ABŞ və Avropanın subyektiv və selektiv “demokratiya” anlayışı
18.12.2014 [10:04]
Yaxud növbəti hədəf qismində Türkiyənin seçilməsi nəyi ifadə edir?
Müasir dünya siyasətində mövcud olan tendensiyalardan biri də hegemon geosiyasi subyektlərin müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırmasıdır. Bu kontekstdə daha çox “demokratiya”, “insan hüquqları”, “azadlıq” kimi ümumbəşəri dəyərlərdən, o cümlədən, siyasi leksikonda aktuallıq kəsb edən ideya və məfhumlardan istifadə olunur. Məsələ ondadır ki, bu məfhumlara istinad edildikdə də ikili standartlara yol verilir, subyektiv yanaşma ön plana keçir. Məsələn, özündə həyata keçirilən həbslərə, insan haqlarının kütləvi şəkildə pozulması hallarına operativ və sərt reaksiya verməyən Avropa ölkələri və Amerika Birləşmiş Ştatları hər hansı bir ölkədə ictimai asayişin təmin olunması naminə atılan addımları antidemokratik hallar kimi xarakterizə edir.
Türkiyəyə qarşı yeni təzyiq mexanizmindən istifadə edilir
Bu kontekstdə son olaraq Türkiyədə cərəyan edən proseslərə Avropa və Amerika Birləşmiş Ştatlarının mövqeyi bariz ikili standart nümunəsi kimi çıxış edib. Məlum olduğu kimi, dekabrın 14-də səhər saatlarından başlayaraq Türkiyə polisi “paralel yapı” əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında media nümayəndələrinin də olduğu olan 35 nəfərdən artıq şəxsi həbs edib. ABŞ və Avropanın rəsmi dairələri yenə də baş rolda çıxış edərək Türkiyədə həyata keçirilən həbsləri kəskin tənqid obyektinə çeviriblər. Həmin dairələrin həbsin motivləri açıqlanmadan, istintaq prosesini gözləmədən Türkiyəyə qarşı “hücum”a keçərək bəyanatlar səsləndirməsi bu ölkəyə qarşı təzyiq formalaşdırılması reallığını ortaya qoyur.
Qərbin ikili standartlar siyasətinin növbəti nümunəsi...
Digər bir nüans odur ki, həmin dairələr Avropada insan haqlarının pozulması hallarına, ABŞ-da Ferquson hadisələrinə görə niyə bəyanatlar vermirlər? Axı müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən ABŞ-ın və Avropanın özündə baş verənlər ikili standartlara dəlalət etmirmi? Və yaxud haqqında bəhs edilən dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən özü niyə yararlanmır? Əlbəttə, bütün bunlar Qərbin ikili standartlar siyasəti yürütdüyünün növbəti nümunəsidir.
İnsan hüquqları təşkilatlarının selektiv yanaşması nəyə əsaslanır?
Bəs Avropada fəaliyyət göstərən insan hüquqları və ya müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı araşdırmalar aparıb, hesabatlar hazırlayan təşkilatlar nə üçün selektiv münasibət göstərərək susmağı üstün tuturlar? Bu, onu göstərir ki, həmin təsisatlar, sadəcə olaraq milli dövlətlərin müstəqil siyasi iradəsinə qarşı təzyiq mexanizmi kimi çıxış edirlər. Dünyanın müxtəlif ölkələrində insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdığını iddia edən belə qurumların qərəzli, eyni zamanda, missioner fəaliyyət göstərdikləri sirr deyil.
Bəhs olunan təşkilatların məhz bu zamana qədərki bəyanatlarında əks olunan subyektiv və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması və ikili standartlar əsasında çıxış etmək deməkdir. Həmin hesabat və bəyanatlar real məqamlar, faktlar əsasında deyil, müəyyən dairələrin maraqlarına xidmət edən detallar əsasında hazırlanır. Məsələn, istər Avropa və Amerika Birləşmiş Ştatları, istərsə də dünyanın digər ölkələrində baş verən proseslərə selektiv yanaşma bunu göstərir.
Dolayısıyla, yeni dünya nizamında ikili standartlar Avropa və Amerika Birləşmiş Ştatları üçün metodoloji prinsip kimi çıxış edir. Bu isə regional və beynəlxalq miqyasda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinə təhdid yaradan dağıdıcı faktor səciyyəsi daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12

