/ / V.Putin: Bir sıra regional məsələlərin həllində Türkiyənin fəal iştirakı olmadan bu məsələlərin həlli heç mümkün deyil
V.Putin: Bir sıra regional məsələlərin həllində Türkiyənin fəal iştirakı olmadan bu məsələlərin həlli heç mümkün deyil
19.12.2014 [09:38]
Dekabrın 18-də Rusiya Prezidenti Vladimir Putin Rusiya və xarici ölkə jurnalistləri üçün ənənəvi geniş mətbuat konfransı keçirib. Mətbuat konfransında KİV-lərin 1259 nümayəndəsi akkreditə olunub.
Rusiya Prezidenti öz çıxışında ölkədəki vəziyyətdən, daxili və xarici siyasətin əsas istiqamətlərindən danışıb. Daha sonra V.Putin jurnalistlərin suallarına cavab verib. Məsələn, qaz kontraktları barədə TASS-ın müxbirinin sualına cavabında Rusiya Prezidenti bildirib ki, Türkiyə iqtisadiyyatı inkişaf edir və onun əlavə enerji resurslarına ehtiyacı var. Türkiyə hər şeydən əvvəl ölkənin daxili bazarına qaz nəqlinin artırılması məsələsini qarşıya qoyur və Rusiya bu ölkəyə qaz nəql etməyə hazırdır.
Rusiya lideri həmçinin ikitərəfli Türkiyə-Rusiya münasibətlərinin perspektivləri və Kipr məsələsinin həllində Rusiyanın rolu barədə Türkiyənin “Cihan” informasiya agentliyinin sualını cavablandırıb. V.Putin qeyd edib ki, Kipr probleminin nizama salınması məsələsində Rusiya tarazlaşdırılmış mövqe tutmağa və “problemin elə bir həlli yolunu tapmağa çalışır ki, o, həm adanın şimal, həm də cənub hissəsini, həm türkləri, həm də yunanları qane etsin”.
Rusiya Prezidentinin sözlərinə görə, bu məsələnin həllində müəyyən optimizm vardır, sərhəddə “liberallaşma və zəifləmə” müşahidə edilir. RF Prezidenti bu yaxınlarda Türkiyə Respublikasına səfərindən bəhs edərək deyib: “Bilirsiniz, tariximizdə faciəvi və dramatik hadisələr çox olub, Atatürkün zamanında yaxşı hadisələr də az olmayıb. Bununla əlaqədar nə demək istərdim? Axı, Avropada da müxtəlif ölkələr və xalqlar arasında münasibətlər asanlıqla qurulmayıb. Düşünürəm ki, məsələn, Almaniya və Fransa əməkdaşlıq, müasir şəraitdə münasibətlər qurmaq üçün bizə yaxşı nümunə göstərirlər. Onlar öz aralarında nə qədər müharibə aparıblar: Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, 1870-ci il. Daha nələr olmayıb, amma indiki şəraitdə bir ittifaq çərçivəsində çox səmərəli işləyirlər. Biz də yaxşı misallardan nümunə götürməliyik. Bunu xüsusi vurğulamaq istəyirəm ki, bizim Türkiyə ilə üst-üstə düşən regional maraqlarımız çoxdur. Üstəlik, bir sıra regional məsələlərin həllində Türkiyənin fəal iştirakı olmadan bu məsələlərin həlli heç mümkün deyil. Odur ki, biz münasibətlərin inkişaf etdirilməsinə maraq göstəririk və bunu edəcəyik”.
V.Putin Rusiya-Gürcüstan münasibətlərinin perspektivləri barədə Gürcüstanın “Maestro” teleşirkəti nümayəndəsinin sualına cavab verərkən gürcü-abxaz münaqişəsinin həllinə toxunaraq bildirib ki, Rusiya siyasi dialoqa kömək göstərməyə hazırdır. Rusiya Prezidenti qeyd edib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya ölkənin Ümumdünya Ticarət Təşkilatına qoşulmasına Gürcüstanın mane olmamaq qərarının cavabında Gürcüstan mallarının Rusiya bazarına göndərilməsinə icazə verib. Gürcüstan rəhbərliyi çox yaxşı jest etdi və Rusiya bu jestə öz bazarını açmaqla cavab verdi. V.Putin deyib: “Biz gələcəkdə də bu istiqamətdə hərəkət etməyə hazırıq. Gürcüstan rəhbərliyi mümkün hesab edərsə, biz Gürcüstan rəhbərliyinin istənilən nümayəndəsini, Prezidenti də, baş naziri də Moskvada görməyə şad olarıq”.
“Delovoy İran” jurnalının müxbiri Rusiya ilə İran arasında ticarət-iqtisadi münasibətlərin inkişafı barədə sualla RF Prezidentinə müraciət edib. V.Putin bildirib ki, iki ölkə arasında əmtəə mübadiləsi azalıb. Rusiya Prezidenti deyib: “Biz bunu İran Prezidenti ilə də müzakirə etmişik. Prezidentin sözlərinə görə, əmtəə mübadiləsinin yaxşılaşması dünya iqtisadiyyatında yaranan vəziyyətdən asılıdır. İran neft-qaz hasil edən ölkədir və İran iqtisadiyyatı dünyanın neft-qaz sektorundakı vəziyyətlə bu və ya digər dərəcədə bağlıdır”.
V.Putin deyib: “Hazırda biz enerji daşıyıcılarının, neftin qiymətlərinin aşağı düşməsinin şahidi oluruq. Bu barədə çox söz-söhbət var: Axı, niyə belə olur? İranı cəzalandırmaq, Rusiya iqtisadiyyatına, Venesuelaya təsir göstərmək üçün Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar arasında hər hansı bir sövdələşmə və s. Ola bilər. Bəlkə də belə deyil. Ola bilsin ki, bu, sadəcə ənənəvi xammal istehsalçıları ilə şist neft istehsalçılarının mübarizəsidir və tezliklə bu mübarizə zəifləyəcək, nəticədə hər şey dağılacaq və qiymətlər qalxacaq. Biz bunu dəqiq deyə bilmərik. Məsələn, deyək ki, ABŞ administrasiyasının və əsas xammal istehsalçılarının maraqları üst-üstə düşəcəkmi? Ola bilər. Çünki administrasiya xüsusi şirkətlərin şist neft hasilatına sərmayə qoyuluşlarına prinsipcə çox sakit yanaşır. Onlar üçün ən başlıcası, qiymətlərin ümumi səviyyəsidir”.
Prezident bildirib ki, əgər neftin qiyməti daim aşağı səviyyədə qalsa, nəticədə şirkətlər çox zəhmət tələb edən neft ehtiyatlarına, yeni yataqlara sərmayə qoymaqdan əl çəkəcəklər və dünya iqtisadiyyatının inkişafı fonunda bu, hətta sənaye cəhətdən inkişaf etmiş ölkələrə də təsir göstərə bilər.
V.Putin qeyd edib ki, Rusiya maşınqayırma, təyyarəqayırma sahəsində İran ilə əməkdaşlıq edir və əməkdaşlığın şaxələndirilməsi üçün neft-qaz sektorundan başqa, digər imkanlar axtarıb tapmağa çalışır. V.Putin deyib: “Biz iranlı tərəfdaşlarımız və dostlarımız ilə birlikdə nüvə proqramı məsələsinin həlli üzərində işləyəcəyik. Düşünürəm ki, bu problemin həllinə çox yaxınlaşmışıq. İran rəhbərliyi çox böyük çeviklik nümayiş etdirir”.
O, əminliklə bildirib ki, yaxın gələcəkdə İranın nüvə proqramına dair son qərara imza atılacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19

