərin açılmasını pisləyən bəyanat yayıb

Dubaydakı Azərbaycan Cəmiyyəti Ermənistanla sərhədlərin açılmasını pisləyən bəyanat yayıb

09.04.2009 [15:51]

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gülə və baş naziri Rəcəb Tayyib Ərdoğana bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda deyilir ki, son günlərdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşacağına dair yayılan xəbərlər soydaşlarımızı ciddi narahat edir: “Bu addım ermənilərin tarix boyu türk xalqına qarşı törətdiyi soyqırımı və digər faciələri unutdura bilməz” deyən cəmiyyət rəhbərliyinin fikrincə, Türkiyə dövləti ermənilərin türk xalqının başına gətirdiyi müsibətləri, həmçinin, Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayan dostluq, qardaşlıq tellərini nəzərə alaraq Ermənistanla sərhədlərin açılması məsələsinə daha həssas yanaşmalı və bunun yolverilməzliyini bütün dünyaya nümayiş etdirməlidir. Dubaydakı Azərbaycan Cəmiyyətinin bəyanatında bildirilir ki, erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmədikləri halda Türkiyənin Ermənistanla sərhədləri açmasını təkcə Azərbaycan və türk xalqları deyil, dünya ictimaiyyəti Türkiyənin Azərbaycan xalqına xəyanəti kimi qiymətləndirə bilər.

Paylaş:
Baxılıb: 1260 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30